Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4293/2024 06.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 xx.xx.1957ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunun, Gölkənd kəndində doğulmasına dair doğum haqqında akt qeydinin qeyd edilmə faktının müəyyən olunması, X3, anası isə X9 olmasına dair doğum haqqında akt qeydinin bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1968-ci ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuşdur. xx.xx.2014-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur.Həmin nikahda övladları olmamışdır. Həyat yoldaşı X5 xx.xx.2024-cu il tarixdə vəfat etmişdir. İddiaçı bildirir ki, həyat yoldaşı X5 xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olub. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyil. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır.İddiaçı həyat yoldaşına doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etdimişdir. Oradan iddiaçıya bildirilmişdir ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından xahişin təmin olunması mümkün deyil. Ona görə də iddiaçıya izah olunmuşdur ki, akt qeydinin bərpası üçün məhkəməyə müraciət etsin. Həyat yoldaşı X2 “doğum haqqında şəhadətnamə”sinin olmaması iddiaçıya bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmədə ərizəçi məhkəməyə verilən ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirdi, ki, ərizəçi onun qardaşının həyat yoldaşıdır. Qardaşı xx.xx.1957-ci ildə anadan olub.xx.xx.2024-cü ildə dünyasını dəyişib. X3, anası X7r. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, № 3-16-5/8-1086-Ə/15 nömrəli məktubundan görünür ki, Ermənistanın vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs arxivində saxlanılmadığından xahişin təmin edilməmiş mümkün olmamışdır İtmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu tədqirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X5 13 yanvar 2024-cü ildə digər formalı beyin infarktından ölmüşdür. Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X9 18 yanvar 2015-ci ildə ürəyin dekompensasiyasından ölmüşdür. Doğum haqqındakı şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.1949 –cu ildə Ermənistan, Krasnoselo rayonu, Gölkənd kəndində anadan olmuşdur. X3, anası X7r. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi həyat yoldaşının doğum haqqında şəhadətnaməsini itirdiyindən yeni şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasının qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X2 doğum akt qeydi bərpa edilməli, yeni doğum haqqında şəhadətnamədə doğum tarixi xx.xx.1957-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselo rayonunun, Gölkənd kəndi, ata adı qrafasında X8, ana adı qrafasında isə X9 qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeyd alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.1957-ci il tarixdə Ermənistanın, Krasnoselo rayonunun, Gölkənd kəndində doğum faktı müəyyən edilsin. Doğum akt qeydi bərpa edilərək, yeni doğum haqqında şəhadətnamədə X1, adı və atasının adı “X5”, doğum tarixi “xx.xx.1957-ci il”, doğulduğu yer “Ermənistan, Krasnoselo rayonu, Gölkənd kəndi”, ata qrafasında “X8”, ana qrafasında “X9” kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4293/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4293/2024
06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver