Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4318/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı "mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladları 24.08.2006-cı il təvəllüdlü X1 və 26.02.2013-cü il təvəllüdlü X2 ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 6-cı m/rayon ərazisində 0,245 ha torpaq sahəsidə yerləşən 9 mərtəbəli 20 saylı evin 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 64,91 kv.m ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 1 saylı mənzilə dair yaşayış hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 04.06.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işi baxılmamış saxlıyarak sənədləri geri qaytarılmasını xahiş etmişdir. Azərbayçan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə» dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-4318/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4318/2021
04.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver