Məhkəmə qərarları › İş №2(060)-4424/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4424/2025

03.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4424/2025 03.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsi) qərarın, habelə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Atestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 46 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1991-1995-ci ildə Sumqayıt Musiqi Texnikumunda təhsil almış və məktəbi bitirdikdən sonra *1.*9.2**1-ci ildə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində nəzəriyyə müəllimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Uzun illər ərzində yüzlərlə şagird yetişdirmiş, incəsənəti, musiqini gənc nəslə aşılamaq üçün əlindən gələni əsirgəməmişdir. Onun səhhətində ciddi problem yaranmış və beyin ödəmi xəstəliyindən əziyyət çəkmiş, lakin buna baxmayaraq məktəb rəhbərliyinin göstərişi əsasında 18 mart 2*25-ci ildə Bakı Xoreoqrafiya Məktəbində keçirilən müəllimlərin attestasiyası imtahanına cəlb olunmuşdur. İmtahan nəticəsi “uygunsuz” hesab edilmişdir. İmtahanda olan zaman halı qəfil pisləşmiş, TTY çağırılmış və ona tibbi yardım göbstərilmişdir. Həmin vaxt o, yaddaş pozğunluğundan əziyyət çəkdiyi və bu barədə komissiya üzvlərinə bildirdiyi halda buna əhəmiyyət verilməmiş, bu vəziyyətdə ona suallar ünvanlanmışdır. Hətta imtahan zalından çıxarkən müvazinətini itirərək yıxılmış, lakin komissiya üzvləri bu hala gülərək reaksiya vermişlər. Müəllim kolleqaları taksi tutaraq onu evə Sumqayıt şəhərinə yola salmışlar. Hazırda onun müalicəsi davam edir və imtahan zamanı hüquqları kobud surətdə pozulmuş, məktəb direktoru atestasiyanın qərarı ilə onu işdən çıxarmışdır. Attestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta cavablara verdikləri reaksiyaları və münasibətləri həmin an stres yaşamasına səbəb olmuşdur. Onların əsas məqsədi doğru cavabı almaq yox. doğru bildiyi cavabları da unutdurmaq və çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun cavablarına göstərilən aqressiv reaksiya və aidiyyəti olmayan suallar, doğru cavablandırılan sualları düzgün olmayan cavab kimi qiymətləndirilmələri bu attestasiyanın bilik və bacarığı yoxlamaq üçün deyil, onun işdən çıxarılması üçün təşkil edilməsinə sübutdur. Komissiya üzvləri onun hüquqlarını pozmuş, yalnız şifahi suallar verilmiş, imtahan prosesi stres və psixoloji təzyiq altında aparılmış, qeyri-obyektiv yanaşma əsasında doğru cavablar da yalnış cavablar kimi qiymətləndirilmiş, komissiya üzvləri tərəfindən verilən sualların çox hissəsi onun ixtisası və sahəsi üzrə olmamışdır. Bütün bunlar da attestasiya komissiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz olmasına dəlalət edir. İşdən çıarılma barədə əmr də yalnız attestasiyanın nəticələrinə əsasən aparılmış və rəhbərlik onun uzun illər həmin müəssisədə qüsursuz əməyini, nizam-intizam qaydalarına əməl etməsini və işinin öhdəsindən bacarıqla gəlməsini və ailə vəziyyətini nəzərə almamışdır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən vəzifədən azad etməsi əsassız olmuşdur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi Nümayəndə iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, əlavə etdi ki, Atestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarı ilə iddiaçı öz ixtisasına uyğun olmayan şəxs hesab edildiyindən onun işdən çıxarılması barədə əmr qanuni əsaslarla verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - AB-İİ *3436* saylı diplomun surətindən görünür ki, İddiaçı Sumqayıt Musiqi Texnikumunda musiqi nəzəriyyəsi ixtisası üzrə tam kursu bitirmiş və ona 25.*6.1995-ci il tarixdə müəllim ixtisası verilmişdir. - **3565* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı *1.*9.2**1-ci ildə Səid Rüstəmov adına Uşaq İncəsənət Məktəbinə nəzəriyyə müəllimi vəzifəsinə qəbul edilmiş və *7.*4.2*25-ci il tarixə kimi bu məktəbdə həmin vəzifədə işləmişdir. - MŞS/MT*3*/2*25-**899 saylı, *3.*6.2*25-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 6* manat məbləğind ə mediasiyaya dair xərci ödəmişdir. - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin 46 saylı, *7.*4.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin fortepiano müəllimi İddiaçı *8 aprel 2*25-ci ıl tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarı və protokolu göstərilmişdir. - İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1.Vyana klassiki kimdir sualı verildi- cavablava bilmədi. 2.Bethoven haqqında nə deyə bilərsiniz sualı verildi-cavalamadı. 3.Prelüdiya fuqa janrına əsasən kim müraciət etmişdir sualı verildi- cavablaya bilmədi. 4.Bethovenin 5 ci simfoniyası hansı tonallıqdadır sualı verildi- cavablaya bilmədi. 5.Mi majorda neçə işarə var sualı verildicavablaya bilmədi. 6.Mi mayeli çahargah qurmaq sualı verildi- cavablaya bilmədi. 7. Friqik ladda nə baş verir sualı verildi- cavablaya bilmədi. 8.Ü.Hacıbəylinin operalarını sayın qevd edə bilmədi. 9.M.P.Musorski kimdir sualı verildi- cavablaya bilmədi. 1*.Sinkopa nədir cavablaya bilmədi. 11.Notun uzunluğunu artıran işarə nədir - cavablaya bilmədi. 12.Fizuli kantatasının müəllifi kimdir sualı verildi- cavablaya bilmədi. 13. D7 qura bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə (lehinə *, əleyhimə 5) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. - Respublika Diaqnostika Mərkəzinin 29.*4.2*25-ci il tarixli F13 saylı epikrizindən görünür ki, İddiaçı baş beynin beyin çadırından üst hissəsinin G93.6 beynin ödemi, baş beynin sıxılması diaqnozu qoyulmuş və 2 dəfə əməliyyat olunmuşdur. - Respublika Diaqnostika Mərkəzinin 18.*8.2*25-ci il tarixli epikrizdən arayışdan görünür ki, İddiaçı fiziki və psixi vəziyyəinə görə attestasiyanın 18.*3.2*25-ci il tarixli imtahanında iştirak edə bilməzdi. - “TƏBİB” PHŞ “Respublika Təcili və X4 Mərkəzi” PHŞ-nin 28.1*.2*25-ci il tarixli arayışından görünür ki, İddiaçı adına 18.*3.2*25-ci il tarixdə PHŞ-nin Mərkəzi Çağrı Xidmətinə (1*3) çağırış daxil olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 65-ci maddəsinin 1-ci bəndinə görə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin maddəsinin 5-ci bəndinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin maddənin 6-cı bəndində göstərilmişdir ki, attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə görə attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin maddənin 5-ci bəndinə görə işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Həmin maddənin 6-cl bəndinə görə attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə görə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2**1-ci il tarixli «İşçilərin atestasiyasının keçirilməsi» Qaydalarının 2.4-cü bəndində göstərilmişdir ki, atestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. İşdən görünür ki, İddiaçı İncəsənət təhsil müəssisəində 23 il nəzəriyyə müəlliməsi stajı vardır. Müəssisədə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və 18.*3.2*25-ci il tarixdə Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiya üzvləri iclas keçirmiş və İddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 46 saylı, *7.*4.2*25-ci il tarixli əmr imzalamışdır. Hazırda İddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bülbül adma 2 nömrəli Uşaq İncəsənət Məktəbinin Atestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarının və həmin qərar əsasında onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmasına, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair *7.*4.2*25-ci il tarixli 46 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, atestasiya komissiyasının üzvləri onun illər boyu icra etdiyi işə uyğun olmayan, başqa sahələri əhatə edən mövzular üzrə suallar vermiş, hətta onun cavablarına verdikləri reaksiyaları və münasibətləri onu həmin an stres yaşamağına səbəb olmuş, sanki onların əsas məqsədi doğru cavabı almaq yox, doğru bildiyi cavabları da unutmaq və çaşqınlıq yaratmaq niyyətinə yönəlmişdir. Onun verdiyi cavablara göstərilən aqressiv reaksiya və ixtisasına aidiyyəti olmayan sualların verilməsi komissiyanın ona qarşı qərəzli olmasına dəlalət edir. Bundan başqa, onun psixi və fiziki vəziyyəti imtahanda iştirak etməyə imkan verməmişdir. İş materialarında olan İddiaçı attestasiya vərəqəsindən görünür ki, attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: 1.Vyana klassiki kimdir sualı verildi- cavablava bilmədi. 2.Bethoven haqqında nə deyə bilərsiniz sualı verildi-cavalamadı. 3.Prelüdiya fuqa janrına əsasən kim müraciət etmişdir sualı verildi- cavablaya bilmədi. 4.Bethovenin 5 ci simfoniyası hansı tonallıqdadır sualı verildi- cavablaya bilmədi. 5.Mi majorda neçə işarə var sualı verildi- cavablaya bilmədi. 6.Mi mayeli çahargah qurmaq sualı verildi- cavablaya bilmədi. 7. Friqik ladda nə baş verir sualı verildi- cavablaya bilmədi. 8.Ü.Hacıbəylinin operalarını sayın qevd edə bilmədi. 9.M.P.Musorski kimdir sualı verildi- cavablaya bilmədi. 1*.Sinkopa nədir - cavablaya bilmədi. 11.Notun uzunluğunu artıran işarə nədir - cavablaya bilmədi. 12.Fizuli kantatasının müəllifi kimdir sualı verildi- cavablaya bilmədi. 13. D7 qura bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə (lehinə *, əleyhimə 5) İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir. İddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında nümayiş olunaraq araşdırılmışdır. Məhkəmə iclasında iddiaçının imtahanla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, videoçəkilişdən iddiaçının bəzi suallara ümumiyyətlə cavab vermədiyi, beləliklə attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunur. Attestasiya prosesində iddiaçıya qarşı qərəzli davranılması barədə iddiaçının dəlilləri iş materialları ilə təkzib olunur. Məhkəmə iclasında iddiaçı bildirdi ki, attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi suallara olduqca həyəcan keçirdiyindən cavab verə bilməmişdir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırki halda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin rəhbərliyinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 18 mart 2*25-ci il tarixli qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. İş materiallarında iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş kateqoriyadan olan şəxslər dairəsinə aid olması görünmür. Belə olan halda isə məhkəmə hesab edir ki, onun ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İddiaçının xəstəliklə bağlı təqdim etdiyi sənədlər imtahandan sonra tərtib edilmişdir və onun imtahan vaxtı psixi və tibbi vəziyyətini əks etdirmir. Bundan başqa, iddiaçının lazımi tibbi sənədləri Komissiyaya təqdim edərək imtahanın başqa vaxta keçirilməsini tələb etmək hüququ olsa da, onun bu imkandan istifadə etməsi iş materialları ilə təsdiq olunmur. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının tələb edilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı əmrin və əqrarın ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-22*, 36*cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X2 İdarəsi) əmrin və qərarın ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar