Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4325/2020 16.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməklə evdən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilməklə evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 4cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzilinə istifadə hüququnun itirilməklə onun həmin evdən məcburi çıxarılması və mənzilin boşaldılaraq İddiaçı-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X4, X3, X1 və Cavabdeh müştərək qaydada cəmi 32.686,93 ABŞ dolları borcun tutulması, tələbin ipoteka predmeti olan Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzilinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-705/2019 saylı qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəmə MK-nin xx.xx.2019-cu il tarixli 2(102)- 5533/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-705/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzili İddiaçı-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış alınmışdır. Bundan sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzili 10 gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verməsi barədə Cavabdeh pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq, mənzili könüllü olaraq boşaldaraq Banka təhvil verməmişdir. Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzilində hazırki vaxtadək yaşamaqdadır, bununla da, cavabdeh əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. AR DİN-in yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli arayışından görünür ki, hazırda Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzilində qeydiyyatda heç kəs yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: AR Ali Məhkəmə MK-nin xx.xx.2019-cu il tarixli 2(102)-5533/2019 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-705/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin Qərarın məzmunundan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehler X4, X3, X1 və Cavabdeh "İddiaçı” QSC ile X10 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 13255,48 ABŞ dolları kredit borcu, 1331,67 ABŞ dolları faiz borcu, 83,07 ABŞ dolları məbləğində cərimə, xx.xx.2014-cü il tarixli, 017R000006930 saylı kredit razılaşması üzrə 14338,35 ABŞ dolları kredit borcu, 3145,73 ABŞ dolları faiz borcu, 532,63 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32686,93 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının əvəzinin tutulması, ödəmənin ipoteka qoyulmuş Cavabdeh mülkiyyət hüququ üzrə məxsus - Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən bina 26/19, 2 otaqlı 13 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına X6 ümumilikdə 32686,93 ABŞ dolları məbləğində borcun “İddiaçı" QSC-nin hesabına ödənilməsi, ipoteka predmetinln ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş vəsait hesabına həmin məbləğ ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X7 qaytanlması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-705/2019 nömrəli qətnaməsi ilə cavabdehin X5 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2783/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilin ilkin satış qiyməti 51000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı-nin adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 946.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 946.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmetini təşkil edən - mübahisə predmeti mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdeh mənzildən qeydiyyatdan çıxmamış və mənzili boşaltmamışdır. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaltmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ əmlakın alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab olunmalı, mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı-yə təhvil verilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsümu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 219, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 4-cü məhəllə, 26/19 nömrəli binanın 13 nömrəli mənzili istifadə hüququ itirilmiş hesab olunsun, mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı-yə təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4325/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4325/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver