Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-440/2022 02.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhin Fərəc oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı «mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı «mənzilə yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin, 23 nömrəli mənzilinə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəh., 17-ci məhəllə, 4 saylı evin, 23 nömrəli mənzili 07.11.2019-cu il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin mənzili o 30.10.2019-cu tarixdən Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında almış və elə həmin vaxtdan da mülkiyyət hüququ əsasında ona məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh evin köhnə sakinidir, mənzili satdıqdan sonra söz vermişdir ki, pasport qeydiyyatından çıxacaqdır. Lakin cavabdeh vədinə əməl etməmişdir. Hal-hazırda o, mənzili ilə heç bir əlaqəsi olmayan şəxsin əvəzindən də komunal xərcləri ödəyir. Bu isə onun mülkiyyət və mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin onun mənzilinə qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.10.2019-cu il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin, 23 nömrəli mənzilini Cavabdeh alqı-satqı müqaviləsi əsasında İddiaçı qızına satmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin, 23 nömrəli məmənzili İddiaçı qızının adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 15.10.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh Cavabdeh Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin, 23 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı qızı Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin, 23 nömrəli mənzilini rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna baxmayaraq cavabdeh Cavabdeh həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 17-ci məhəllə, 4 saylı evin, 23 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-440/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-440/2022
02.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver