Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4499/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Ərizəçi və onun vəkili X2 iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X9 ilə Maraqlı şəxs2 bacı-qardaş olması və Maraqlı şəxs2 dayısı kimi onunla qohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum anası X9 16.10.2007-ci ildə ölmüşdür. Bununla bağlı ona ölüm haqqında şəhadətnamə verilmişdir. Lakin anasının doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmadığından, onun dayısı Maraqlı şəxs2 ilə qohumluq münasibətində olduğunun sübuta yetirə bilmir. Onun adında daysının bir çox əmlakları olduğundan, həmin əmlakları daysının adına keçirə bilmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinə müraciət etmişlər və oradan onlara cavab olaraq 1936-cı ilə dair Bakı şəhəri Kirov (Binəqədi) rayonu və Binəqədi qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat olmadığı bildirilmişdir. Ona görə də ərizənin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında ərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirdi ki, ərizəçi bacısı oğludur. Onlar 4 uşaq olmuşlar-2 bacı, 2 qardaş. Maraqlı şəxs2 onun qardaşıdır. Məhkəmə ərizəçini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16.10.2007-ci ildə beyin ödemi səbəbindən ölmüşdür. -doğum haqqında şəhadətnamələrin surətindən görünür ki,07.11.1948-ci il təvəllüdlü Maraqlı şəxs2 və 01.02.1942-ci il təvəllüdlü X4 atası X12, anası XXX Sara Xudaverdi qızıdır. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 29.03.1959-cu il təvəllüdlü X5 və xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi atası X11, anası X6r. -Azərbaycan Respublikası Dövlət X1 19 mart 2021-ci il tarixli DA-00446-2021 saylı məktubundan görünür ki,1936-cı ilə dair Bakı şəhəri Kirov (Binəqədi) rayonu və Binəqədi qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X3 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin anası H.Qasımova 16.10.2007-ci ildə ölmüşdür. H.Qasımovanın doğum haqqında şəhadətnaməsi itmiş və doğum haqqında qeydiyyat kitablarında onun haqqında məlumat yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər üçün müəyyən edilməsi yolverilməzdir. Məhkəmə belə qənaətə gəlir ki, ərizəçinin Maraqlı şəxs2 ilə qohumluq münasibətində olması iş materialları ilə sübut olunmur. Həmçinin ərizəşi bu faktın müəyyən edilməsinin onun adına olan əmlakların Maraqlı şəxs2 bağışlamaq üçün gərəkli olduğunun bildirmişdir. Lakin bağışlama qohumluq münasibətində olmayan şəxslər arasındada həyata keçirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi mərhum anası X9 ilə Maraqlı şəxs2 bacıqardaş olması və Maraqlı şəxs2 dayısı kimi onunla qohumluq münasibətində olması faktına dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi mərhum anası X9 ilə Maraqlı şəxs2 bacı-qardaş olması və Maraqlı şəxs2 dayısı kimi onunla qohumluq münasibətində olması faktına dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4499/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4499/2021
08.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver