Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4379/2024 10.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi Ərizəçi Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, onun 10 iyun 1980-cı ildən 01 sentyabr 1993-cü il tarixə qədər Zəngilan rayon Həzi Aslanov adına kolxozda işlədiyi müddətin sosial sağorta stajı faktı kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci il tarixdə Zəngilan rayonunda doğulmuşdur. Əmək fəaliyyətini 10 iyun 1980-cı ildən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Həzi Aslanov adına” kolxozda traktorçu işləmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Həzi Aslanov adına” kolxozda traktorçu kimi çalışmışdır. Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan Silahlı Qüvvələri tərəfindən vaxtilə işğal olunması səbəbilə nə əmək kitabçasının, nə də kolxozda traktorçu kimi işlədiyini təsdiq edən başqa bir sənədin arxivdə saxlanılmamışdır. Həmin faktı təsdiq edən hər hansı bir sənəd olmaması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni müdafiə etdi, eyni məzmunlu izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəni qəbul etmədi və bildirdi ki, iş materiallarından da aydın olur ki, iddiaçı ərizəsində əmək fəaliyyətini təsdiqləyən sənədləri başqa yolla əldə edə bilmədiyini bildirsə də, Azərbaycan Respublikası Zəngilan Rayon İcra hakimiyyəti başçısının Yeməzli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.01,2024-cü il tarixli 01 №li arayışında Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Həzi Aslanov adına” kolxozda traktorçu vəzifəsində işlədiyi qeyd edilmişdir. Ərizəçinin qeyd edilən dövrlərdə əmək fəaliyyətini təsdiqləyən arayış mövcuddur. Bundan əlavə iddiaçının pensiya yaşı xx.xx.2030-cu il tarixdə tamamlanacaqdır. Göründüyü kimi Ərizəçi tərəfindən tələbin əsaslı olmasını təsdiq edən tutarlı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Ərizəçi ərizəsində göstərilən tələb qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İş materiallarından da aydın olur ki, iddiaçı ərizəsində əmək fəaliyyətini təsdiqləyən sənədləri başqa yolla əldə edə bilmədiyini bildirsə də, Azərbaycan Respublikası Zəngilan Rayon İcra hakimiyyəti başçısının Yeməzli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17.01,2024-cü il tarixli 01 №li arayışında Ərizəçi xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Həzi Aslanov adına” kolxozda traktorçu vəzifəsində işlədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 13.2-ci bəndinə əsasən Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Digər tərəfdən, mübahisənin predmeti barədə (pensiya təyin edilməsi) maraqlı şəxsin imtinası faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyil. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir”. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci , 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə, Q Ə R A R V E R D İ: Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. SƏDRLİK EDƏN: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4379/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4379/2024
10.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver