Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4483/2025 15.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və cavabdeh X2 nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi, X3 qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların “əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi, X4ə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, İddiaçı ilə işəgötüən-cavabdeh X5 arasında xx.xx.2014-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və məşğulluq" altsistemində qeydlərin aparılması hüquqnu cavabdeh AR ƏƏSMN yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə sahibkari fəaliyyəti ilə məşğul olan fiziki şəxs cavabdeh X5 arasında xx.xx.2014-ci il tarixdə müddətsiz olaraq əmək müqaviləsi bağlanmışdır.Bağlanmış müqaviləyə əsasən o, Sumqayıt şəhərində cavabdehin sahiblik etdiyi "Gözəllik salonunda" manikür ustası işi üzrə əmək vəzifələrini yerinə yetirmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi bağlanmasından bir müddət (1-2 ay) keçdikdən sonra, tərəflərin qarşlıqlı razılaşması əsasında müqaviləyə xitam verilməsi qərarına gəlinmişdir. Beləcə olaraq o, işdən çıxmış və yekun olaraq cavabdeh E.Yevdayeva ilə iş birliyinə son qoymuş və hesab etmişdir ki, işəgötürən cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirərək əmək müqaviləsinə xitam vermişdir. Ötən dövr ərzində o, heç bir sahibkarlıq subyektləri (işəgötürənlər) ilə əmək müqaviləsi bağlamamış və işləməmişdir.Hazırkı vaxtda keçirtdiyi xəstəlik ilə bağlı olaraq sosial müdafiə mərkəzinə müraciət etmiş və orada ona məlum olmuşdur ki, onunla işəgötürən-cavabdeh X5 arasında bağlanmış xx.xx.2014-ci il tarixli əmək müqaviləsi qüvvədədir.Qeyd edilən məsələ ilə bağlı onun ali dövlət hakimiyyəti orqanlarına çoxsaylı müraciətlər olmuş, oradan isə ona AR ƏƏSMN-nə və onun alt qurumlarına müraciət etmək tövsiyyə etmiş və sonda o, ərazi üzrə X7 Xidməti Abşeron Xızı regional şöbəsinə müraciət etmişdir. Müraciətini cavablandıran həmin orqan əlavə edilir, o, iddiaçı ilə cavabdeh E.Yevdayeva arasında olan əmək müqaviləsinə xitam verilməsinin onların səlahiyyətləri xaricində olmasını bildirmiş, eyni zamanda sözügedən məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər.Hazırda, ona məlumdur ki, cavabdeh E.Yevdayeva vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış, evini və əmlakını sataraq Rusiya Fedrasiyasına köçüb getmişdir. Hazırkı əmək qanunvericiliyində əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ona xitam verilməsi qaydası onlayn rejimdə baş verir.Belə ki, AR Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı "Əmək və məşğulluq" altsisteminə gücləndirilmiş elektron imza ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin məcəllənin 12-ci maddəsinin birinci hissəsinin "h" bandinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Bundan başqa, Azarbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 Ne-li qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin eydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarının real vaxt rejimində əldə etməklə bağlı Qaydaların 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökümət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməlkə, bilavasitə işəgötürən və ya "Elektron hökümət" portalına yerləşdirilmiş "səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.Göründüyü kimi, işçi ilə əmək müqaviləsinə xitam verilməsi işəgötürən və ya "Elektron hökümət" portalına yerləşdirilmiş "səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilməsini özündə ehtiva edir. Onun sadaladığı halda hazırda nə işəgötürən, nə də işəgötürənin səlahiyyət verdiyi şəxs mövcud deyildir və bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi vəzifəsi işəgötürən-cavabdeh tərəfindən icra edilməsi mümkün sayılmadığından hesab edirəm ki, məhkəmə qaydasında tərəflər arasındakı əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və məşğulluq" altsistemində qeydlərin aparılması hüququnu iş üzrə cavabdeh AR ƏƏSMN yanında X7 Xidməti Abşeron Xızı regional şöbəsinə həvalə edilməlidir.Belə ki, əsasnaməyə əsasən AR ƏƏSMN yanında X7 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən AR Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.Sonda onuda qeyd edir ki, o, iddia tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya təşkilatına müraciət etmiş və buna dair ona arayış verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Elmira fərdi sahibkar kimi fəaliyyət göstərmiş, uzun müddətdir ki, əmək fəaliyyətinə xitam verilmişdir.Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X2 nümayəndəsi Qanuni nümayəndə etiraz edərək izahatında bildirdi ki, Vəliyev Xanlar da olmuşdur.Ola bilər ki, onun işçisi olmuşdur.Elmiranın işçisi olmamışdır.Qızı da çoxdan getmişdir.Rusiyada yaşayır.Xoşgüldə əvvəldən getmişdir.İddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayənədsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materialına əlavə edilmiş,əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı X5 ilə xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi müddətsiz bağlanmışdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞS/MT030/2025-00873 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş lakin, X6 iştirak etməmişldir.İddiaçı 50 manat mediasiya xərci,10 manat kargüzarlıq xərci ödəmişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsinin 23 may 2025-ci il tarixli məktuba cavabından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq altsisteminə baxış keçirilərkən, İddiaçı işəgötürən X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir.Əmək müqaviləsinə xitam verilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir."Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıması haqqında" 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün deyildir.Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və məşğulluq altsistemində qeydlərin aparılması hüququ X7 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə görə Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin V hissəsinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə görə, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır(68.2 b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında əmək müqaviləsi bağlanmış,sonradan restoran fəaliyyətini dayandırdığına görə iddiaçı əmək müqaviləsi aktiv olduğu üçün rəsmi olaraq əmək müqaviləsi bağlayaraq işə düzələ bilmədiyi üçün iddiaçı tələb irəli sürərək belə bir münasibətin, yəni onlar arasında əmək münasibətlərinə xitam verilməsini xahiş etmişdir. Ona görə də tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi barədə iddiaçı xəbərdar deyildir və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışdır. Əmək müqaviləsinə faktiki mövcud olmaması, yəni əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməli,əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququ X7 Xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə müəyyən edildi ki, cavabdeh X5 ilə İddiaçı arasında vaxtamuzd əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə müddətiz bağlanmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi bağlanmasından bir müddət (1-2 ay) keçdikdən sonra, tərəflərin qarşılıqlı razılaşması əsasında müqaviləyə xitam verilməsi qərarına gəlinsə də, hal-hazırki vaxtadək əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi, X3 qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələblərə dair iddia ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216- 220- ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Abşeron-Xızı regional şöbəsi, X3 qarşı əmək müqaviləsinə xitam verilməsi və məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələblərə dair iddia ərizəsi təmin edilsin. Əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4483/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4483/2025
15.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver