Məhkəmə qərarları › İş №2(060)-4376/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4376/2025

12.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4376/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayı şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş 26 mart 2025-ci il tarixli, K/1 saylı əmrin ləğv edilməsi, 26 mart 2025-ci il tarixindən işə bərpa edilməyi, məcburi proqula görə əmək haqqının ödənilməsi və istifadə etdiyi əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında fəaliyyət göstərən "El-Plastik MMC-də xx.xx.2015-ci ildə operator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci ildə işdən azad edilməyi barədə ona məxsus ******* saylı əmək kitabçasında müvafiq qeyd olunsa da, o həmin Cəmiyyətdə əvvəlki işində işləmişdir. xx.xx.2022-ci ildə yenidən nəzarətçi vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2022-cı ildə guya işdən azad edilmişdir. Bu barədə ona məxsus əmək kitabçasında müvafiq qeyd olunsa da, əslində o işləməkdə davam etmişdir. Onun işdən çıxıb işə girməyi barədə qeydlər gözdən pərdə asmaq üçün, rəhbərliyin özünü sığortalaması üçün edilmişdir. xx.xx.2023-cü ildə guya yenidən həmin Cəmiyyətdə 2-ci dərəcəli operator vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2025-ci ildə əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. O barəsində verilmiş xx.xx.2025-ci il tarixli, K-31 saylı əmrlə razılaşmır. Onunla Cəmiyyət arasında müddətli əmək müqaviləsi bağlanmamış, işdən çıxarkən son haqq-hesablaşma aparılmamış, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməmişdir.Bir daha bildirir ki, əmək kitabçasında qeyd edilənlərə baxmayaraq fasiləsiz olaraq xx.xx.2015-ci ildən həmin müəssisədə işləyir. Ona məxsus ******* saylı əmək kitabçası qeyd etdiklərini təsdiq edir. Beləki həmin əmək kitabçası guya xx.xx.2023-cü ildə doldurulmuşdur.Halbuki həmin əmək kitabçasına görə o, 24 yanvar 2023-cü ildə "xxxx" MMC-də işləmişdir (əmək kitabçasına görə 5-ci qeyd xx.xx.2023-cü ildə edilib).Məsələ ilə əlaqədar olaraq cavabdehin ona ünvanlamış olduğu xx.xx.2025-ci il tarixli, 39 saylı məktuba görə guya mənimlə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2025-ci ildə) bitdiyinə görə işdən azad edilmişdir. Halbuki onunla heç bir nə müddətli, nə də müddətsiz 22.06 2023-cü ildə müqavilə bağlanmamışdır.Cavabdehlə mediasiya sessiyasında barışıq əldə edilməmişdir. Bunu ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə, 13 may 2025-ci il tarixli, MŞS/MT030/2025-00694 saylı arayış təsdiq edir.Hesab edir ki, cavabdeh "El-Plastik” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, K-31 saylı əmrin ləğv edilməsi, 26 mart 2025-ci il tarixindən işə bərpa edilməyi, məcburi proqula görə əmək haqqının ödəilməsi və istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.Əlavə olaraq qeyd etdi ki, qarşı tərəf bildirmişdir ki, o xəstəliyini yalandan istifadə etmişdir. 15 il fasiləsiz işləmişdir.Müəssisə 15 ildən çoxdur ki, fəaliyyət göstərir. 2-ci qrup əlil olmağı işləməyinə mane olmur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, keçən məhkəmə iclasında sağlamlıq barədə arayışı təqdim etmişdir.Digər tərəfdən iddiaçı bildirir ki, 25 il fasiləsiz işləmişdir. Bu məsələdə şirkətin fəaliyyətdə olduğu dövr var, müəssisədə işləyən şəxslər var. Lazımi şəxslər dəvət edilə bilər ki, baxılsın ki, 10 il qabaq iddiaçını orada tanıyan vardır yoxsa yoxdur.İddiaçıya bildirilmişdir ki, pul köçürülmə ilə bağlı kart gətirilsin, lakin gətirilməmişdir.İddiaçının həm məzuniyyət haqqının,həm də aylıq əmək haqqısı vaxtında köçürülmüşdür. Məhkəmə proses iştirakçılarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; -Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə "El-Plastik” MMC-də operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir.xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də nəzarətçi vəzifəsinə qəbul edilmişdir. 19.1.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-yə polietilen kəsim sexinə 2-ci dərəcə ilə operator peşəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən işdən azad edilmişdir. -Sumqayıt 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00694 nömrəli arayışdan görünür ki, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X2 mediasiya prosessini davam etdirməyə razılıq verməmişdir. İddiaçı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. - Cavabdeh MMC tərəfindən verilən arayışdan görünür ki, 2025-ci il mart ayı üzrə son haqq hesab və məzuniyyət pulu 135.68+ 149.92 manat hesablanmışdır. -AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında dövıət tibbi sosial ekspertiza və reabilitasiya xidmətinin elektron arayışına görə İddiaçı ikinci dərəcə əlilidir. -Cavabdeh MMC-nin xxxxxxx000400 nömrəli əmək müqaviləsindən göünür ki, əmək müqaviləsi müddətsiz bağlanmamışdır. 22 iyun 2023-cü il tarixində əmək müqaviləsi bağlanmışdır.22 iyun 2023-cü il tarixdən 21 sentyabr 2023-cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır. -Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 23/077 nömrəli əmrdən görünür ki,İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən Cavabdeh MMC-nin polietilen kəsim sexinə 2-ci dərəcə ilə operator peşəsinə qəbul edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçıın əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir. -xx.xx.2025-ci il tarixli, K/31 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Cavabdeh MMC polietilen kəsim sexi bölməsində operator vəzifəsində işləyən İddiaçı Mətləb qızı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2 “b”-əmək müqaviləsinin müddətinin qurtarması maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir.İşçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 16 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli xitam verilməsi haqqında qeyddən görünür ki, illik xitam xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilədək olan dövr üçün 16 təqvim günü verilmişdir. -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. -xx.xx.2022-ci il tarixli, 150 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Cavabdeh MMC bölməsində nəzarətçi vəzifəsində işləyən İddiaçı Mətləb qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a”-tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. İşçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 18 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyinə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli məzuniyyət verilməsi haqqında qeyddən görünür ki, illik məzuniyyət xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üçün 21 təqvim günü verilmişdir. -Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli, K/31 nömrəli əmrdən görünür ki, İddiaçı - Cavabdeh MMC-nin polietilen kəsim sexinin operatoru ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixə qədər olan dövr üçün istifadə olunmamış əsas məzuniyyətə görə 16 təqvim günü pul əvəzi ödənilmişdir. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında əvvəllər müddətli əmək müqaviləsi bağlandığı halda, xx.xx.2023-cü il tarixdə işəgötürənin təşəbbüsü ilə onunla müddətli əmək müqaviləsi bağlanmış, müqavilə müddəti 2 il müəyyən edilmişdir.İddiaçının dəyərləndirməsinə görə müddət qurtardıqdan sonra onunla əmək münasibətlərini davam etdirmiş, buna görə də Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq müqavilə müddəti eyni müddətlərə uzadılmış, işəgötürən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam vermişdir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvini tələb edir və digər dəlillərlə yanaşı, onunla əvvəlcədən müddətsiz müqavilə olduğu halda müddətli müqavilənin bağlanmasını qanunsuz sayır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. ... İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, 1) Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 4) Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5) Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 46.6-cı maddəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 57.3-cü maddəsinə əsasən, əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-4262/2023 saylı, xx.xx.2023-cü il tarixli “üç ulduzlu” Qərarında qeyd olunmuşdur ki, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi ağlabatan hesab edilmir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə müqavilələrin (razılaşmaların) işəgötürənin təzyiqi altında bağlandığı qənaətinə gəlinir. İddiaçı ilə işəgötürən arasında müddət göstərilmədən əmək müqaviləsi mövcud olduğu halda, onunla yeni müddət göstərilməklə bağlanmış əmək müqaviləsi iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul oluna bilməz. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırki işdə də məhkəmə müəyyən etmişdir ki, iddiaçı sonuncu müqavilə bağlanandan əvvəl müəssisədə müddətli əmək müqaviləsi əsasında işləmiş, iddiaçının müddətsiz əmək müqaviləsi əsasında işləməsini bildirməsinə, yəni öz razılığı ilə işdən azad edilib bərpa edilməsi, onun iradəsinin ziddinə olması halı müəyyən edilməmiş, işin araşdırılan hallarına əsasən təsdiq edilməmişdir. Belə ki, onunla müddətsiz əmək müqaviləsi bağlanması üçün əsaslar olmamışdır. Cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətsiz əmək müqaviləsinə keçirməsi işdən görünmür. Həmçinin əmək müqaviləsinin başqa əsaslar üzrə dəyişdirilməsini zəruri edən sübutlar da təqdim olunmamışdır. Cavabdeh müddətli müqavilənin bağlanmasına əsas kimi həmin normanın f) bəndində müəyyən olunmuş “qarşılıqlı razılığın” olmaması və sair halların olmasını bildirir. Lakin iddiaçı müddətli müqavilə bağlanarkən təsirə məruz qalması və ya «qarşılıqlı razılıq» olmaması müəyyən edilməmişdir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək münasibətləri mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması Əmək Məcəlləsinin əsas prinsiplərindən biridir. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə iddiaçı ilə işəgötürən arasında müddət göstərilməklə əmək müqaviləsi mövcud olduğu halda, onunla yenidən müddət göstərilməklə bağlanmış əmək müqaviləsini iddiaçının razılığı ilə bağlanmış müqavilə kimi qəbul olunmasını ağlabatan sayır. Bu baxımdan, məhkəmə cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi ilə əsaslandırmasını əsaslı sayır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslandığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müddətli xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı hallar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməməli, cavabdeh -Cavabdeh MMC-nin rəisi X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, k/31 №-li “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmr qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia tələbi təmin edilmədiyindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar