Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4250/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və cavabdeh İmanova Eyvaz Sefi oğlunun, tərcüməçi X1 iştirakları ilə, İddiaçı cavabdeh İmanova Eyvaz Sefi oğluna qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh İmanova Eyvaz Sefi oğlunun Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 61-də yerləşən 35 saylı mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxanşa asasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 61-də yerləşən ümumi sahəsi 55.20 kv.metr olan 35 saylı mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur.Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 61 ünvanında yerləşən 35 saylı mənzil yaxın qohumu mərhum X2 həyat yoldaşı X7 mülkiyyətində olmuşdur. Onların övladlıarı olmadığı üçün onlara hər zaman o baxmışdır. Yaxın qohumu mərhum X5 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra onunla X9 arasında xx.xx.2005-ci ildə ömürlük renta müqaviləsi bağlanmış və ona ilkin olaraq xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. X9 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir.Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, xx.xx.1989-cu il tarixə o, Cavabdeh Səfi oğlu rəsmi nikah qeydiyyatına girərək ailə həyatı qurmuşdur. Sonradan o, Sumqayıt "Asan xidmət" X3 müraciət edərək soyadını "İmanova"dan "Lebedeva'ya dəyişdirmişdir. Bunu AZ-İ № 035616 saylı şəhadətnamə təsdiq edir. Nikahları Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.Cavabdeh mülkiyyətçisi olduğu mənzildən çıxmır. Halbuki sözügedən mənzilin cavabdehə heç bir aidiyyatı yoxdur və həmin ünvanda qeydiyyatda deyil. Bundan əlavə cavabdehlə nikahlarına xitam verilmişdir. Cavabdehin mənzildə qeyriqanuni yaşaması onun həmin mənzil üzərində hüququnun pozulmasına səbəb olur. Cavabdeh mütəmadi olaraq ona fiziki işgəncələr verir. Spirtli içki aludəçisidir, onu döyür, söyür, onun öhdəsindən heç cür gələ bilmir. O, mülkiyyətindən maneəsiz istifadə etmək istəyir.Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı tərcüməçi X1 iştirakı ilə, iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında cavabdeh İmanova Eyvaz Sefi oğlu izahatında bildirdi ki,iddia tələbini qəbul etmir. Orada qeydiyyatda olmamışdır. 1 otaqlı evləri var idi, orada qeydiyyatda olmuşdur. 20 ildən çoxdur ki, orada yaşayır. Bütün mənzillə bağlı işləri o görmüşdür. Nikahlarının pozulmasından xəbəri olmamışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 81420272 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Qeydiyyatda heç bir şəxs yoxdur. - AZ-İ seriyalı, 484866 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur.Nikaha 06 aprel 2024-cü il tarixində xitam verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların X4 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli texniki pasportundan görünür ki, ünvan 1 İddiaçı adınadır. - Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, ünvan 1-in xx.xx.2023-cü il tarixinə bazar dəyəri 61000 manat təşkil edir. - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi baş dövlət texniki inventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və şəhərsalma kadastrı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 2 otaqlı yaşayış sahəsi 32.79 kv.m, köməkçi sahəsi 18.79 kv.m-dən ibarət olan 61 saylı evin, 35 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər 5 №-li DNK-nın 4Ə-414 №-li 24 dekabr 2005-ci il tarixli ömürlük renta müqaviləsi əsasında İddiaçı adına xx.xx.2005ci il tarixində 14 №-li reyestr kitabında 52-ci səhifədə 34142 reyestr nömrəsi ilə qeydə alınmışdır. - 27.05.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Sumqayıt şəhər məhkəməsinin hesabına 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ən İddiaçı məxsusdur. İddiaçı mülkiyyət huququ ilə ona məxsus olan əmlakdan cavabdehin qanunsuz müdaxiləsi nəticəsində məhrum olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 864-cü maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür.Renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mənzil yaxın qohumu X8 arasında bağlanan renta müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Cavabdehin həmin mənzillə hüququnun olmamasına və tərəflər arasında olan nikah münasibətlərinə xitam verildiyindən həmin mənzildən çıxarılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləriarasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. İş materiallarından görünür ki, cavabdehlərin mübahisəli mənzildə yaşamasının hər hansı hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İmanova Eyvaz Sefi oğlu ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Cavabdeh İmanova Eyvaz Sefi oğlundan 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4250/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4250/2025
23.09.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver