Məhkəmə qərarları › İş №2(060)-4431/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4431/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4431/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzilə olan yaşayış hüququnun itirilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «mənzilə olan yaşayış hüququnun itirilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər – Cavabdeh1, Cavabdeh1, İslamov Mütəllim Həmid oğlunun, Cavabdeh3, Cavabdeh4 Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 94, mənzil 17, yeni qaydalarla: AZ 5000 ünvan 1 ünvanında yaşayış istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 94, mənzil 17, yeni qaydalarla: AZ 5000 ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzil 19.11.2020-ci il tarixdən onun xüsusi mülkiyyətidir. Həmin mənzili AN-1 № ******* saylı, 26.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 30.000 manat cavabdehlərdən İslamov Mütəllim Həmid oğlundan almışdır. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən “Satıcı müqavilə notarial qaydada təsdiq olunduğu tarixdən” 1 ay müddətinə satdığı mənzildən qeydiyyatdan çıxarmağı öhdəsinə götürüb. Lakin cavabdehlər bu günə qədər mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmırlar. Cavabdehlər müqavilə bağlandığı gündən özlərinə məxsus əşyaları da götürürək mənzildən çıxmışlar. Onların hal-hazırda harada yaşadıqları haqda məlumatı yoxdur. O mülkiyyətində olan mənzili satmaq istəyir, ancaq cavabdehlərin mənzildə qeydiyyatda olması səbəbindən o, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.10.2020-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İslamov Mütəllim Həmid oğlu Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 94, mənzil 17, yeni qaydalarla: AZ 5000 ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 94, mənzil 17, yeni qaydalarla: AZ 5000 ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 23.04.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 94, mənzil 17, yeni qaydalarla: AZ 5000 ünvan 1 ünvanında yerləşən mənzildə rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 94, mənzil 17, yeni qaydalarla: AZ 5000 ünvan 1 ünvanında yerləşən mənzili rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, cavabdehlər – Cavabdeh1, Cavabdeh1, İslamov Mütəllim Həmid oğlunun, Cavabdeh3, Cavabdeh4 həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh1, İslamov Mütəllim Həmid oğlunun, Cavabdeh3, Cavabdeh4 Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 94, mənzil 17, yeni qaydalarla: AZ 5000 ünvan 1 ünvanında yerləşən mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar