Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4456/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, 1935-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuş və xx.xx.1980-cı il tarixdə Ağdam rayonunda vəfat etmiş Heydərova (Eyvazova) Diliş Şahin qızının 1935-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda doğulması haqqında doğum akt qeydiyyatı faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi Vəkil ərizəyə dəqiqləşmə verərək, 1935-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuş və xx.xx.1981-ci il tarixdə Ağdam rayonunda vəfat etmiş Heydərova (Eyvazova) Diliş Şahin qızının 1935-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda doğulması haqqında doğum akt qeydiyyatı faktının müəyyən olunması Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonunda doğulmuşdur. X1, anası ilə X2r. Ailədə 3 bacı, 2 qardaş olmuşlar. Hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt ŞPİ QŞVB tərəfindən ona xx.xx.2011-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçinin anası Heydərova (Eyvazov) Diliş Şahin qızı 1935-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuş, 1961-ci il tarixdə isə ərizəçinin X1 ilə ailə həyatı qurmuş və soyadı “Heydərova” olmuşdur. X3 xx.xx.1981-ci il tarixdə Ağdam rayonunda vəfat etmişdir. Ərizəçinin anasının doğum qeydinin Ermənistan Respublikasında aparılması və həmin sənədin orada qalması ilə bağlı olaraq hazırda qohumluq faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ərizəçi və nümayəndəsi Vəkil məhkəmədə ərizənin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdilər. İş üzrə maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X5 bildirdi ki, atasıgil 4 qardaş 4 bacı olublar. Ərizəçinin anası bibisi olub. Bibisi Diliş ailə həyatı qurandan sonra Ağdam rayonuna köçüb orada məskunlaşmışlar. Rəhmətə gedəndə də orada dəfn olunub. Məhkəmə işdə iştirak edən ərizəçinin, nümayəndəsinin və şahidin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İİ №290161 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.1997-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ №290160 saylı, xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.1981-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 307-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. 1935-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda anadan olmuş və xx.xx.1981-cı il tarixdə Ağdam rayonunda vəfat etmiş Heydərova (Eyvazova) Diliş Şahin qızının 1935-ci il tarixdə Ermənistan Respublikasının Gorus rayonunda doğulması haqqında doğum akt qeydiyyatı faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4456/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4456/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver