Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4341/2022 12.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə Ərizəçi Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, onun, xx.xx.1976-сı il tarixdə Naxçıvan MR-nın Ordubad şəhərində doğulmağı və atası X3, anasının isə X2 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə hazırlıq iclasını 12 avqust 2022-ci il tarixə təyin etmişdir. Ərizəçi ərizə ilə müraciət edərək, mülki işə baxılmadan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum faktının müəyyən edilməsi tələbinə» dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4341/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4341/2022
12.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver