Məhkəmə qərarları › İş №2(060)-4476/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4476/2022

11.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4476/2022 11.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi X3 iştirakı ilə Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsinə qarşı «doğumun qeyd edilmə faktın müəyyən edilməsi barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1967-ci ildə Azərbaycan Respublikasının Laçın şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X11, ana qrafasında X2 yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X7 ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.1967ci ildə Azərbaycan Respublikasının Laçın şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X11, ana qrafasında X2 yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi X7 ərizəni müdafiə edərək göstərdi ki, o, xx.xx.1967-ci ildə Azərbaycan Respublikasının Laçın şəhərində anadan olmuşdur. Məlum hadisələr nəticəsində xx.xx.1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə işğal zonasında qalmışdır. Doğum haqqında şəhadətnamənin yenidən alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Asan xidmət mərkəzi qeydiyyat şöbəsi bundan imtina edərək, xx.xx.2022-ci il tarixli 05/Q-5637/15 saylı imtina məktubunda qeyd etmişdir ki, doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılmışdır. Bildirir ki , Laçın rayonu qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1967-ci il tarixli, 96 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı Esmira deyil Elmira yazıldığı müəyyən olunmuşdur. Eyni zamanda bildirir ki, ata və ana haqqında məlumat qrafalarında ata və ananın atasının adları yazılmamışdır. Göstərilənləri nəzərə alaraq, X3 xx.xx.1967-ci ildə Azərbaycan Respublikasının Laçın şəhərində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum akt qeydinin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamənin ata haqqında məlumat qrafasında X11, ana qrafasında X2 yazılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Asan Xidmət mərkəzi qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarını nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı xx.xx.1967-ci ildə Laçın şəhərində anadan olmuşdur. Bacısının adı Elmiradır. X1, anaları isə X8r. Məhkəmədə şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı doğulandan adı Elmira olub. xx.xx.1967-ci ildə Laçın şəhərində anadan olmuşdur. X1, anaları isə X8r. Məhkəmə ərizəçi X4, şahidlər X13 və X5 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan AA seriyalı, № 196904 saylı “məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi 1967-ci il tarixdə Laçın rayonunda doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakmiyyəti başçısı aparatının xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, Laçın şəhər sakini Ərizəçi 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün olmaqla, hal-hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsas olmadığı üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Laçın rayon Qeydiyyat Şöbəsinin doğum akt qeydindən görünür ki, X7 xx.xx.1967-ci il tarixdə Laçın şəhərində anadan olmuş, ata qrafasında X11, ana qrafasında X12 qeyd edilmişdir. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X13 və X10 ifadə verərək X7 həqiqətən də xx xxxx 1967-ci ildə Laçın şəhərində doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsində ona yeni doğum haqqında şəhadətnamə verilərkən adının “Elmira” kimim yazılmasını xahiş edir. İş materiallarında olan Laçın rayon Qeydiyyat Şöbəsinin doğum akt qeydindən görünür ki, həqiqətəndə ərizəçinin adı “Esmira” deyil, “Elmira”dır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi X7 xx.xx.1967-ci ildə Laçın şəhərində doğulması faktı müəyyən edilməli, doğum faktı qeydin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X11, ana qrafasında X12 göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 xx.xx.1967-ci ildə Laçın şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X3 xx.xx.1967-ci ildə Laçın şəhərində doğulması və yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X11, ana qrafasında X12 göstərilsin. Qənamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar