Məhkəmə qərarları › İş №2(060)-4468/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4468/2024

09.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4468/2024 09.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X9 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxs olmaqla doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. X3, anası isə X8r. Hər iki valideyni isə vəfat etmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Hazırda doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün deyildir. Belə ki, arxiv sənədləri Ermənistan Respublikasındadır. Ermənistanla müharibə şəraitində yaşayırlar. Doğum haqqında şəhadətnamənin surəti onda var və iddia ərizəsinə əlavə etmişdir. Doğum haqqında şəhadətnamənin olmaması ona bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Belə ki, onun şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq orqana müraciət etdikdə ondan doğum haqqında şəhadətnamənin əslini tələb etmişlər. O, həmin sənədi təqdim edə bilmədiyi üçün ona vəsiqə verilməsindən imtina olunmuşdur. Faktın müəyyən olunması ona doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Bundan sonra o, Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs cavabdehdən məktubu ilə doğum haqqında akt qeydinin bərpasından imtina edilmişdir. Həmçinin Maraqlı şəxsndən ona izah olunmuşdur ki, doğumun qeyd edilmə faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, məhkəmədən onun xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmağı, X3, anası isə X10 olmasına dair doğumun qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək bildirdi ki, ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən şahidlər: X2 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi qızıdır. O, 15 yanvar 1962-ci il tarixdə anadan olmuşdur. Ermənistanda anadan olmuş, daha sonra Daşkəsən rayonuna köçmüş, daha sonra isə Xırdalan şəhərinə köçmüşlər. Ərizəçinin bir qardaşı yenicə rəhmətə getmişdir. Ailə qurmuş, lakin övladı olmadığı üçün ayrılmışdır. X6 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi qızıdır. O, 15 yanvar 1962-ci il tarixdə Amasiya rayonunun Daşkörpü kəndində anadan olmuşdur. 1988-ci il tarixdə Daşkəsən rayonunun Quşçu kəndinə köçmüşlər. Ailə qurduqdan sonra isə şəhərə köçüb-gəlmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-2263/15 saylı məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası”-nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Eyni zamanda həmin “Qayda”-nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə bağlı bildirilmişdir ki, şəxsiyyəti təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, ******* nömrəli şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərardan görünür ki, 15 yanvar 1962-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına məsubiyyətinin tanınması qərara alınmışdır. Azərbaycan Respublikası Daşkəsən Rayon VVADQ şöbəsi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, İV-ЖГ seriyalı, 481697 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 rayonunda kəskin ürək qan damar çatmamazlığı səbəbindən xx.xx.2022-ci il tarixdə 71 yaşında ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin aprel ayının 08-ci günündə 04 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 avqust 2016-cı il tarixli, AZ-İ seriyalı, 827958 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 avqust 2016-cı il tarixdə Xırdalan şəhərində ürəyin degenerasyası səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 08-ci ayının 30-cu günündı 435 nömrə ilə qeyd edilmişdir. Amasiya rayonu Kənd Sovetliyi tərəfindən verilmiş 25 yanvar 1962-ci il tarixli, Г-ЗЖ seriyalı, 497694 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 15 yanvar 1962-ci il tarixdə Amasiya rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1962-ci ilin birinci ayının 25-ci günündə 18 nömrə ilə qeyd edilmişdir. X3, anası isə X8r. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş 14 iyul 2017-ci il tarixli arayışdan görünür ki, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”-nın 4.1.1ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5.4-cü bəndinə əsasən, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək etmiş həkimin və doğumdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edildikdə yeni doğulmuş uşağın doğumu qeydə alınır. Məhkəmə Ərizəçi ərizəsinin əsaslı olmasını aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə Ərizəçi məhkəmə iclasında verdiyi izahatı, şahid ifadələrini, iş materiallarında olan sübutları Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirərək hesab edir ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması məhkəmədən kənar şəkildə müəyyən edilməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14-cü maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda doğulması, doğum haqqında şəhadətnaməsində soyadının “Əmirova”, adının “Zeynəb”, ata adının “Gülməmməd” qeyd edilməsi, doğum qeydinin ata qrafasında X7, ana qrafasında isə X10 qeyd edilməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar