Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4428/2020 06.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı fərdi evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsi Dəmiryolətrafı ünvanında yerləşən fərdi evə xx xxxx 2017-ci il təvəllüdlü X2 və xx xxxxxx 2019-cu il təvəllüdlü X1 adlı uşaqları ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Qubadlı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və mübahisə predmeti olan evə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmiş, Cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı fərdi evə köçürülmə tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4428/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4428/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver