Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4302/2024 15.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29 ünvanda yerləşən mübahisəli mənzil şəxsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının keçmiş gəlinidir. Cavabdeh iddiaçının oğlu X5 ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər və cavabdeh mənzilə gəlin köçmüşdür. Rəsmi nikahdan onların xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Hazırda cavabdeh və uşaqları iddiaçının evində qeydiyyatdadırlar. Cavabdeh xx.xx.2023-cü il tarixdən iddiaçının mənzilində yaşamır, uşaqlarını da götürüb Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, mənzil 18 ünvanında yerləşən valideynlərinin mənzilinə köçmüş və orada yaşayır. Özünə mənxsus əmlaklarını da könüllü olaraq mənzildən götürərək aparmışdır. İddiaçının mənzili ilə bütün əlaqələri kəsilmişdir. Cavabdeh özü oğlu ilə nikahlarının ləğvi üçün məhkəmədə iddia qaldırmış və bildirmişdir ki, oğlu ilə bir ailədə, bir yerdə yaşamaq istəmir və birgə yaşayış mümkün deyil. Onun iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-1434/2024 saylı qətnaməsinə əsasən idiaçının oğlu ilə cavabdeh arasında olan nikah qeydi pozulmuş, 2 azyaşlı uşağın cavabdehlə qalması qət edilmişdir. Hazırda da cavabdeh 2 azyaşlı uşaqları ilə birlikdə iddiaçının mənzilində deyil, valideynlərinin mənzilində yaşayır, məhkəməyə etdiyi müraciətdə də yaşayış yeri kimi həmin ünvanı göstərilmiş və yazışma ünvanı da həmin ünvandır. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29 ünvanda yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilsə də, onun həmin ünvanda yaşamaması səbəbindən bildiriş ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır.
5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayonda istifadədə olan 0,103 ha torpaq sahəsində yerləşən 27 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 5-ci mərtəbəsində yerləşən 58,54 kv.m ümumi, 37,04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 29 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 83 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır.
8. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2007-ci ildən etibarən X7, X8, X5, Cavabdeh və X6 ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, 29 saylı mənzildə qeydiyyatdadırlar.
9. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2007-ci ildən etibarən X7, X8, X5 ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, 29 saylı mənzildə qeydiyyatdadırlar.
10. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1434/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, iddiaçı İsmayılova (Vahidli) Aysel Adil qızı ilə cavabdeh X5 arasında Sumqayıt nikah evində xx.xx.2014-cü il tarixdə bağlanmış, 238 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, 16 iyun 2015-ci il təvəllüdlü X4 və 14 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anaları İsmayılova (Vahidli) Aysel Aydın qızının yanında qalmaları, 16 iyun 2015-ci il təvəllüdlü X4 və 14 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin X2 tutularaq İsmayılova (Vahidli) Aysel Adil qızına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi, ödənilmiş mediasiya xərcinin yarısı 25 manat və dövlət rüsumunun əvəzi 50 manat X2 tutularaq İsmayılova (Vahidli) Aysel Aydın qızına ödənilməsi qət edilmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli, 318 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı yoldaşı X8, oğlu X5, gəlini Cavabdeh (mənzildə yaşamır), nəvələri X7 və X6 (mənzildə yaşamırlar) ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, 29 saylı mənzildə qeydiyyatdadırlar.
12. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş məlumatın təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29 və ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilə dair ətraflı məlumatın verilməsi barədə sorğulara aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” pubiik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27 ünvanında yerləşən 29 nömrəli mənzil keçmiş Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi, Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 6/980 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 18 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 648 nömrəli mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (Forma 2) və mənzilə hüququ olan 18 yaşı tamam, olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında xx.xx.2009-cu il tarixində İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
13. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh doğum tarixi və yeri xx.xx.1990-cı il, Sumqayıt şəhəri, qeydiyyat ünvanı isə ünvan 4terialarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən X4 doğum tarixi və yeri xx.xx.2015-ci il, Sumqayıt şəhəri, qeydiyyat ünvanı isə ünvan 5terialarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən X3 doğum tarixi və yeri xx.xx.2020-ci il, Sumqayıt şəhəri, qeydiyyat ünvanı isə ünvan 6əmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh və onun azyaşlı övladları- xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 əvvəllər həmin mənzildə yaşamış, hazırda isə yalnız xx.xx.2015-ci il təvəllüdlü X7 orada formal olaraq qeydiyyatdadır. Eyni zamanda müəyyən olundu ki, Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxmışdır. Hazırda Cavabdeh və övladı X3 qeydiyyat ünvanları ünvan 7dilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
19. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüquqları 2000-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından, hazırki mübahisəyə qüvvədə olan Mülki Məcəllənin müddəaları baxımından hüquqi qiymət verilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
21. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.
24. Göstərilən Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
25. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29-a istifadə hüququna xitam verilməsi ilə bağlı məsələ həll edilərkən, əvvəlcə cavabdehin qeyd olunan mənzildən istifadə hüququnun olub-olmaması müəyyən edilməlidir. Çünki, mövcud olmayan hüququn itirilməsi mümkün deyil, hüququn itirilməsi üçün əvvəlcə hüquq əmələ gəlməlidir.
26. Məhkəmə araşdırması zamanı qanuni qüvvəsini almış məhkəmə aktı əsasında 16 iyun 2015-ci il təvəllüdlü X4 və 14 oktyabr 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər anaları İsmayılova (Vahidli) Aysel Aydın qızının yanında qalmaları müəyyən edilmişdir. Həmçinin, Cavabdeh və onun övladı X1 mənzildən istifadə hüquqlarının olmaması (hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 36, mənzil 18 ünvanında qeydiyyatdadırlar) müəyyən edilmişdir.
27. İddia tələbinin cavabdehin azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29-dan istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.
28. Belə ki, istifadə hüququna xitam verilməsi üçün şəxsin həmin mənzilin yaşayış sahəsindən istifadə hüququ olmalıdır. İşdən görünür ki, cavabdehin uşağı mübahisəli mənzildə yaşamışdır və hazırda anasının himayəsində olması ilə əlaqədar həmin ünvanda yaşamır.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
30. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
31. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir.
32. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh övladı, xx.xx.2015-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29-a olan istifadə hüququna xitam verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
Nəticə hissəsi:
35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh övladı, xx.xx.2015-ci il təvəllüdlü X4 Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 29-a olan istifadə hüququna xitam verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva