Məhkəmə qərarları › İş №2(060)-4323/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4323/2020

16.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4323/2020 16.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməklə evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməklə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 7- 8-12-ci məhəllə, 90 nömrəli evin 2 saylı mənzilinə (yeni qaydalarla AZ-5000 Sumqayıt şəhəri, S.Vurğun küçəsi 433, M1, 2 saylı mənzili) istifadə hüququnun itirilməklə onun həmin evdən məcburi çıxarılması və mənzilin boşaldılaraq İddiaçı-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(060)-2574/2017 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh, X4 və X3 müştərək qaydada cəmi 28.934,57 ABŞ dolları borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 90 nömrəli evin 2 saylı mənzilinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(105)-2065/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-2574/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 90 nömrəli evin 2 saylı mənzili İddiaçı-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış alınmışdır. Bundan sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə 90 nömrəli evin 2 saylı mənzili 10 gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verməsi barədə Cavabdeh pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq, mənzili könüllü olaraq boşaldaraq Banka təhvil verməmişdir. Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə 90 nömrəli evin 2 saylı mənzilində hazırki vaxtadək yaşamaqdadır, bununla da, cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. AR DİN-in yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli arayışından görünür ki, hazırda Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə 90 nömrəli evin 2 saylı mənzilində qeydiyyatda heç kəs yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: “X1 Mərkəzi” MMC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2018-ci il tarixli Y-93 saylı «Hərracın nəticələri haqqında yekun» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-2574/2017 saylı icra vərəqəsinə əsasən, Cavabdeh məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 90 nömrəli evin 2 saylı mənzili hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 31.500 ABŞ dolları müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan İddiaçı əmlakı 20.081,25 ABŞ dollara (manat ekvivalenti ilə 34138,12 manat) almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 90 nömrəli evin 2 saylı mənzili (yeni qaydalarla AZ-5000 Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 433, M1, 2 saylı mənzil) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı-nin adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 270 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 946.1-ci maddəsin əəsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 946.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmetini təşkil edən - mübahisə predmeti mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdeh mənzildən qeydiyyatdan çıxmamış və mənzili boşaltmamışdır. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaltmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ əmlakın alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 90 nömrəli evin 2 saylı mənzili (yeni qaydalarla AZ-5000 Sumqayıt şəhəri, S.Vurğun küçəsi 433, M1, 2 saylı mənzil) istifadə hüququ itirilmiş hesab olunmalı, mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı-yə təhvil verilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 219, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 90 nömrəli evin 2 saylı mənzilinə (yeni qaydalarla AZ-5000 Sumqayıt şəhəri, S.Vurğun küçəsi 433, M1, 2 saylı mənzil) istifadə hüququ itirilmiş hesab olunsun, mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı-yə təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar