Məhkəmə qərarları › İş №2(060)-4500/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4500/2023

22.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4500/2023 22.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi, bacısı X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs kimi göstərməklə) qızı X3 xx.xx.2016-cı il ildə Suriya Respublikası, Raqqa şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 2015-ci ildə Azərbaycan Respublikasının vətəndaşı Natiq adlı şəxslə Suriya Respublikasında faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Onların faktiki nikahlarından bir övladları var: xx.xx.2016-cı il təvəllüdlü X5. Ərizəçi 2013-cü ildə Türkiyə Respublikasına, oradan isə Suriya Respublikasına getmişdir. xx.xx.2016-cı il təvəllüdlü X2 Respublikasında olduqları vaxt dünyaya gəlmişdir. xx.xx.2023-cü ildə ərizəçi övladı ilə birlikdə Səfirliyinin vasitəsilə Azərbaycan Respublikasına qayıtmışdır. xx.xx.2016-cı il təvəllüdlü X3 doğumu bu günə kimi qeydə alınmamışdır. Ona görə də ərizəçi Maraqlı şəxsnə müraciət edərək qızı xx.xx.2016-cı il təvəllüdlü X3 doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin Maraqlı şəxsndən ona yazılı şəkildə imtina cavabı verilmiş və doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1973-cü ildə anadan olmuşdur. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü tarixli məktubunda bildirmişdir ki, doğumun qeydə alınması üçün tibbi arayış, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim olunmalıdır. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi tərəfindən verilmiş Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətinə əsasən X5 xx.xx.2016-cı il ildə anadan olmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal sahəsinin 484 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən ərizəçi ünvan 1 ünvanında yaşayır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi qızı Xədicə Cəfərovanın doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında X3 xx.xx.2016-cı il ildə Suriya Respublikası, Raqqa şəhərində anadan olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin qızı Xədicə Cəfərovanın doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi X3 xx.xx.2016-cı il ildə, Suriya Respublikası, Raqqa şəhərində anadan olması faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar