Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4345/2020 24.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı oğlu xx.xx.2003-cu il təvəllüdlü X9 ilə birlikdə və İddiaçı1 ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun azyaşlı oğlu xx.xx.2003-cu il təvəllüdlü X9 ilə birlikdə və İddiaçı1 ünvan 2 ünvanına istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur. Cavabdeh İddiaçı2 keçmiş qayınatasıdır. Belə ki, o xx xxxxxxx 1998-ci ildə cavabdehin oğlu X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2003-cü il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Məhkəmə qərarı ilə aralarında olan rəsmi nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin 04 ayının 18 günündə 146 nömrə ilə qeyd edilmişdir. O ailə həyatı qurduqdan sonra cavabdehə məxsus mənzilə gəlin köçmüşdür və cehiz əmlaklarını da həmin mənzilə yerləşdirmişdir. Hal-hazırda da bütün cehiz əmlakları həmin mənzildədir. O 1998-ci ildən 2018-ci ilə kimi həmin mənzildə cavabdeh və onun ailə üzvləri ilə birlikdə yaşamışdır və birgə təsərrüfat idarə etmişdir. Hər iki övladı həmin mənzildə yaşayarkən doğulmuşdur. Onun mübahisəli mənzildə pasport qeydiyyatı var. Həmçinin mənzildə yaşamaq hüququ var. Ona görə də hesab edir ki, həmin mənzilə azyaşlı oğlu xx.xx.2003-cü il təvəllüdlü X9 ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı1 xx.xx.1999-cu ildə anadan olmuşdur. 1999-cu ildən 2018-ci ilə kimi mübahisəli mənzildə yaşamışdır. Mübahisəli mənzildə 2016-cı ilə kimi pasport qeydiyyatı olmuşdur. 2016-cı ildə həmin mənzildən qeydiyyatdan çıxıb ünvan 3 ünvanına qeydiyyata düşmüşdür. Hazırda yenidən mübahisəli mənzilə istifadə hüququnun tanınmasını və həmin mənzilə köçürülməsini istəyir. Belə ki, onun mübahisəli mənzildə istifadə hüququ var. Ona görə də hesab edir ki, mübahisəli mənzilə istifadə hüququ tanınmalı və o da həmin mənzilə köçürülməlidir. Hər iki iddiaçı hal-hazırda məcbur qalıb ünvan 4 ünvanında kirayədə yaşayırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, ünvan 5 ünvanının Zamin adlı şəxsin mülkiyyətində olduğundan xəbərdardır. Belə ki, Zamin onların yaxın qohumudur. Buna baxmayaraq həmin mənzildə cavabdeh və ailə üzvləri yaşayır. İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 İddiaçı2 ilə eyni məzmunlu izahat verərək edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon ünvanında olan 20 saylı evin 123-cü mənzili ona X10 tərəfindən 1984-cü ildə verilmişdir. 2011-ci ildə sözügedən mənzili o, X1. (xx.xx.2011-ci il tarixli, 325/7897/1 saylı alqı-satqı müqaviləsi). Həmin mənzil hal-hazırda Z.T.Abdullayevin mülkiyyətindədir. Bunu AR ƏMDK yanında DƏDRX-nin 2 saylı X6 MA Seriyalı ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışı da təsdiq edir (Qeydiyyat №-si **********). Sözügedən mənzilin mülkiyyətçisi olmadığına görə iddia tələbi təmin edilə bilməz. Bu hal iddiaçıya da məlumdur. Yuxarıda qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İddiaçı2 xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş və Sumqayıt şəhəri, Mik-6, ev 20, mənzil 123 ünvanında qeydiyyatdadır. İddiaçı1 xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 07365620 nömrəli və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqələrinin surətinə əsasən). İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 13 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2020-ci il tarixli, 406 nömrəli arayışdan görünür ki, Əliyev X4 şəhəri, 6-cı mikrorayon, ev 20, mənzil 123 ünvanında 6 nəfər ailə tərkibi ilə yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 xx xxxxxxx 2020-ci il tarixli, **********77 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, MA ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 20, mənzil 123 xüsusi mülkiyyət hüququ üzrə X2 adına 42 nömrəli reyestr kitabının 157 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci ildə qeydə alınmışdır. Mənzilin X2 adına qeydə alınmasına əsas xx.xx.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi olmuşdur. Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 20, mənzil 123 hal-hazırda “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 xx xxxxxxx 1998-ci ildə Cavabdeh oğlu X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2003-cü il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Məhkəmə qərarı ilə İddiaçı2 ilə Elşad Əliyev arasında olan rəsmi nikaha xitam verilmişdir. Hazırda iddiaçılar mübahisəli mənzilin cavabdehin mülkiyyətində olmasına istinad edərək həmin mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıların köçürülməsini xahiş etdiyi mənzil Cavabdeh mülkiyyətində deyil, başqa bir şəxs X2 mülkiyyətindədir. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Həmçinin qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 51-ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz, iddianın əsaslılığı məsələsinə isə, iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə tərəfindən qiymət verilə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli mənzilə istifadə hüququnun tanınması və köçürülməsi üçün heç bir hüquqi əsas olmadığından iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ünvan 2 ünvanına istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülmə tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4345/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4345/2020
24.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver