Məhkəmə qərarları › İş №2(060)-428/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-428/2021

16.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-428/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “zəbt olunmuş qeyri yaşayış sahəsindən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “zəbt olunmuş qeyri yaşayış sahəsindən çıxarılma tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus, ünvan 1 ünvanda yerləşən iki mərtəbədən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m., ikinci mərtəbəsinin sahəsi 27.3 kv. m. olan Ç tikilisindən özünəməxsus əşyalarla birlikdə çıxarılması, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti 28.12.2004-cü ildə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı, AZ5000, Sumqayıt şəhəri Metallurq, Nizamnamə kapitalı 46,818.00 manat, təsisçisi X2, qanuni təmsilçisi X1r. ASC-nin qeydiyyat nömrəsi (VÖEN) **********-dir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti İTM-nin 7 saylı İxtisaslaşdırılmış Mexanizasiya Filialının özəlləşdirilməsi nəticəsində yaradlmışdır. Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Əmlakın İnventarlaşdırılması bürosu tərəfindən təsdiq edilmiş müəssisə və obyektin texniki paspoortundan görünür ki, İTM-nin 7 saylı İxtisaslaşdırılmış Mexanizasiya Filialına məxsus və özəlləşmə nəticəsində “xxxx” Açıq Səhmdar Cəmiyyətinə keçmiş əmlaklar ünvan 3ndə 861,2 kv.m. əsas sahədən, 279.7 kv.m. köməkçi sahədən, ümumilikdə 1140.9 kv.m. sahədən, təmir binası olan A tikilisindən, köməkçi tikili olan B tikilisindən, anbar binaları olan C, Ç və D tiklilərindən ibarətdir. Cavabdeh həmin tikililərdən iki mərtəbədən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m., ikinci mərtəbəsinin sahəsi 27.3 kv. m. olan Ç tikilisini zəbt edib və orada çayxana fəaliyyəti ilə məşğul olur, hazırda isə, tikilidə özbaşına təmir işləri aparmaqla məşğuldur. Dəfələrlə cavabdehə xəbərdarlıq edərək, hüquqi şəxsə məxsus əmlakın zəbt etdiyi, burada hər hansı bir təmir işlərinin aparılmasının yolverilməz olduğu cavabdehin diqqətinə çatdırılsa da, heç bir faydası olmamış, cavabdeh zəbt etdiyi həmin yeri guya kimdənsə satın aldığını bildirmişdir. Cavabdehə dəfələrlə izah olunsa da ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus qeyri-yaşayış sahəsini heç kim cavabdehə sata bilməz, kimsə satıbsa, demək onu aldadıbdır, hüquq mühafizə orqanlarına şikayət edib ödədiyi pulu geri alsın, yenə də cavabdeh iddiaçının qanuni tələblərinə heç bir məhəl qoymamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş 19.08.2020-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə üzərində “xxxx” ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 2 saylı Sumqayıt Ərazi idarəsinə daxil olmuş 04.08.2020-ci il tarixli ərizəyə və əlavə olunmuş sənədlərə baxılmış, bununla əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, əmlakın yerləşdiyi ərazinin yaxınlığından yüksək gərginlikli elektrik xətti keçir. Torpaq sahəsi və tikililərin bir hissəsi həmin elektrik xəttinin mühafizə zolağına düşür. Təqdim edilmiş texniki pasportda göstərilən tikililərin bir neçəsi sökülmüşdür. Bundan əlavə ərazidə başqa şəxslər tərəfindən fərdi yaşayış evləri tikildiyindən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ərizənin icrası mümkün olmamışıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun 19.02.2018-ci il , **********602300 nömrəli dövlət reyestrindən çıxarışından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti 28.12.2004cü ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş 20.04.2021-ci il tarixli, 10/4051 saylı rəydən görünür ki, “Hüquq və Torpaq Məsələləri'’ MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 10 aprel 2021-ci il tarixli, 29 saylı məktubla göndərilmiş, mühəndis Ayaz Şıxəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Cavabdeh tərəfindən iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən 1140.9 kv.m torpaq sahəsinin 89 kv.metrlik hissəsi zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Eyni zamanda, iş materiallarından görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə yuxarda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh zəbt etdiyi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus, ünvan 1 ünvanda yerləşən iki mərtəbədən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m., ikinci mərtəbəsinin sahəsi 27.3 kv. m. olan Ç tikilisindən özünəməxsus əşyalarla birlikdə çıxarılmalı, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE0000000 **********501 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh zəbt etdiyi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus, ünvan 1 ünvanda yerləşən iki mərtəbədən ibarət, 1-ci mərtəbəsinin sahəsi 23.2 kv.m., ikinci mərtəbəsinin sahəsi 27.3 kv. m. olan Ç tikilisindən özünəməxsus əşyalarla birlikdə çıxarılsın, həmin qeyri-yaşayış sahəsi boşaldılaraq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE0000000 **********501 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar