Məhkəmə qərarları › İş №2(060)-429/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-429/2023

30.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-429/2023 30.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Elburus qızına, Cavabdeh8 qarşı qeyri-yaşayış binasından çıxarma tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Elburus qızının, Cavabdeh8, azyaşlılar 14 sentyabr 2019-cu il təvəllüdlü X4, 09 dekabr 2020-ci il təvəllüdlü X2, 07 mart 2011-ci il təvəllüdlü Əlizadə Elif Erol qızının və 11 oktyabr 2006-cı il təvəllüdlü Novruzova Ayşə Elçin qızının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyri-yaşayış binasından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyri-yaşayış binası mülkiyyət hüququ ilə oma məxsusdur. Bunu 18 iyun 2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Ərazi idarəsi tərəfindan verilmiş Çıxarış təsdiq edir. Cavabdehlər Zəngilan və Ağdam rayonundan olan məcburi köçkünlər olub 1993-cü ildən mülkiyyətçisi olduğu qeyri-yaşayış binasında məskunlaşmışlar. Bunu Sumqayıt şəhər İH Başçısının Corat qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 05 noyabr 2022-ci il tarixli, 1688 saylı arayışı təsdiq edir. Həmin arayışda adları qeyd edilən xx.xx.2019-cu ildə anadan olmuş X9 və xx.xx.2020-ci ildə anadan olmuş X1 rayonundan olan məcburi köçkün Cavabdeh3 uşaqlarıdır. Həmçinin arayışda adları qeyd edilən digər azyaşlılar xx.xx.2011-ci il təvəllüdlü Əlizadə Elif Erol qızı və xx.xx.2006-cı il təvəllüdlü Novruzov Ayşə Elçin qızı cavabdehlərin ailə üzvləridir. Cavabdehlərin qeyri-yaşayış binasında məskunlaşması səbəbindən mülkiyyətçisi olduğu qeyri yaşayış binasından təyinatı üzrə istifadə edə bilmir. Bu da onun həmin bina üzərində mülkiyyət hüququnun həyata keçməsinə maneçilik törədir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında işirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlərdən biri Cavabdeh4 Bakı şəhəri, digərləri isə Ağdam və Zəngilan rayonlarında qeydiyyatdadırlar. Hazırda cavabdehlərin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasında məskunlaşması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə olan halda iddiaçı hüquqlarının bərpasını istəyir. Nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, artıq uzun müddətdir ki, qeyd edilən binada yaşayırlar. Binanın əvvəlki sahibi Ağabala adlı şəxs idi. Ağabala həmin binanı özü 1997-ci ildə təmir etmişdir. Onların həmin ərazidə yaşamasına heç vaxt etiraz etməmişdir. Uşaqları hazırda həmin ərazidə olan məktəbə gedirlər. Elman isə binanı təzə alıb. Hazırda onların yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Əslində Elman özü də onların həmin binadan çıxartmayacağını bildirir. Onlara yaşayış üçün ev veriləndə oradan çıxacaqlar. Onu da bildirir ki, məsələ ilə bağlı Komitəyə müraciət etmişlər və heç kimin onları həmin binadan çıxartmayacağını bildirmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbinə dair izahat verərək bildirdi ki, onlar evlə təmin olunduqda həmin binadan çıxacaqlar. Elə 3 gün bundan öncə Elman ona həmin binadan onları çıxartmayacağını bildirmişdir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, 30 ildir ki, həmin binada yaşayırlar. Bina Ağabala adlı şəxsin idi, daha sonra həmin binanı Elman aldı. Hazırda onların başqa evləri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 Elburus qızı, Cavabdeh8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 Elburus qızı, Cavabdeh8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 1680 nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı evdə qeydiyyatdadır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 1688 nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Elburus qızı, Cavabdeh8, azyaşlılar X9, X6, Əlizadə Elif Erol qızı və Novruzova Ayşə Elçin qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyriyaşayış binasında məskunlaşmışdırlar. İşdə olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyri-yaşayış binası Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışına əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Elburus qızı, Əliyev X8 və Ağdam rayonundan məcburi köçkündürlər və iddiaçıya məxsus qeyri-yaşayış binasını zəbt etmişlər. Cavabdehlərin iddiaçıya məxsus əmlakda yaşamaları üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyri-yaşayış binasına hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin həmin qeyri-yaşayış binasında yaşamaları sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüquqları mövcud olan iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran haldır. Məhkəmə onu da qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə Zəngilan və Ağdam rayonundan məcburi köçkün olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Elburus qızının, Cavabdeh8 Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Elburus qızı, Cavabdeh8 və onların yetkinlik yaşına çatmayan övladları 14 sentyabr 2019cu il təvəllüdlü X9, 09 dekabr 2020-ci il təvəllüdlü X6, 07 mart 2011-ci il təvəllüdlü Əlizadə Elif Erol qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyri-yaşayış binasından çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Elburus qızı, Cavabdeh8 və onların yetkinlik yaşına çatmayan övladları 14 sentyabr 2019-cu il təvəllüdlü X9, 09 dekabr 2020-ci il təvəllüdlü X6, 07 mart 2011-ci il təvəllüdlü Əlizadə Elif Erol qızı və 11 oktyabr 2006-cı il təvəllüdlü Novruzova Ayşə Elçin qızı Corat qəsəbəsi, 1-ci məhəllə ünvanında yerləşən, 95C saylı qeyri-yaşayış binasından çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar