Məhkəmə qərarları › İş №2(060)-4401/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4401/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4401/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 06 avqust 1974-cü il tarixində Ermənistan SSR-nin İcevan rayonunda anadan olmuşdur. Həmin vaxt bu barədə doğum haqqında akt qeydi aparılmış və ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. Qərbi azərbaycanlıların zorla ata-baba yurdlarından çıxarılması zamanı ərizəçinin 14 yaşı olmuş, Azərbaycan Respublikasına köç zamanı doğum haqqında şəhadətnamənin əslini tapmaq mümkün olmamış, yalnız surətini gətirmək mümkün olmuşdur. Sonradan həmin sənədin surəti əsasında ərizəçiyə şəxsiyyət vəsiqəsi və digər sənədlər təqdim edilmişdir. Lakin həmin surətdə sonradan itmişdir. Sözügedən sənədin yenidən təqdim olunması barədə tərəfimdən, 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinə müraciət olunmuş, lakin doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər təqdim olunduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa oluna bilməsi barədə 23 may 2025-ci il tarixli cavab məktubu göndərilmişdir. Doğum haqqında akt qeydi Ermənistan SSRİ-də aparıldığından müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlərin ərizəçi tərəfindən təqdim olunması mümkün olmamışdır. Bu baxımdan da, sözügedən sənədin bərpası üçün məhkəmə qətnaməsi vacibdir. Doğum haqqında şəhadətnamənin mövcud olmaması ərizəçinin bir sıra hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Bu baxımdan da hesab edir ki, ərizəçinin 06 avqust 1974-cü il tarixində Ermənistan SSRİ-nin İcevan rayonunda doğulması faktının müəyyən edilməsi, 06 avqust 1974-cü il tarixli Ermənistan SSRİ-nin İcevan rayon vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsində aparılmış doğum haqqında akt qeydinin bərpa edilməsi, ata adı qrafasında X5, ana adı qrafasında X2 qeyd olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən Ərizəçi 06 avqust 1974-cü il tarixində Ermənistan SSRİ-nin İcevan rayonunda doğulması faktının müəyyən edilməsinin, barəsində 06 avqust 1974-cü il tarixli Ermənistan SSRİ-nin İcevan rayon Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) şöbəsində aparılmış doğum haqqında akt qeydinin bərpa edilməsinin, ata adı qrafasında X5, ana adı qrafasında X2 qeyd olunmasının və ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Qardaşı 06 avqust 1974-cü ildə Ermənistan Respublikasında doğulmuşdur. X1, anası adı X3r.

8. İş materiallarında olan xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, X1, anası X3r.

9. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanan 23 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə daxil olmuş ərizəyə baxılmışdır. Bildirilir ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı yaşadıqları yerin məhkəməsinə müraciət etmələri tövsiyə edilmişdir.

10. İşin materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1974-cü ilə dair Azərbaycan Respublikası Nazirliyi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən Ərizəçi doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, İcevan rayonunda anadan olmuş, X1, anası isə X3r. Ərizəçi 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

13. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

15. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

16. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

18. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

19. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

21. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, ərizəçi xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası, İcevan rayonunda doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında ərizəçinin soyadı “İmranov”, adı “Anar”, ata adı “Valeh”, ata qrafasında “X5”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X4”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilməlidir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi Ermənistan Respublikası, İcevan rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında ərizəçinin soyadı “İmranov”, adı “Anar”, ata adı “Valeh”, ata qrafasında “X5”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “X4”, milliyyəti “azərbaycanlı” olaraq qeyd edilməsi barədə qeydiyyat aparılsın və bunun əsasında doğum haqqında şəhadətnamə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar