Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4490/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 14 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 50000 ABŞ dolları, 145000 manat əsas borc və ödənilmiş dövlət rüsumunun, yəni ümumilikdə 50000 ABŞ dolları 145780 manat tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olduğuna görə, qanunamüvafiq tədbirlər (xüsusi qərardad çıxarıb aidiyyatı üzrə prokurorluğa göndərilməsi) barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onları aldadaraq 50000 ABŞ dolları, 145000 manat pullarını mənimsəmişdirlər. Əvvəllər tanıdıqları İlkin adlı həmkəndlisi onlara bildirmişdir ki, tanıdıqları Nazim adlı şəxs aşağı qiymətə mənzillər satır. O, bütün qohumları ilə birlikdə Nazimdən 10-a yaxın mənzil almışdır. Onlar da, İlkinə Nazimi çağırmasını və gedib mənzillərə baxmaq istədiklərini bildirmişdir. Həmin günü Nazim gəlmiş və İlkin onu Nazimlə tanış etmişdir. Bəzi mənzilləri birlikdə gəzmiş və baxmışdırlar. Yeni Yasamal ərazisində yerləşən binada iki mənzil bəyənmişdirlər. Onları aldadaraq Bayramov Rahimin də buradan mənzil aldığını bildirmişdirlər. Nazim onlara bildirmişdir ki, mənzilləri aşağı qiymətə, yəni MTK -nın qiymətindən yəni, 1200 manat kv.m qiymətində olan mənzilin, yəni 77 kv.m olanı onlara 1100 manata, ikinci mənzili yəni 113 kv.m olanı 1110 manata verəcəkdir. Onlar 08 iyun tarixdə görüşüb həmin mənzillərin pulunu ödəyərək almaq barədə razılaşmışdırlar və cavabdehlər onlardan 1000 manat beh almışdırlar. xx.xx.2019-cu il tarixdə "ƏMRAH” Bankın Binəqədi filialına gedərək 30000 manat pul Nazimin adına qoyulmuşdur. Onlar Rusiya vətəndaşı olduqları üçün 50000 ABŞ dolları məbləğində pulu isə banka qoya bilməmişlər. Onlar 50000 ABŞ dolları məbləğində pulu İlkinə verilmək və İlkinin də həmin pulu Nazimin bankda adına qoyması barədə razılaşmışlar. Onlar MTK-nın hesabına yox, məhz cavabdehlərin adına pul qoyduqlarını sonradan bilmişdirlər. 2019-cu ilin iyul ayında cavabdehlər onlara zəng edərək bildirmişdir ki, 77 kv.m yaşayış sahəsi olan mənzili satırlar. Bu mənzilin hər kv.m üçün 1000 manat istəyirlər. Nazimə də həmin vaxt təcili pul lazım olduğundan mənzili ucuz, yəni 78000 manata satır. Nazimlə İlkinin göndərdiyi adam Masallı rayonuna gedərək onların qardaşlarından 78000 manat pulu da almışdırlar. Pulu gəlib aparan şəxsin ** MA *** dövlət nömrə nişanlı, Mersedes markalı qara rəngli avtomobil olmuşdur. Onlar Rusiya Federasiyasına getdikdən sonra avqust ayında 9000 manat, 14000 manat, 8200 manat, 3800 manat pulu da cavabdehlərə Bank vasitəsilə köçürmüşdürlər. Həmin pulların köçürülməsini təsdiq edən qəbzlərin surəti işə əlavə edilmişdir. Cavabdehlər onlara qısa müddətdə maliyyə arayışının veriləcəyinə dair söz versələr də, sözlərinə əməl etməmişdirlər və bu günə kimi onları aldadırlar. Bir daha qeyd edir ki, onlar İlkinlə həmkəndlidirlər və İlkin aralarında olan münasibətdən istifadə edərək onları aldatmışdır. İddiaçılar qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil3 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehin vəkili yazılı etiraf təqdim edəcəyini, hətta bir ay müddətinə borcun ödəniləcəyini bildirmişdir. Lakin heç bir ödəniş edilməmiş və tərəflər arasında barışıq olmamışdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin tam təmin edilməsi və cavabdehlər barəsində xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında və xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkili Vəkil2 iddia ərizəsinə dair izahat verərək bildirmişdir ki, Cavabdeh2 iddia tələbini qəbul edir, sadəcə məbləğ hissəsində şübhəsi var, yəni təxminən 3000 manat pulla bağlı aralarında mübahisə var. Bu hissə dəqiqləşdirilməlidir və məbləği dəqiqləşdirdikdən sonra cavabdehin yazılı etirafı məhkəməyə təqdim olunacaqdır. Hətta yaxın günlərdə tərəflər arasında barışığın olması ehtimalı da var. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2019-cu il tarixli, 1455 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1455 saylı mənzili inşa edib X2 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 30000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 4667 manat təşkil edir, payçının qalıq borcu 112000 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 1614 nömrəli “Kooperativ mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, "xxxx" MMC ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1614 saylı mənzili inşa edib X1 təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü maddəsinə əsasən Payçı müqavilə bağlanan gün ilkin olaraq 10000 manat məbləğində ödəniş etmiş və aylıq ödəniş 3427 manat təşkil edir, payçının qalıq borcu 112000 manatdır. Son ödəniş tarixi xx.xx.2021-ci il tarixdir. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, 10000 manat məbləğində pul X3 tərəfindən Cavabdeh2 adına köçürülmüşdür. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, 50000 ABŞ dolları məbləğində pul Cavabdeh1 tərəfindən Cavabdeh2 adına köçürülmüşdür. İşdə olan ********* nömrəli qəbzə əsasən 3800 AZN Cavabdeh1, ********** nömrəli qəbzə əsasən 8200 AZN, ********* nömrəli qəbzə əsasən 14000 AZN, ********* nömrəli qəbzə əsasən 9000 AZN, ********* nömrəli qəbzə əsasən 14000 AZN Cavabdeh2 adına köçürülmüşdür. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh2 münasibətdə sübut edə bilmişdir. Belə ki, Cavabdeh2 səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında Cavabdeh2 iddia tələbini qəbul etdiyini və cavabdehə borcunun olduğunu etiraf etdiyini bildirmiş, yalnız məbləğlə bağlı mübahisəni aydınlaşdırıb borcun etiraf edilməsi barədə məhkəməyə ərizə təqdim edəcəyini bildirmişdir. Bununla əlaqədar məhkəmə iclasları bir neçə dəfə təxirə salınsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə cavabdehin etirafı barədə yazılı ərizə təqdim etməmişdir. Lakin Cavabdeh2 səlahiyyətli nümayəndəsi məhkəmə iclaslarında Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirdiyindən məhkəmə hesab edir ki, ona münasibətdə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələgəlməsi əsaslarından biridir; - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki,hüquqi əsas olmadan başqa şəxsin (məhrumolanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadanvarlanma həmçinin o hallarda baş vermiş sayılırki, bu cür varlanma həyata keçirilməmiş əsasavə ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxsəldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır. Əldə edilənləri vermək mümkünolmadıqda, onların dəyəri ödənilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 50000 ABŞ dolları və 145000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır, bu səbəbdən o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 50000 ABŞ dolları və 145000 manat pulun tutularaq iddiaçılara verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh2 səlahiyyətli nümayəndəsi iddia tələbini qəbul etdiyini, iddia tələbindən təxminən 3000 manat məbləğlə bağlı tərəflər arasında mübahisə olduğunu bildirsə də, məhkəməyə bununla əlaqədar hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh1 münasibətdə iddia tələbinin əsası kimi istinad etdiyi halları (ona hansı məbləğdə pul ödənildiyi, həmin şəxsin adına köçürülmüş pulun hansı məqsədlə edilməsi, digər cavabdehə ödənildiyi halda bütün məbləğin hər iki cavabdehdən tutulmasına əsas verən hallar və s.) sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində iddiaçılar cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəssini tərkibi olduğuna görə, xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiyindən iddiaçılar tərəfindən ödənilən 780 manat dövlət rusumu həmin cavabdehdən tutulmalı və iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 145000 (bir yüz qırx beş min) manat və 50000 (əlli min) ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc, ödənilmiş 780 (yeddi yüz səksən) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4490/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4490/2022
14.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver