Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4448/2021 17.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.04.2013-cü il tarixli, ******* saylı çıxarışına əsasən onun şəxsi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh1 onun doğma qardaşı, digər cavabdehlər isə qardaşının ailə üzvləridir. Cavabdehlər 27 ildən çoxdur ki, ona məxsus mənzildə yaşamırlar. Mənzildə cavabdehlərə məxsus heç bir əşya yoxdur. Cavabdehlər daima yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və bu səbəbdən də cavabdehlərin mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. O, cavabdehlərin mənzildə qeydiyyatda qalması səbəbindən mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkmiş, əlavə kommunal xidmətlərin xərcini ödəməyə məcbur qalmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 və cavabdehlərdən Rəsulun azyaşlı övladları 13.05.2008-ci il təvəllüdlü Abdullayeva Aytac Rəsul qızı, 28.04.2009-cu il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 05.07.2021-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, orada yaşamadıqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 24.04.2021-ci il tarixli tərtib edilmiş aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan X3, həmin binanın 27-ci mənzilində yaşayan qonşu X7, həmin binanın 22-ci mənzilində yaşayan X4 və 10 saylı MKS-in sahə ustası X8 tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı müraciətinə əsasən həmin mənzildə olmaqla hal-hazırda Cavabdeh1 və onun ailə üzvlərinin orada yaşamadıqlarını təsdiqləyən akt tərtib edilərək imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, azyaşlı X5 və azyaşlı Abdullayeva Aytac Rəsul qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, 10 saylı MKS tərəfindən verilmiş 18.05.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, azyaşlı X5 və azyaşlı Abdullayeva Aytac Rəsul qızı ünvan 1 ünvanında daimi qeydiyyatdadırlar. Məhkəmə sorğusu əsasında iş materiallarına əlavə edilmiş 30.03.2013-cü il tarixli miras payının bağışlama müqaviləsindən görünür ki, X9, Cavabdeh1 26.09.2012-ci il tarixində vəfat etmiş ataları X1 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dövlət Əmlakın Dövlət Reyest Xidmətinin Sumqayıt şəhər ərazi İdarəsinin verdiyi MH seriyalı, ******* nömrəli, reyest nömrəsi **********37-05101-093021, qeydiyyat nömrəsi 140709967, qeydiyyat tarixi 19.10.2007-ci ilə olan çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər ərazi idarəsinin verdiyi 14/1053 nömrəli, 26.02.2013-cü il tarixli arayışa əsasən, 5 (beş) otaqlı, ümumi sahəsi 98,65 m2, yardımçı sahəsi 25,46 m2, yaşayış sahəsi 73,19 m2 olan Sumqayıt şəhəri, 12-ci mkr., 18 nömrəli binada yerləşən 26 saylı mənzildən qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras paylarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292-ci maddəsinə əsasən qardaşları İddiaçı bağışlamışlar. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasında maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Həmin Qanunun 2-ci bəndinə əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşadığı yer sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh3 yetkinlik yaşına çatmayan övladları 13.05.2008ci il təvəllüdlü Abdullayeva Aytac Rəsul qızı və 28.04.2009-cu il təvəllüdlü X2 ünvan 3 ünvanına istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh3 yetkinlik yaşına çatmayan övladları 13.05.2008-ci il təvəllüdlü Abdullayeva Aytac Rəsul qızının və 28.04.2009-cu il təvəllüdlü X2 ünvan 3 ünvanına istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4448/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4448/2021
17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver