Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4263/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə (Maraqlı şəxslər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair mülki işə 23 sentyabr 2*25-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 13 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmağı, onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli, 33 saylı əmrin ləğv edilməsi, onun öz işinə bərpa edilməyi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o- İddiaçı xx.xx.1969-cu ildə Sumqayıt şəhərində anadan olmuş və 1986-199*-cı ildə Sumqayıt şəhər S.Hacıbəyli adına Musiqi Kollecində təhsil almış və məktəbi bitirdikdən sonra 199*-1993-cü illərdə Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi Musiqi Məktəbində təyinat əsasında əmək fəaliyyətinə başlamış və 1993-cü ildən cavabdeh Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət Məktəbində nəzəriyyə şöbəsində müəllim kimi əmək fəaliyyətimi davam etdirmişdir. Uzun illər ərzində yüzlərlə şagird yetişdirmiş, incəsənəti, musiqini gənc nəslə aşılamaq üçün əlindən gələni əsirgəməmişdir. O, 13 mart 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanında iştirak etmiş, lakin onun imtahan nəticəsi uğursuz hesab edilmişdir. O, ixtisası üzrə ünvanlanan sualları cavablandırmış,lakin ona imtahan prosesində komissiya üzvləri tərəfindən psixoloji təzyiq olmuş və hətta doğru cavablandırdığı suallara da komissiya üzvləri tərəfindən sərt reaksiya verilmiş, ixtisasına uyğun olmayan sahələrdən də suallar verilmiş, nəticə barədə ona həmin vaxt müsbət rəy veriləcəyi bildirilmiş, lakin imtahandan bir müddət sonra məktəb direktoru onun atestasiyanın qərarı ilə uyğunsuz hesab olunduğu barədə məlumat vermişdir.Belə hesab edir ki,atestasiya qanuna uyğun təşkil olunmamış, veriləcək suallarla bağlı onlar qabaqcadan məlumatlandırılmamış və onlardan cavablar şifahi alınmış, halbuki test sualları yazılı alınmalı və daha sonra onun ixtisasına uyğun olaraq şifahi suallar da verilməli idi. Lakin komissiya üzvləri sanki qabaqcadan planlı surətdə hərəkət edərək və icra etdiyi sahədən məlumatsız və xəbərsiz kimi davranaraq onun sahəsinə aidiyyəti olmayan sahələrdən də suallar vermiş, hətta doğru cavablarını da düzgün qiymətləndirməyərək onu tutduğu vəzifəyə «uyğunsuz» hesab etmişdirlər.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi Qaydalarının 2.4 bəndində göstərilmişdir ki,atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Lakin atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş,sanki onların əsas məqsədi ondan doğru cavabı almaq yox doğru bildiyi cavabları da unutmaq və onda çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun cavablarına göstərilən aqressiv reaksiya və onun sahəsinə aidiyyəti olmayan suallar,doğru cavablandırdığı sualları düzgün olmayan cavab kimi qiymətləndirilmələri bu atestasiyanın onun bilik və bacarığını yoxlamaq üçün deyil, onun işdən çıxarılmağı üçün təşkil edilməsinə sübutdur.Nəticədə komissiya üzvləri tərəfindən onun bilik və bacarığı uyğunsuz kimi qiymətləndirilmiş və həmin atestasiya vərəqəsinə əsaslanan məktəb direktoru da *7.*4.2*24-ci il tarixli 33 nömrəli əmrlə onu AR Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bildirmək istəyir ki, atestasiyanın keçirilməsi qaydalarına əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarat attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya adətən yazılı və şifahi formada keçirilir. İlk növbədə işçiyə testlərə cavab vermək təklif olunur. İşçi testlərdən müvəffəqiyyətlə keçərsə komissiya üzvləri ona bir neçə şifahi sual verə bilərlər. Komissiya işçinin həm peşakar, həm də şəxsi keyfiyyətlərini qiymətləndirir. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Ondan yazılı test götürülməmiş və komissiya üzvləri icra etdiyi işə aid olmayan, öz ixtisasları və ali təhsil pilləsində tədris olunan sahələr üzrə şifahi suallar vermiş və verdiyi cavablara reaksiyaları ilə ona psixoloji təzyiq göstərilmişdir. Bütün bunlar yəqin ki,kamera görüntülərində də əks olunmuşdur.Attestasiya keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir. İşçinin attestasiyası onun işlədiyi struktur bölmə rəhbərlərinin iştirakı ilə də keçirilə bilər. Attestasiya komissiyası attestasiyadan keçənin gördüyü işlər haqqında məlumatı dinləyir və təqdim olunmuş sənədləri nəzərdən keçirir. Attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir tutduğu vəzifəyə uyğundur: tutduğu vəzifəyə uyğun deyil.Komissiya üzvləri onun hüquqlarını pozmuş, yalnız şifahi suallar verilmiş, imtahan prosessi stres və psixoloji təzyiq altında aparılmış, qeyr-obyektiv yanaşma əsasında doğru cavablar da yalnış cavablar kimi qiymətləndirilmiş,komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi ixtisası və sahəsi üzrə olmamışdır. Bütün bunlar da atestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. Onun işdən çıarılmağı barədə əmr də yalnız atestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməyini və işinin öhdəsindən bacarıqla gəlməyini nəzərə almamış və onu işdən azad etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.Onu da qeyd edir ki, o, ailənin yeganə qazanc və gəlir gətirənidir, dolanışıqları olduqca ağır və dözülməzdir, o, həyat yoldaşı ilə boşanmış və 2 övladını min bir əziyyətlə böyütmüş, onun bir oğlu 2***-ci il təvəllüdlü Qəhrəmanov Əli hazırda Türkiyənin Gümüşhanə Universitetində magistr təhsili alır, digər oğlu 2**4-cü il təvəllüdlü Qəhrəmanov Ağalar hərbi xidmətdə olan zaman Antiterror əməliyyatlarında iştirak etmiş və hazırda ödənişli hazırlıq kurslarına gedərək ali məktəbə hazırlaşır. O və ailə üzvləri bu gün yeganə gəlirlərindən də məhrum olmuşdurlar. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti maraqlı şəxslər qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bir çox suallara cavab verdiyini qeyd etmişdir. Əlavə olaraq qeyd etdi ki, ixtisasına aid olmayan suallar vermiş, onu çaşdırmışdırlar. Suallara cavab verdiyi təqdirdə attestasiya vərəqəsində suallara cavab verilmədiyi yazılmışdır. İmtahan qaydasında, düzgün aparılmamışdır. Proqramda olan suallardan verməmişdirlər. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. 25.*8.2*25-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən disk daxil olmuşdur. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə olunmuş AR Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydalarına əlavə attestasiya vərəqəsindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Kollecində 1986-cı ildə musiqi nəzəriyyəsi ixtisasını bitirmişdir. Ümumi əmək stajı 28 il *2 aydır. Attestasiya keçirilən zaman Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müəllimi olmuşdur. Ümumi 16 sual verilmişdir. 4 nəfər əleyhinə, 1 nəfər isə lehinə səs vermişdir. İş materiallarına əlavə olunmuş 27.*5.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinə tabeli Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 37 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, Sumqayıt şəhəri Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktorunun S.İsmayılov 25.12.2*24-cü il tarixli 86 nömrəli əmrinə görə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə uyğun olub-olmamasını aşkara çıxarmaq məqsədilə attestasiya komissiyası yaradılmışdır. Bu barədə İddiaçıda xəbərdarlıq edilərək, attestasiya olunacaq işçilər kateqoriyasına aid edildiyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi barədə *7.*4.2*25-ci il tarixli, 33 nömrəli əmrdən görünür ki, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi bölməsində "Nəzəriyyə müəllimi” vəzifəsində işləyən İddiaçı Voroşil qızı ilə bağlanılmış xxxxxxx***1** nömrəli əmək müqaviləsinə,AR ƏM-nin 7*."cpeşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə maddəsinə əsasən *7.*4.2*25-ci il tarixindən xitam verilməsi və işçinin *2.*9.1996cı il tarixindən *7.*4.2*25-ci il tarixinə qədər istifadə edilməmiş 33 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş НТ-İ seriyalı, 563477 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1986-199*-cı ildə Sumqayıt şəhər S.Hacıbəyli adına Musiqi Kollecində təhsil almış və musiqi nəzəriyyəsi ixtisasını bitirmişdir. Həmin ixtisas komissiyasının 22 iyun 199*-cı il tarixli qərarı üzrə ona müəllim ixtisası verilmişdir. İş materiallarına əlavə olunmuş 2167*28 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı peşəsi pedaqoqdur. Əmək kitabçasının doldurulduğu tarix *1 oktyabr 199*-cı ildir. *2.*9.1996-cı il tarixində Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində nəzəriyyə ixtisası üzrə işə qəbul edilmişdir. *7.*4.2*25-ci il tarixli, 33 nömrəli əmrlə AR ƏMnin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi X2 və Mehriban Voroşil qızı Əliyeva arasında *2.*9.1996-cı il tarixində bağlanılmışdır.Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin 13.*3.2*25-ci il tarixli, 4 nömrəli protokoldan görünür ki, İddiaçı, X3, X4 və digərləri tutduqları vəzifəyə uyğun hesab edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı *2.*9.1996-*7.*4.2*25-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləmiş, attestasiyadan keçə bilməmiş, *7.*4.2*25-ci il tarixli 33 saylı əmrlə həmin tarixdən ƏM-nin 7*-ci maddəsini “c” bəndinə əsasən işdən azad edilməyi əmr edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfin bildirdiyi hüquqi əsasın ona qarşı atestasiya vaxtı qərəzəli halın olub-olmamasının müəyyən edilməsi üçün “video disk” tələb hər hansı qərəzli halın olması müəyyən edilməmiş, komissiya üzvləri tərəfindən verilən suallar iddiaçı tərəfindən cavablandırılmaması müəyyən edilmişdir.Məhkəmə iclasında iddiaçı bu halın, onun həyacanlı olması, yaxşı yata bilməməsi və sair hallar ilə əlaqələndirmişdir.Ancaq qeyd olunan hallar verilmiş iddia tələbinin əsassızlığına dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsaslıdır. Əmək müqaviləsi *7.*4.2*25-ci il tarixli əmrlə ləğv edilərkən, iddiaçıya tərəflərin iştirakı ilə tədqiq edilmiş atestasiyanın keçirilməsi ilə bağlı video görüntüyə baxış keçirilmiş, ona qarşı hər hansı bir qərəzin olması müəyyən edilməmiş, iddiaçının ona verilən sualların cavablandırmaması müəyyən edilmişdir. Ona görə əmək müqaviləsinin ləğv edilməsi barədə əmr qanunidir.Həmçinin ƏM-də nəzərdə tutulmuş, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçının xüsusi imtiyazının olması müəyyən olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin məcəllənin 65.2-ci maddəsinə əsasən, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin məcəllənin 65.3-cü maddəsinə əsasən, işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin məcəllənin 65.4-cü maddəsinə əsasən,attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Həmin Məcəllənn 79-1-ci maddəsinə əsasən,işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənn 3**-1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 3**-2-ci maddəsinə əsasən işəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə əmrin qəbul edilməsi əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-22*, 227, 233, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və digər tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4263/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4263/2025
23.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver