Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4448/2025 26.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair (maraqlı şəxs: 2 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Lerik rayonu Nüvədi İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 05 fevral 1953-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində düzəliş edilərək mərhum həyat yoldaşı Əmirov Vəkil Ali oğlunun adının “Vəkil", ata adının “Əliəkpər”, anasının soyadının “Məmmədova”, ana adının “Meygül" və doğum tarixinin 15 oktyabr 1952-ci il kimi yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əmirov Vəkil Ali oğlu onun həyat yoldaşıdır. Vəkil Əmirov 15 oktyabr 1952-ci ildə Lerik rayonunda anadan olmuş, 09 aprel 2025-ci ildə vəfat etmişdir. Vəkil Əmirovun vəfat etməsini Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 30 aprel 2025-ci il tarixli, AZ-ll 408891 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. Həmin şəhadətnamədə mərhum həyal yoldaşının adı “Vəkil”, soyadı “Əmirov”, atasının adı isə “Əliəkpər” kimi qeyd olunmuşdur. Lerik rayonu Nüvədi İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 05 fevral 1953-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində mərhum həyat yoldaşının atasının adı “Ali”, anasının soyadı “Məmedova”, anasının adı “Megul”, doğum tarixi isə səhvən 15 noyabr 1952-ci il kimi yazılmışdır. Əslində isə mərhum həyat yoldaşı Əmirov Vəkil Ali oğlunun bütün sənədlərdə soyadı “Əmirov", adı “Vəkil" atasının adı “Əliəkpər", doğum tarixi isə 15 oktyabr 1952-ci il kimi yazılmışdır. Bunu xx.xx.2010-cu ildə verilmiş AZ.-l 622699 saylı nikah haqqında şəhadətnamə, xx.xx.2022-ci ildə verilmiş çıxarış və diplom təsdiq edir. Bundan əlavə, mərhum həyal yoldaşı Əmirov Vəkil Ali oğlunun anasının sovadı “Məmmədova”, adı “Meygül”, alasının adı isə “Əliəkpər"dir. Mərhum həyat yoldaşı Əmirov Vəkil Ali oğlunun doğum haqqında akt qeydində dəyişiklik edilməsi üçün AR Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan xidmət" X2 müraciət etmiş, lakin Şöbə özünün xx.xx.2025-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət eməyi tövsiyə elmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, hazırki ərizənin verilməsinə səbəb əri ilə bağlı vərəsəlik işinin açılmasıdır. Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan xidmət" X1 nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. İş materiallarında olan: - AZ-İ 622599 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Əmirov Vəkil Əliəkpər oğlu xx.xx.2010-cu il tarixdə nikaha girmişlər. - AZ-İİ 408891 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əmirov Vəkil Əliəkpər oğlu xx.xx.2025-ci il tarixdə ölmüşdür. - AZ-İ 867911 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə ölmüşdür. - xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4 cü mikrorayon, ev 2/68, mənzil 6 Əmirov Vəkil Əliəkpər oğlunun adına qeydə alınmışdır. - 011839 saylı diplomun surətindən görünür ki, Əmirov Vəkil Əliəkpər oğlu xx.xx.1974-cü ildə Bakı Elketrik Texnikumunu bitirmişdir. - 2 saylı Sumqayıt Regional “Asan xidmət" X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 674 saylı ölüm haqqında akt qeydində ata adı, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.1975-ci il tarixli 846 saylı nikah, xx.xx.2010-cu il tarixli 1615 saylı nikah, xx.xx.2006-cı il tarixli 290 saylı nikah pozulması haqqında akt qeydlərində kişi qrafasında ata adı “Əliəkpər”, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli 517 saylı ölüm haqqında akt qeydində ad “Meygül”, soyad “Məmmədova” göstərilib. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Təqdim edilmiş sənədlər arasında ziddiyyət olduğu üçün Lerik rayonu Nüvədi icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1953cü il tarixli 15 saylı doğum haqqında akt qeydində uşaq bəndində ata adının, ata bəndində adın “Ali”-dən “Əliəkpər”-ə, ana bəndində adın “Megul”-dan “Meygül” -ə, soyadın “Məmedova”-dan “Məmmədova”-ya, Lerik rayonu Nüvədi icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1996-cı il tarixli 07 saylı ölüm haqqında akt qeydində adın “Ələkbər”-dən “Əliəkpər”-ə düzəliş olunması imkan xaricindədir. - Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.1996-cı il tarixdə ölmüşdür. - 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X7 oğlu 15 noyabr 1952-ci ildə Lerik rayonu, Gürdəsər kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1953-cü il tarixdə Lerik rayonu Nüvədi icra nümayəndəliyi tərəfindən 15 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X9, milliyyəti: azərbaycanlı, anası: X4 milliyyəti: azərbaycanlı. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin əri Əmirov Vəkil Əliəkpər oğlu əslində xx.xx.1952-ci ildə anadan omuşdur və atasının adı Əloəkpər, anasının adı Meygül, anasının soyadı isə Məmmədovadır. Bu fakt Ərizəçi ərizəsinə əlavə etmiş olduğu sənədlərin surətindən təsdiqini tapır. Məhkəmə hesab edir ki, mərhum Əmirov Vəkil Əliəkpər oğlunun akt qeydində və doğum haqqında şəhadətnaməsində səhvən doğum tarixi “xx.xx.1952”, ata adı “Ali”, ana adı “Megul”, ana soyadı isə “Məmedova” olaraq əks olunmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 339.1-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Belə ki, 2 saylı Sumqayıt Regional “Asan xidmət" X1 Ərizəçi ünvanlanmış məktubda, onun müraciətinə cavab olaraq bildirilmişdir ki, onun mərhum ərinə məxsus olan doğum şəhadətnaməsində olan yanlışlığın düzəldilməsi mümkün olmamışdır. Həmin Məcəllənin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Əmirov Vəkil Əliəkpər oğluna məxsus olan Lerik rayonu Nüvədi İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 05 fevral 1953-cü il tarixli 15 saylı doğum haqqında akt qeydindəki yanlışlıq aradan qaldırılsın və onun doğulduğu tarix 15 oktyabr 1952-ci il, adı “Vəkil", ata adı “Əliəkpər”, ana soyadı “Məmmədova”, ana adı “Meygül" kimi qeyd edilsin. Lerik rayonu Nüvədi İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 05 fevral 1953-cü il tarixli 15 saylı doğum haqqında akt qeydində olan yalnışlığın düzəldilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(060)-4448/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4448/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver