Məhkəmə qərarları › İş №2(060)-4505/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4505/2021

28.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4505/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, vəkili X6, İlkin iddia üzrə cavabdehin vəkili X7, nümayəndəsi X1, Qarşılıqlı iddia üzrə cavabdeh X8 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X9 qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “əmlakın mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlaklarının onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən 20 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən 20 saylı yaşayış evi şəxsi mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlinidir. Belə ki, o, 2011-ci ildə oğlu Ələsgərov Samirlə ailə həyatı qurmuş və mülkiyyətində olan evə gəlin kimi köçmüşdür. Oğlu ilə birgə nikahdan onların 28.09.2014cü il təvəllüdlü Murad və 16.12.2015- ci il təvəllüdlü Mədinə adlı 2 övladları anadan olmuşdur. Cavabdeh 07 aprel 2020-ci il taxində uşaqları ilə birlikdə mənzili tərk edərək valideynlərinin yaşadığı ünvana getmiş, lakin əmlakları evdə qalmışdır. Həmin əmlaklar 1 ədəd taxt, 1 ədəd güzgülü kamot və 1 ədəd stulu, 2 ədəd tumba, 1 ədəd xalça, bir ədəd çilçıraq, 2 ədəd naçnik, 1 ədəd güzgülü kamot, 1 ədəd qorka, 1 ədəd divan, 2 ədəd kreslo, televizor altlığı, DVD player, 1 ədəd çilçıraq, 1 ədəd divar saatı, şüşədən olan jurnal stolu, qorkanin içindəkilər: 1 ədəd qrafinka, 15 ədəd qara bəzəkli rumka, 2 ədəd balaca, 2 ədəd böyük konfet qabı (Versage). 1 ədəd güldan, 1 ədəd kompot qabı 6 ədəd rumkası ilə, qaşlı güldan, 2 ədəd meyvə qabı, şamdan, 6 ədəd qaşlı rumka, 6 ədəd Versaje rumka, 6 ədəd balaca rumka, 6 ədəd orta rumka, 2 ədəd xrustal lodka, 2 ədəd xrustal konfet qabı, 2 ədəd balaca xrustal lodka, 2 ədəd şamdan baquş, 2 ədəd balaca külqabı, 1 ədəd konfet qabı, venus qara karobka-11 ədəd stakan, nolad qlass-6 ədəd çaşka nəlbəki ilə, bianco- yağ qabı, mürəbbə qabı- 6 ədəd + 6 ədəd, 1 ədəd külqabı, SWİSS- 2 ədəd konfet qabı, Soga- 2 ədəd ayaqlı konfet qabı, 5 ədəd armudu stakan, şüşədən olan dəm çayniki, 6 ədəd qızılı rəngli stəkan, TOOL set- 3 mərtəbəli mətbəx seti, 2 ədəd dəmirdən konfet qabı, 12 ədəd balaca armudu stakan, l ədəd ləbləbi qabi, l ədəd doğrayan, 1 ədəd salat qabı, 2 ədəd tort qabı, 6 ədəd +6 ədəd boşqab, 2 ədəd tortgötürən, 12 ədəd yağ bıçağı, 12 ədəd çəngəl, 12 ədəd qaşıq, 12 desert qaşıq (uzun), 12 ədəd çay qaşığı, 12 ədəd limon götürən qaşıq, 12 ədəd balaca çəngəl, 6 ədəd qutuda çay qaşığı, 18 ədəd nəlbəki+ 6 ədəd nəlbəki, luks su dəsti- 1 ədəd qrafin- 6 ədəd stəkan, 12 ədəd razetka, 18 ədəd armudu stəkan, 1 ədəd balaca meyvə qabı, 1 ədəd podnos, 6 ədəd- paşabalışe- şüşə balaca qab, 2 ədəd lodkagöy, 5 ədəd kasa- göy qab, naharlıq servis-12+12+12+12+12+6+4+2+2, 6 ədəd duz qabı, 1 ədəd salfetka qabı, 2 dəst kompot dəsti, 3 ədəd bəzəkli kamotüstü, 1 ədəd balaca gülqabı, lədəd böyük külqabı, kolidor palazı, mətbəx palazı, mətbəx avadanlığı, 3 ədəd çüyün qazan, çaynik, dəm çaynik dəsti, cay dəsti: 6 ədəd stakan, nəlbəki, südqabı, 2 ədəd qənd qabı, mikser, üyüdən, 6 ədəd boşqab, 2 ədəd şüşə saxlama qabı, bıçaq dəsti, şirəçəkən, tərəvəz doğrayan, blender biton, tiyorka, ütü, 3 ədəd qəndqabı göy rəngli, 4 ədəd dərin boşqab, 6 ədəd düz boşqab, mətbəx- qab dəsti:- 4 ədəd kasa, 5 ədəd salat boşqabı+2 ədəd duz, 6 ədəd aş boşqabı+ 6 ədəd masqur+ 6 ədəd tort boşqabı+ 2 ədəd balaca bulud+ 1 ədəd dərin boşqab, 3 ədəd göy boşqab, 5 ədəd nəlbəki, 4 ədəd balaca nəlbəki, qızılı çay dəsti, plasmas qaşıq dəsti, yağ qabı, limon götürən, uşaqlann gödəkçələri, qış paltarları və yay paltarları, papaqları, özünün gödəkçələri, plaşı, paltosu, əyin paltarları, 5 ədəd çantası, yaylıqları, 3 ədəd papağı və şərfi, paltaryuyanın üzlüyü, qazan qapaqları, 6 ədəd süfrə, 2 ədəd pastel, dəsmal, xara, bir qutu balaca dəsmal, 1 ədəd soyuducu içliyi, çay dəsmalları, 2 ədəd qutuda əl-üz dəsmalı +7 ədəd açıq, 2 ədəd can dəsmalı, 2 ədəd balış üzü, uşaqların pastelləri, qızıllar:-l ədəd sep qolbaq dəsti, 1 ədəd sırğa üzük dəsti, 1 ədəd nişan üzüyü, 2 ədəd uşağın sırğasından ibarətdir. O, dəfələrlə cavabdehə əmlaklarını mənzilindən könüllü çıxarmasını bildirsə də həmin əmlaklan mənzildən çıxarmır. Cavabdehlə oğlu arasında nigah qeydiyyatı məhkəmə qaydasında pozulmuş, uşaqlar anasının yanında saxlanılmışdır. Cavabdehin əmlaklarının onun şəxsi mənzilində qalması ona bu mənzildən istədiyi kimi istifadə etməsinə imkan vermir və buna görə də cavabdehin əmlaklarının bu mənzildən çıxarılmasını istəyir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zahiq qızı cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən - 1 ədəd yoluçnu qızıl boyunbaq 16 qram 583 əyar -1100 manat, 1 ədəd yoluçnu qızıl qolbaq 12 qram 583 əyar-900 manat, 1 cüt tac formalı brilyant qaşlı qızıl sırğa 10 qram 583 əyar -1800 manat, 1 ədəd tac formalı brilyant qaşlı qızıl üzük 5 qram 583 əyar - 900 manat, 1 ədəd 16 brilyant qaşlı qızıl nişan üzüyü 7 qram 583 əyar-1500 manat, 1 cüt qırmızı tək qaşlı qızıl sırğa 5 qram 583 əyar - 450 manat, 1 cüt paxlava formalı qızıl uşaq sırğası ağ qaşlı 3 qram 583 əyar-200 manat, Yataq dəsti mebel – 4000 manat, Rəngi tünd qəhvəyi : Taxt çarpayı, Yumru güzgülü termo, Üstü yaşıl döşəkçəli stul, 2 ədəd tumba 2 siyirməli, 4 qapılı şifoner, 2 mərtəbə uşaq çarpayısı şifoneri ilə 2 matraslı rəngi çəhrayı ağ, qiyməti- 350 manat, Mavi beşikli ikili uşaq çarpayısı matraslı qiyməti – 350 manat, Plasmas çəhrayı 4 daxıllı uşaq paltarları yığmaq üçün şkaf qiyməti - 40 manat, 2 dənə qəhvəyi rəngdə naçnik qiyməti- 50 manat, Pərdələr yataq otağında : 4 qalın göy zərli naxışlı pərdə qiyməti – 300 manat, 2 dənə ağ tül pərdə üstü mavi naxışlı qiyməti- 150 manat, Qonaq otağının pərdəsi 2 qəhvəyi zərli pərdə qiyməti - 150 manat, 2 ağ tül zərli naxışlı pərdə qiyməti- 150 manat, Yataq otağının çılçırağı 3 gözlü sallama ağ zərli naxışlı qiyməti – 60manat, Qonaq otağının çılçırağı gümüşü 12 şamdamlı qiyməti- 200 manat, Yataq otağında taxt döşək zoğalı rəngdə qiyməti – 60 manat, Taxt yorğan zoğalı rəngdə qiyməti- 50 manat, Xal-xal 2 nəfərlik qəhvəyi qalın pakrval qiymət- 60 manat, Ağ 2 nəfərlik qaşlı pakrval 3 balışı ilə öz iri sumkasında qiyməti- 500 manat, Nazik yay pakrvalı 2 nəfərlik güllü 2 balış üzü ilə qiyməti- 40 manat, Zoğalı rəngdə sintifon yorğan qiyməti- 60 manat, 2 dənə qu tükülü balış 50-70 qiyməti 40 manat, 2 uşaq döşəyi zoğalı rəngdə qiyməti – 40 manat, 1 uşaq yorğanı çəhrayı rəngdə qiyməti- 20 manat, Uşaq üçün qalın yun göy odeyal qiyməti – 20 manat, Qırmızı iri qalın odeyal qiyməti- 20 manat, Qırmızı ağ rənglı qalın odeyal- 15 manat, Uşaq üçün göy kletkalı odeyal- 10 manat, Uşaq odeyalı ağ göy naxışlı- qiyməti- 20 manat, Uşaq üçün sintifonlu balış 2 dənə 50-70 qiyməti- 20 manat, 2 dənə balaca uşaq balışı qiyməti- 10 manat, Narıncı ipək üzlü döşəkçə - 10manat, Çəhrayı nazik uşaq ədyalı- 10 manat, 2 nəfərlik ağ yataq dəsti- 50 manat, 2 nəfərlik boz yataq dəsti- qiyməti 40 manat, 2 nəfərlik çəhrayı yataq dəsti qiyməti- 40 manat, 2 nəfərlik təzə işlənməmiş boz yataq dəsti – 50 manat, 2 nəfərlik təzə ağ qarışıq rəngli yataq dəsti qiyməti – 50 manat, 1 nəfərlik təzə ağ göy rəngli yataq dəsti qiyməti- 30 manat, 2 nəfərlik qutuda yataq dəsti ağ güllü qiyməti- 50 manat, Ağ qaşlı süfrə təzə işlənməmiş qiyməti- 60 manat, Qutuda vışıfkalı ağ süfrə qiyməti- 40 manat, Süd rəngli vışıfkalı süfrə- 40 manat, 2 dənə ağ 1 nəfərlik prastina- 20 manat, 2 dənə kətan pərdə süd rəngində qiyməti- 30 manat, 2 dənə gün keçirməz pərdə - 20 manat, Kətan süfrə güllü süd rəngli – 20 manat, Ağ süfrə təzə - 15 manat, Ağ mavi rəngli süfrə - 20 manat, Qutuda ağ qaşlı dəsmal – 30 manat, Zamoklu sumkada 6 dənə dəsmal – 30 manat, Ağ qırmızı güllü çay dəsmalı 6 dənə - 30 manat, Ağ göy güllü çay dəsmalı 6 dənə- 30 manat, 12 dənə salfetka dəsmal kletkalı- 15 manat, Hamam dəsmalı 10 dənə- 100 manat, 12 çay dəsmalı şəkilli – 30 manat, 12 dəsmal salfetka – 15 manat, Əlüz dəsmalı 10 dənə- 60 manat, 2 dənə dəsmal qutuda love you – 30 manat, Qazan qapağına keçirilən dəsmal yumru 3 dənəli- 15 manat, Önlük 3 dənə 15 manat, Ağ qırmızı qara rəngli 2m-3m xalça – 200 manat, Qəhvəyi naxışlı 1.5-2m xalça – 70 manat, Qırmızı güllü xalça 50 manat, İran palazı 2m-3m – 40 manat, Türkiyə palazı 80sm-2m – 20 manat, Türkiyə palazı 1.5m-2m – 50 manat, Türkiyə balaca palaz 50sm-80sm 2 dənə - 10 manat, Nazik palaz qəhvəyi qara saçaqlı – 10 manat, Qara ayaq altı- 7 manat, Vilyur divan üstü , 2 dənə kreslo üstü süd rəngli naxışlı – 80 manat, Vişnə rəngli bisserli , saçaqlı jurnalni üstünə sərmək üçün örtük – 20 manat, 2 dənə sarı , zərli yumru güldan altı – 6 manat, Gəlinlik güzgüsü – 60 manat, Tort kəsən nazik dəmir- 5 manat, Göyərti doğrayan taxta – 15 manat, Toz təmizləyən şotka- 3 manat, Toz silən əlcək çəhrayı – 3 manat,Qırmızı ürək balış – 15 manat, Ağ iri ayı- 30 manat, Qəhvəyi pələng- 30 manat, Qorka kamot dəsti tünd qəhvəyi- 2000 manat, Divan , 2 kreslo zoğalı rəngdə - 600 manat, 6 stul vilyur üzlü qaşlı – 500 manat, Qəhvəyi jurnalni – 60 manat, Üstü qırmızı qara naxışlı uşaq stulu- 20 manat, Şüşə jurnalni ayaqları zoğalı rəngdə - 60 manat, Televizor samsung plazma qara rəngdə 82 ekran- 400 manat, DVD qara – 100 manat, Televizor altı şüşə qara – 70 manat, 12 dənə qara qaşlı bakal- 200 manat, Qara dolça qaşlı 6 rumka – 100 manat, 6 versace naxışlı bakal- 100 manat, 2 dənə meyvə qabı versace naxışlı – 100 manat, 2 dənə konfet qabı xrustal – 100 manat, 1 dənə güldan versace naxışlı – 80 manat, 1 qrafinka 6 rumkası versace naxışlı- 150 manat, 6 uzun xurustal rumka- 80 manat, 6 balaca xrustal rumka – 60 manat, 2 xrustal bayquş formalı şamdan- 60 manat, 2 dənə şüşə şamdan – 15 manat, 2 dənə xrustal lotka konfet qabı – 120 manat,2 dənə balaca xrustal lotka- 80 manat, Divar saatı qəhvəyi iri- 40 manat, İri zərli meyvə qabı – 40 manat, 2 dənə balaca zərli külqabı- 20 manat, 2 dənə güldan xrustal altı dəmirli- 150 manat, Lampa gümüşü güllü – 20 manat, 1 dənə iri altı dəmirli meyvə qabı – 100 manat, 2 dənə gümüş şamdan- 40 manat, 3 dənə xrustal külqabı- 50 manat, 2 dənə qutuda təzə düzbucaqlı formalı padnos- 50 manat, 3 qutu 3 qrafinka 18 sok stəkanı- 90 manat, Qutuda 6 salat qabı rəngli - 30 manat, Xrustal 12 çay stəkanı- 100 manat, Xrustal 6 armudu stəkan – 50 manat, Versace naxışlı gümüşü çay üçün nəlbəki – 20 manat, Versace naxışlı gümüşü armudu stəkan üçün nəlbəki 6 dənə - 10 manat, Çay stəkanı naxışlı 12 dənə - 10 manat, Xrustal razetka 12 dənə - 20 manat, Göy razetka 6 dənə - 10 manat, Çiyələk formalı limon götürən bıçağı ilə - 10 manat, Göy xurma qabı 12 dənə - 20 manat, Göy meyvə qabı 1 dənə - 30 manat, Kasa iri güllü 6 dənə - 30 manat, Yemək servizi 300 manat içindəkilər: 12 aş tarelka , 12 dolma tarelka, 12 salat tarelka , 12 sous tarelka , 12 salat qabı, 2 qovurma qabı, 2 böyük bulud , 2 kiçik bulud, 2 duzqabı, 2 salfetka qabı, Xurustal duzqabı 6 dənə - 20 manat, 2 dənə qapaqlı xrustal qənd qabı – 10 manat, qırmızı naxışlı yemək servizi 100 manat içindəkilər: kasa 6 dənə, souz tarelka 6 dənə ,dolma tarelka 6 dənə , salat tarelka 6 dənə, iri bulud 1 dənə, 6 balaca kasa , duz , istiot qabı, xırda güllü tarelka dolma üçün 6 dənə - 30 manat, göy dolma tarelka ortası güllü 6 dənə- 20 manat, sous tarelka ağ naxışlı 6 dənə - 15 manat, 2 dənə dəmirli naxışlı meyvə qabı – 30 manat, 2 dənə göy konfet qabı- 20 manat, 2 dənə üçmərtəbə şirniyyat qabı göy qızılı – 50 manat, 2 dənə tort tarelka dəsti , 2 iri tarelka 12 dənə kiçik tarelka , 1 tort qaşığı – 70 manat, 2 dənə xrustal qapaqlı ayaqlı mürəbbə qabı- 30 manat, 2 dənə qapaqlı konfet qabı – 5manat, 2 dənə şüşəli çaynik- 50 manat, çömçə qaşıq naboru 6-lı nerjevekadan – 50 manat, plasmas qəhvəyi çömçə naboru 6-lı – 30 manat, taxta çömçə qaşıq 5-li nabor- 20 manat, 2 l -lik aliminum termos- 40 manat, 1 l –lik sarı plasmas termos- 10 manat, 2 dənə uşaq termos gümüşü oyal – 20 manat, aliminium iri qazan – 20 manat, Emallı ayaqlı samovara oxşayan qazan- 30 manat, göy qapaqlı aş qazanı- 30 manat, sarı emal tava- 15 manat, iri yumru qalın aliminium tava- 20 manat, qırmızı plasmas xekandaz- 5 manat,12 sarı naxışlı xörək qaşığı , 12 sarı çəngəl, 12 sarı biçaq, 12 çay qaşığı, 12 limon götürən,12 desert çəngəli, 12 desert qaşığı qiymeti- 120 manat, gümüşü tək naxışlı çömçə- 15 manat,12 dənə göy balaca meyvə bıçağı – 15 manat, qara ütü fen – 25 manat, qara saç qurudan fen- 30 manat, ağ – qaralı çətir- 20 manat, uşaq çətiri- 10 manat, alma doğrayan - 8 manat, vişnə tumu çıxaran ət maşını kimi- 30 manat, ət çəkən maşın əl ilə işləyən təzə- 30 manat, Beko tokla işləyən ət maşını- 120 manat, Evroluks blendor nabor təzə ağ rəngdə qutuda – 50 manat, sok çəkən Evroluks gümüşü qara – 80 manat , kofe molka gepas qara rəngdə - 40 manat, Beko ütü mavi rəngdə - 50 manat, Beko mikser – 50 manat, iri gümüşü rəngdə peç – 2 yumru qara listi , 1 dənə 4 künc list, qril bişirən və dəmir setka - 150 manat, ütü stolu iri boz parçalı- 70 manat, bənövşəyi tozsoran- 50 manat, iri şüşə naxışlı meyvə qabı – 15 manat, keramika qapaqlı soba qabı- 20 manat, Fuma bıçaq dəsti 5-li 1 dənə bıçaq itiləyən qayçısı ilə - 60 manat, gümüşü 12 xörək qaşıq, 12 çəngəl, 12 çay qaşığı, 12 bıçaq -50 manat, ağ salat doğrayan kartof soyanla – 20 manat, 2 dənə gümüşü iri və orta padnos – 20 manat, 1 dənə güllü qara balaca padnos – 5 manat, Aura qırmızı çay dəsti 100 manat içindəkilər: dəm çayniki, süd qabı, şəkər qabı, 6 çaşka, 6 nəlbəki, Aura balıq qabı- 20 manat, Aura duz istiot qabı- 10 manat, sarı dəmirli setkalı qabda 2 dənə çaşka qaşığı ilə - 15 manat, dəmir asılqanlı 6 nəlbəki , 6 çaşka və dəm çayniki ilə - 30 manat, qutuda ağ 6 fincan və 6 nəlbəki- 30 manat, 2 dənə qırmızı plasmas qapaqlı şüşədən qənd və çay qabı – 8 manat, pesok qabı qapaqlı- 3 manat, 2 dənə göy duz istiot qabı – 5 manat, 6 dənə tək fincan- 15 manat, ağ qaroşqalı çaydan – 20 manat, ağ emallı güllü qazan dəsti 5-li – 1 çaydan – 80 manat, Tefal bənövşəyi şüşə qapaqlı qazan və tava qiyməti – 60 manat, gümüşü dəmir çaydan – 30 manat, aliminium tas- 15 manat, gümüşü tas- 15 manat, gümüşü aşsüzən iri – 15 manat, 4-lü qazan dəsti bənövşəyi qranit , 3 qazan və 1 tava qapaqlı – 50 manat, ağ üstü güllü qulpsuz qazan qapaqlı – 15 manat, gümüşü aliminium qazan – 10 manat, yaşıl balaca qazan – 10 manat, qəhvəyi tava qapaqlı – 15 manat, qəhvəyi qazan şüşə qapaqlı- 15 manat, qəhvəyi tava – 10 manat, 4-lü qırmızı qazan dəsti – 20 manat, ağ saxlama qabı 4 dənə- 15 manat, plasmas saxlama qabı ağ göy qapaqlı – 15 manat, plasmas taslar – 7 dənə - 20 manat, taxta oxlov və yumru yuxa yayan – 20 manat, Akfafor su təmizləyici ag göy rəngdə - 20 manat, pol taxtası – 15 manat, plasmas süpürgə xəkəndaz ilə - 15 manat, plasmas paltar yiğan göy səbət – 10 manat, paltar qurudan qara qırmızı dəmirli – 25 manat, yaşıl vedrə , sarı vedrə - 10 manat, balaca güzgü gül şəkilli – 2manat, dəmir vedrə - 10 manat, göy plasmas vanna – 10 manat, göy vedrə ağ qapaqlı plasmas- 5 manat, 2 dənə plasmas kuruşka- 6 manat, qırmızı balaca vanna- 6 manat, plasmas qabda dəst salat doğrayan rəndə- 15 manat, 2 dənə dəmirdən rəndə - 5 manat, 2 dənə salat doğrayan dəmir setka- 4 manat, kartof əzən dəmirdən qulpu taxta- 3 manat, 1 dənə ələk dəmirdən – 2 manat, çörək qabı güllü parça yanları – 4manat, su dolçası 2 dənə plasmas qapaqlı- 7 manat, 2 dənə dəmirdən qulplu yumru süzgəc- 5 manat, plasmas göy qab qapaqlı – 3 manat, qənd doğrayan- 4 manat, fındıq sındıran – 4 manat, uzun taxta qaşıq – 4 manat, naxışlı taxta qaşıq – 3 manat, balonağzı açan naxışlı taxta- 5 manat, tort götürən qulpu naxışlı taxta- 5 manat, şüşə qab limon sıxan – 3 manat, tərəvəz içi təmizləyən dəmir- 2 manat, meyvə tumu çıxaran dəmirdən – 2 manat, 5 bıçaq böyük balaca – 8 manat, balaca ət doğrayan balta- 3 manat, dəmirdən kartof çevirən – 3 manat, yumurta çalan dəmirdən – 3 manat, kətə doğrayan- 3 manat, xəmir kəsən – 3 manat, plasmas çəhrayı qıf – 3 manat, 3 dənə dəm çayniki- 10 manat, iri keks qabı qırmızı – 5 manat, plasmas göy rəngdə aşsüzən – 3 manat, qayçı sapqabı – 6 manat, uşaq qayçısı – 1 manat, mavi bidon qapaqlı emallı- 10 manat, Şarp 6 kilolu paltaryuyan maşın gümüşü – 500 manat, 2 qapılı soyuducu gümüşü BRUSA – 600 manat, Çömçə qoymaq üçün plasmas qaşıq – 2 manat, 2 dənə plasmas kist şirniyyat üçün – 6 manat, 12 keks bişirmək üçün qab – 10 manat, dəmir və taxta qazan altı- 5 manat, 2 dənə aliminium tava- 15 manat, sarımsaq sıxan -3 manat, peraşki çevirən makkaş- 3 manat, balıq təmizləyən – 3 manat, 2 dənə çay süzgəci – 4 manat, tort bəzəyən nabor- 10 manat, qırmızı plasmas qulplu iri süzgəc – 3 manat, qab şampunu tökmək üçün qab – 5 manat, dəsmal asan ayı dəsmalı ilə - 10 manat, 6 dənə mürəbbə razetkası göy – 10 manat, çay stəkanı 12 dənə balaca- 6 manat, armudu stəkan ağzı zərli 12 dənə - 10 manat, kartof soyan – 2 manat, paltar şotkası taxta qulplu- 3 manat, Palaz çırpan sarı rəngli- 3 manat, plasmas qapaqlı ağ güllü yağ qabı 2 dənə - 8 manat, yolka oyuncaqları ilə - 20 manat, qırmızı kurtka- 30 manat, Süd rəngi palto- 150 manat, boz plash- 100 manat, cins qaşlı pencək – 40 manat, cins uzun pencək – 30 manat, cins şalvar qara 4 dənə - 80 manat, cins göy 5 dənə şalvar- 80 manat, qısaqol və uzun qol yay köynəkləri 8 dənə - 70 manat, içi tüklü çəkmə keçirtmə - 20 manat, damaşnik 4 cüt - 30 manat, hamam xalatı – 30 manat, basanoşka ağ qara- 20 manat, 3 qırmızı qısaqol paltar- 90 manat, qolluq bənövşəyi paltar- 40 manat, göy paltar qollu üstü setkalı – 30 manat, 3 dənə irili xırdalı əl çantası – 70 manat, qəhvəyi əl çantası – 30 manat, ağ qara 2 cüt tufli – 100 manat, Jilet üst geyimi – 20 manat, Yun sviterler 5 dənə - 120 manat, Qəhvəyi şal iri – 20 manat, Qalın papaqlar 2 boz , ağ , süd rəngi – 40 manat, Boz təzə əlcək – 10manat, 2dənə qalın şərf – 30 manat, Boz retuz – 10 manat, Qalın kalqotka 8 dənə - 40 manat, Ev geyimi vodalaska 5 dənə - 30 manat, Təzə vodalaska 4dənə - 40 manat, Nazik şərflər 5 dənə - 30 manat, Altpaltarı təzə paçka 6 dənə - 10 manat, Mayka 6 dənə rəngli – 30 manat,12 cüt qalın nazik corab – 20 manat, Qalın ev geyimi dəst – 30 manat,Qalın nazik penjama 4 dəst – 50 manat, Baletka ayaqqabı 2 dənə - 20 manat, Tibb işçisi paltarı – 30 manat, Namaz qılmaq paltarlı dəst – 30 manat, Telefon samsung – 350 manat, Şəkil diski fotosessiya – 20 manat, Yeni il şənliyi videodisk bağça – 20 manat, Mətbəx mebeli , künc divan ağ qara dərili , məxtəx stolu 3 dənə ağ qara dərili oturacaq -qiyməti – 950 manat, Ağ stol 2 m açılan – 250 manat, Xalça 5m-2m – 200 manat, Mətbəxdə su qızdırıcı Ariston – 150 manat, Mətbəxdə aspirator –60 manat, Qaz pilitəsi – 70 manat, yolka şənliyi videodisk 20 manat - əmlakların alınaraq ona qaytarılması və dövlət rüsumu kimi köçürdüyü 30 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehin oğlu Samir Ələsgərovla 08.10.2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və onların birgə nikahından 2 övladları vardır. Cavabdehin oğlu ilə münasibətləri pozulmuş və Sumqayıt şəhər məhkəməsinin 14 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv edilmişdir. O, ailə həyatı qurduqdan sonra onunla Sumqayıt şəhəri, Təzə Kotec qəs.,20-ci məh.,ev 20-də yaşamış, lakin 2020-ci ilin aprel ayının 7-də cavabdeh, onun ailə üzvləri məni evdən çıxarmış, onun bütün əmlakları həmin mənzildə qalmışdır. Hazırda cavabdeh ona qarşı əmlakların çıxarılması barədə vermiş olduğu iddia tələbində onun əmlaklarının bir qismini qeyd etmiş, lakin onun evində onun digər əmlakları da qalmışdır ki, həmin əmlakların da qaytarılmasını istəyir. O dəfələrlə cavabdehdən həmin əmlakları qaytarmasını tələb etsə də o müxtəlif bəhanələr gətirməklə həmin əmlakları ona qaytarmamışdır. Ona məxsus olan qızıl zinət və digər əşyaları ərizənin xahiş etdim hissəsində göstəriləndərdən ibarətdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbinin həcminin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı qarşılıqlı iddia tələbində göstərdiyi əmlaklarla yanaşı 3575 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ilkin iddia tələbi üzrə iddiaçının mülkiyyətində olan və uzun müddət yaşadığı, əmlaklarının da olduğu evə tərəfindən birgə nikah dövründə vəsait sərf edilmiş və cavabdehin oğlu Samir Ələsgərovla birgə nikah dövründə onlara yaşamaq üçün verilmiş ayrıca 2 otaqlarda, mətbəxt, dəhlizdə əsaslı təmir işləri aparılmış, həmin təmirə 1200 (bir min iki yüz) manat vəsait sərf edilmiş, yardımçı (ayaq yolu və hamam) sahəsi olmadığı üçün valideynlərinin maddi köməkliyi ilə orada təxminən ümumi sahəsi 3 kv.m. olan tikili tikmiş, həmin tikilidə təmir işləri aparmış (kafel, metlax vurulmuş) və lazımi aksessuarlar (əl-üz yuyan,güzgü,su qızdırıcısı,unitaz,su kranları,asılqan,qablar və s.) alıb qoymuş, ümumilikdə həmin tikiliyə 3500 manat, tikilidə olan aksessuarlara isə 800 manat məbləğində olmaqla ümumilikdə 4300 (dörd min üç yüz) manat vəsait qoyulmuşdur. Bundan başqa həmin tikilinin qarşısında olan 80 kv.m. sahəyə onlar tərəfindən tamet vurulmuş və bu işlərə də 1300 manat vəsait sərf olunmuşdur. Həmin tikiliyə birgə nikahda olduqları vaxt 350 manat vəsait sərf edilərək qaz sayğacı quraşdırılmışdır. Həmin saycağ da keçmiş həyat yoldaşının adındadır. Ümumilikdə bütün bu işlərə 7150 (yeddi min yüz əlli) manat vəsait sərf edilmişdir, buna görə də həmin vəsaitin də onun payına düşən ½ hissəsi, yəni 3575 (üç min beş yüz yetmiş beş) manat cavabdeh İddiaçı alınaraq ona ödənilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçının razılığı ilə X12 başqa cavabdeh qismində işə cəlb edilmişdir. Bundan sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə verdiyi 3575 manat pulun alınaraq ödənilməsi ilə bağlı iddianı, həmçinin qarşılıqlı iddia ərizəsində iddia olunan Ariston su qızdırıcı, mətbəx aspiratoru və qaz plitəsi tələbini də müdafiə etmir və göstərilən mətbəx mebelinin dəyəri olaraq isə 500 manatın İddiaçı onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh H.Ələsəgərov ilkin iddia tələbini müdafiə edərək oxşar məzmunda ihahat verdi. Həmçinin bildirdi, qarşılıqlı iddia tələbini qismən qəbul edir, onun ünvanında olan əşyaların qaytarılmasına etirazı yoxdur. Lakin ərizədə göstərilən əşyalardan bəziləri istifadə edildiyindən yararsız hala düşmüş sınmışdır, göstərilən sayda deyildir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş edir. Həmçinin ərizə təqdim edərək mətbəx mebelinin, künc divanının, ağ-qara dərili 3 ədəd mətbəx stolunun, ariston su qızdırıcısının, mətbəx aspiratorun və qaz plitəsinin dəyəri olaraq iddiaçıya 500 manat ödənilməsinə razı olduqlarını bildirdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının vəkili iddiaçının göstərdiklərini müdafiə etdiyini göstərdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh Samir Ələsgərov qarşılıqlı iddiada göstərilən əşyalardan bir qisminin sıradan çıxdığını bildirərək tələbin qismən təmin edilməsinə etirazı olmadığını, mətbəx mebelinin, künc divanının, ağ-qara dərili 3 ədəd mətbəx stolunun, ariston su qızdırıcısının, mətbəx aspiratorun və qaz plitəsinin dəyəri olaraq iddiaçıya 500 manat ödənilməsinə razı olduğunu göstərdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia tələbində göstərilən əşyaların iddiaçının ünvanından çıxarılmasını qəbul etdiyini bildirərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Qarşılıqlı iddia üzrə iddiaçının vəkili onun göstərdiklərini müdafiə edərək qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıda şərh olunanlara əsaslanmışdır. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı mülki iş üzrə 14 avqust 2020-ci ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X8 Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddiası təmin edilərək, iddiaçı X12 ilə cavabdeh X10 arasında 08 oktyabr 2011-ci il tarixdə, Sumqayıt qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra 28.09.2014-cü il təvəllüdlü X13 və 16.12.2015-ci il təvəllüdlü X11 Cavabdeh yanında saxlanılması, 28.09.2014-cü il təvəllüdlü X13 və 16.12.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində aliment iddiaçı X5 tutularaq Cavabdeh ödənilməsi və alimentin ödənilməsinin 31.05.2020-ci il tarixindən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən 20 saylı ev Sumqayıt şəhəri 6 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 07.12.2004-cü il tarixli, 4Ə-5/584 nömrəli alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Samir Ələsgərov və Cavabdeh arasında 08.10.2011-ci il tarixdə rəsmi nikah bağlanmaqla hüquq və vəzifələri yaranmışdır. İlkin iddia üzrə cavabdeh Gülanə Ələsgərova Samir Ələsgərovun atası İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzilə gəlin gəlmiş və cehiz əmlakı bu mənzildə gətirilmişhdir. Samir Ələsgərov və Cavabdeh arasında ailə münasibətlərinə xitam verilmiş, nikah pozulmuş, ilkin iddia üzrə cavabdeh ilkin iddiaçıya məxsus olan mənzildən köçüb getmiş, lakin ona məxsus cehiz əmlak iddiaçıya məxsus, yaşadığı evdə qalmışdır. İlkin iddia üzrə iddiaçı cavabdehə məxsus əmlakların ona məxsus yaşayış sahəsindən çıxarılmasını tələb edir. Eləcə də qarşılıqlı iddia üzrə iddiaçı özünə məxsus qızıl və digər əşyaların cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. İlkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının ona məxsus ünvandan çıxarılmasını tələb etdiyi əmlaklar qarşılıqlı iddia tələbi ilə cavabdeh İddiaçı tutulması tələb olunan əmlakların siyahısına daxil olduğundan, eləcə də Cavabdeh həmin əşyaların göstərilən ünvandan çıxarılmasına etirazı olmadığından ilkin iddia tələbi əsaslıdır, təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə gəlincə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh tələb olunan əmlakların onda olduğunu qismən etiraf etmiş, eləcə də tələbdə göstərilən əşyalardan mətbəx mebelinin dəyərinin əvəzi olaraq 500 manat ödəməyi qəbul etmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 07 iyun 2021-ci il tarixli, 140990/45 saylı məktubundan və məktuba əlavə olunmuş etni tarixli aktdan da göründüyü kimi, iddia ərizəsində siyahısı göstərilmiş əşyaların bir qismi müəyyən edilərək saxlanca verilmişdir. İddia ərizəsində sıra sayı 22, 42, 140, 226, 227, 232, 262, 303, 304-cü bəndlərdə qeyd olunan əşyalar aşkar edilməmiş, siyahıda sıra sayı 88 olan rumkanın 1 sınıb, 5 ədəd qalıb, sıra sayı 115 olan stəkan 4 sınıb, 8 ədəd qalıb, sıra sayı 151 olan meyvə bıçağı 4 sınıb, 8 ədəd qalıb, sıra sayı 235 olan bıçaq 3 sınıb, 2 ədəd qaldığı aşkar edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia tələbinin Ariston su qızdırıcı, mətbəx aspiratoru, qaz plitəsi və 3575 manat pul tələbi hissədə iddianın iddiaçı tərəfindən müdafiə olunmaması nəzərə alınmalıdır. Məhkəmə işin sadalanan faktiki hallarına qiymət verərək qarşılıqlı iddia tələbini qismən əsaslı hesab edir. Məhkəmə X12 ilə Cavabdeh 2011-ci ildə ailə qurmaqla, xeyli müddət birgə yaşadıqlarını, birgə təsərrüfat idarə etdiklərini, bu müddət ərzində qeyd olunan məişət əşyalarından ümumi istifadədə olduğunu, həmin əşyaların sınması, istifadəyə yararsız hala düşməsi ilə bağlı halların mümkünlüyü və qaçılmaz olduğunu nəzərə alaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən tərəflərin iştirakı ilə müəyyən edilməmiş əşyalarla bağlı hissədə qarşılıqlı iddianın təmin edilməməsini ədalətli və qanuni hesab edir. Məhkəmə eləcə də qeyd edir ki, qarşılıqlı iddia üzrə müəyyən edilmiş əşyaların dəyəri qarlıqlı iddia üzrə cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilsin. Qızıl zinət əşyaları: 1 ədəd yoluçnu qızıl boyunbaq 16 qram 583 əyar -1100 manat, 1 ədəd yoluçnu qızıl qolbaq 12 qram 583 əyar-900 manat, 1 cüt tac formalı brilyant qaşlı qızıl sırğa 10 qram 583 əyar -1800 manat, 1 ədəd tac formalı brilyant qaşlı qızıl üzük 5 qram 583 əyar - 900 manat, 1 ədəd 16 brilyant qaşlı qızıl nişan üzüyü 7 qram 583 əyar- 1500 manat, 1 cüt qırmızı tək qaşlı qızıl sırğa 5 qram 583 əyar - 450 manat, 1 cüt paxlava formalı qızıl uşaq sırğası ağ qaşlı 3 qram 583 əyar-200 manat, Yataq dəsti mebel – 4000 manat, Rəngi tünd qəhvəyi : Taxt çarpayı, Yumru güzgülü termo, Üstü yaşıl döşəkçəli stul, 2 ədəd tumba 2 siyirməli, 4 qapılı şifoner, 2 mərtəbə uşaq çarpayısı şifoneri ilə 2 matraslı rəngi çəhrayı ağ, qiyməti- 350 manat, Mavi beşikli ikili uşaq çarpayısı matraslı qiyməti – 350 manat, Plasmas çəhrayı 4 daxıllı uşaq paltarları yığmaq üçün şkaf qiyməti - 40 manat, 2 dənə qəhvəyi rəngdə naçnik qiyməti- 50 manat, Pərdələr yataq otağında : 4 qalın göy zərli naxışlı pərdə qiyməti – 300 manat, 2 dənə ağ tül pərdə üstü mavi naxışlı qiyməti- 150 manat, Qonaq otağının pərdəsi 2 qəhvəyi zərli pərdə qiyməti - 150 manat, 2 ağ tül zərli naxışlı pərdə qiyməti- 150 manat, Yataq otağının çılçırağı 3 gözlü sallama ağ zərli naxışlı qiyməti – 60manat, Qonaq otağının çılçırağı gümüşü 12 şamdamlı qiyməti- 200 manat, Yataq otağında taxt döşək zoğalı rəngdə qiyməti – 60 manat, Taxt yorğan zoğalı rəngdə qiyməti- 50 manat, Xal-xal 2 nəfərlik qəhvəyi qalın pakrval qiymət- 60 manat, Ağ 2 nəfərlik qaşlı pakrval 3 balışı ilə öz iri sumkasında qiyməti- 500 manat, Nazik yay pakrvalı 2 nəfərlik güllü 2 balış üzü ilə qiyməti- 40 manat, Zoğalı rəngdə sintifon yorğan qiyməti- 60 manat, 2 dənə qu tükülü balış 50-70 qiyməti 40 manat, 2 uşaq döşəyi zoğalı rəngdə qiyməti – 40 manat, 1 uşaq yorğanı çəhrayı rəngdə qiyməti- 20 manat, Uşaq üçün qalın yun göy odeyal qiyməti – 20 manat, qırmızı ağ rənglı qalın odeyal- 15 manat, Uşaq üçün göy kletkalı odeyal- 10 manat, Uşaq odeyalı ağ göy naxışlı- qiyməti- 20 manat, Uşaq üçün sintifonlu balış 2 dənə 50-70 qiyməti- 20 manat, 2 dənə balaca uşaq balışı qiyməti- 10 manat, Narıncı ipək üzlü döşəkçə - 10manat, Çəhrayı nazik uşaq ədyalı- 10 manat, 2 nəfərlik ağ yataq dəsti- 50 manat, 2 nəfərlik boz yataq dəsti- qiyməti 40 manat, 2 nəfərlik çəhrayı yataq dəsti qiyməti- 40 manat, 2 nəfərlik təzə işlənməmiş boz yataq dəsti – 50 manat, 2 nəfərlik təzə ağ qarışıq rəngli yataq dəsti qiyməti – 50 manat, 1 nəfərlik təzə ağ göy rəngli yataq dəsti qiyməti- 30 manat, 2 nəfərlik qutuda yataq dəsti ağ güllü qiyməti- 50 manat, Ağ qaşlı süfrə təzə işlənməmiş qiyməti- 60 manat, Qutuda vışıfkalı ağ süfrə qiyməti- 40 manat, Süd rəngli vışıfkalı süfrə- 40 manat, 2 dənə ağ 1 nəfərlik prastina- 20 manat, 2 dənə kətan pərdə süd rəngində qiyməti- 30 manat, Kətan süfrə güllü süd rəngli – 20 manat, Ağ süfrə təzə - 15 manat, Ağ mavi rəngli süfrə - 20 manat, Qutuda ağ qaşlı dəsmal – 30 manat, Zamoklu sumkada 6 dənə dəsmal – 30 manat, Ağ qırmızı güllü çay dəsmalı 6 dənə - 30 manat, Ağ göy güllü çay dəsmalı 6 dənə- 30 manat, 12 dənə salfetka dəsmal kletkalı- 15 manat, Hamam dəsmalı 10 dənə- 100 manat, 12 çay dəsmalı şəkilli – 30 manat, 12 dəsmal salfetka – 15 manat, Əlüz dəsmalı 10 dənə- 60 manat, 2 dənə dəsmal qutuda love you – 30 manat, Qazan qapağına keçirilən dəsmal yumru 3 dənəli- 15 manat, Önlük 3 dənə 15 manat, Ağ qırmızı qara rəngli 2m-3m xalça – 200 manat, Qəhvəyi naxışlı 1.5-2m xalça – 70 manat, Qırmızı güllü xalça 50 manat, İran palazı 2m-3m – 40 manat, Türkiyə palazı 80sm-2m – 20 manat, Türkiyə palazı 1.5m-2m – 50 manat, Türkiyə balaca palaz 50sm-80sm 2 dənə - 10 manat, Nazik palaz qəhvəyi qara saçaqlı – 10 manat, Qara ayaq altı- 7 manat, Vilyur divan üstü , 2 dənə kreslo üstü süd rəngli naxışlı – 80 manat, Vişnə rəngli bisserli , saçaqlı jurnalni üstünə sərmək üçün örtük – 20 manat, 2 dənə sarı , zərli yumru güldan altı – 6 manat, Gəlinlik güzgüsü – 60 manat, Tort kəsən nazik dəmir- 5 manat, Göyərti doğrayan taxta – 15 manat, Toz təmizləyən şotka- 3 manat, Toz silən əlcək çəhrayı – 3 manat,Qırmızı ürək balış – 15 manat, Ağ iri ayı- 30 manat, Qəhvəyi pələng- 30 manat, Qorka kamot dəsti tünd qəhvəyi- 2000 manat, Divan , 2 kreslo zoğalı rəngdə - 600 manat, 6 stul vilyur üzlü qaşlı – 500 manat, Qəhvəyi jurnalni – 60 manat, Üstü qırmızı qara naxışlı uşaq stulu- 20 manat, Şüşə jurnalni ayaqları zoğalı rəngdə - 60 manat, Televizor samsung plazma qara rəngdə 82 ekran- 400 manat, DVD qara – 100 manat, Televizor altı şüşə qara – 70 manat, 12 dənə qara qaşlı bakal- 200 manat, qara dolça qaşlı 5 rumka – 83,30 manat, 6 versace naxışlı bakal- 100 manat, 2 dənə meyvə qabı versace naxışlı – 100 manat, 2 dənə konfet qabı xrustal – 100 manat, 1 dənə güldan versace naxışlı – 80 manat, 1 qrafinka 6 rumkası versace naxışlı- 150 manat, 6 uzun xurustal rumka- 80 manat, 6 balaca xrustal rumka – 60 manat, 2 xrustal bayquş formalı şamdan- 60 manat, 2 dənə şüşə şamdan – 15 manat, 2 dənə xrustal lotka konfet qabı – 120 manat,2 dənə balaca xrustal lotka- 80 manat, Divar saatı qəhvəyi iri- 40 manat, İri zərli meyvə qabı – 40 manat, 2 dənə balaca zərli külqabı- 20 manat, 2 dənə güldan xrustal altı dəmirli- 150 manat, Lampa gümüşü güllü – 20 manat, 1 dənə iri altı dəmirli meyvə qabı – 100 manat, 2 dənə gümüş şamdan- 40 manat, 3 dənə xrustal külqabı- 50 manat, 2 dənə qutuda təzə düzbucaqlı formalı padnos- 50 manat, 3 qutu 3 qrafinka 18 sok stəkanı- 90 manat, Qutuda 6 salat qabı rəngli - 30 manat, Xrustal 12 çay stəkanı- 100 manat, Xrustal 6 armudu stəkan – 50 manat, Versace naxışlı gümüşü çay üçün nəlbəki – 20 manat, Versace naxışlı gümüşü armudu stəkan üçün nəlbəki 6 dənə - 10 manat, çay stəkanı naxışlı 8 dənə - 6,60 manat, Xrustal razetka 12 dənə - 20 manat, Göy razetka 6 dənə - 10 manat, Çiyələk formalı limon götürən bıçağı ilə - 10 manat, Göy xurma qabı 12 dənə - 20 manat, Göy meyvə qabı 1 dənə - 30 manat, Kasa iri güllü 6 dənə - 30 manat, Yemək servizi 300 manat içindəkilər: 12 aş tarelka , 12 dolma tarelka, 12 salat tarelka , 12 sous tarelka , 12 salat qabı, 2 qovurma qabı, 2 böyük bulud , 2 kiçik bulud, 2 duzqabı, 2 salfetka qabı, Xurustal duzqabı 6 dənə - 20 manat, 2 dənə qapaqlı xrustal qənd qabı – 10 manat, qırmızı naxışlı yemək servizi 100 manat içindəkilər: kasa 6 dənə, souz tarelka 6 dənə ,dolma tarelka 6 dənə , salat tarelka 6 dənə, iri bulud 1 dənə, 6 balaca kasa , duz , istiot qabı, xırda güllü tarelka dolma üçün 6 dənə - 30 manat, göy dolma tarelka ortası güllü 6 dənə- 20 manat, sous tarelka ağ naxışlı 6 dənə - 15 manat, 2 dənə dəmirli naxışlı meyvə qabı – 30 manat, 2 dənə göy konfet qabı- 20 manat, 2 dənə üçmərtəbə şirniyyat qabı göy qızılı – 50 manat, 2 dənə tort tarelka dəsti , 2 iri tarelka 12 dənə kiçik tarelka , 1 tort qaşığı – 70 manat, 2 dənə xrustal qapaqlı ayaqlı mürəbbə qabı- 30 manat, 2 dənə qapaqlı konfet qabı – 5manat, 2 dənə şüşəli çaynik- 50 manat, çömçə qaşıq naboru 6-lı nerjevekadan – 50 manat, plasmas qəhvəyi çömçə naboru 6-lı – 30 manat, taxta çömçə qaşıq 5-li nabor- 20 manat, 1 l –lik sarı plasmas termos- 10 manat, 2 dənə uşaq termos gümüşü oyal – 20 manat, aliminium iri qazan – 20 manat, Emallı ayaqlı samovara oxşayan qazan- 30 manat, göy qapaqlı aş qazanı- 30 manat, sarı emal tava- 15 manat, iri yumru qalın aliminium tava- 20 manat, qırmızı plasmas xekandaz- 5 manat,12 sarı naxışlı xörək qaşığı , 12 sarı çəngəl, 12 sarı biçaq, 12 çay qaşığı, 12 limon götürən,12 desert çəngəli, 12 desert qaşığı qiymeti- 120 manat, gümüşü tək naxışlı çömçə- 15 manat, 08 dənə göy balaca meyvə bıçağı – 10 manat, qara ütü fen – 25 manat, qara saç qurudan fen- 30 manat, ağ – qaralı çətir- 20 manat, uşaq çətiri- 10 manat, alma doğrayan -8 manat, vişnə tumu çıxaran ət maşını kimi- 30 manat, ət çəkən maşın əl ilə işləyən təzə- 30 manat, Beko tokla işləyən ət maşını- 120 manat, Evroluks blendor nabor təzə ağ rəngdə qutuda – 50 manat, sok çəkən Evroluks gümüşü qara – 80 manat , kofe molka gepas qara rəngdə - 40 manat, Beko ütü mavi rəngdə - 50 manat, Beko mikser – 50 manat, iri gümüşü rəngdə peç – 2 yumru qara listi , 1 dənə 4 künc list, qril bişirən və dəmir setka - 150 manat, ütü stolu iri boz parçalı- 70 manat, bənövşəyi tozsoran- 50 manat, iri şüşə naxışlı meyvə qabı – 15 manat, keramika qapaqlı soba qabı- 20 manat, Fuma bıçaq dəsti 5-li 1 dənə bıçaq itiləyən qayçısı ilə - 60 manat, gümüşü 12 xörək qaşıq, 12 çəngəl, 12 çay qaşığı, 12 bıçaq -50 manat, ağ salat doğrayan kartof soyanla – 20 manat, 2 dənə gümüşü iri və orta padnos – 20 manat, 1 dənə güllü qara balaca padnos – 5 manat, Aura qırmızı çay dəsti 100 manat içindəkilər: dəm çayniki, süd qabı, şəkər qabı, 6 çaşka, 6 nəlbəki, Aura balıq qabı- 20 manat, Aura duz istiot qabı- 10 manat, sarı dəmirli setkalı qabda 2 dənə çaşka qaşığı ilə - 15 manat, dəmir asılqanlı 6 nəlbəki , 6 çaşka və dəm çayniki ilə - 30 manat, qutuda ağ 6 fincan və 6 nəlbəki- 30 manat, 2 dənə qırmızı plasmas qapaqlı şüşədən qənd və çay qabı – 8 manat, pesok qabı qapaqlı- 3 manat, 2 dənə göy duz istiot qabı – 5 manat, 6 dənə tək fincan- 15 manat, ağ qaroşqalı çaydan – 20 manat, ağ emallı güllü qazan dəsti 5-li – 1 çaydan – 80 manat, Tefal bənövşəyi şüşə qapaqlı qazan və tava qiyməti – 60 manat, gümüşü dəmir çaydan – 30 manat, aliminium tas- 15 manat, gümüşü tas- 15 manat, gümüşü aşsüzən iri – 15 manat, 4-lü qazan dəsti bənövşəyi qranit , 3 qazan və 1 tava qapaqlı – 50 manat, ağ üstü güllü qulpsuz qazan qapaqlı – 15 manat, gümüşü aliminium qazan – 10 manat, yaşıl balaca qazan – 10 manat, qəhvəyi tava qapaqlı – 15 manat, qəhvəyi qazan şüşə qapaqlı- 15 manat, qəhvəyi tava – 10 manat, 4-lü qırmızı qazan dəsti – 20 manat, ağ saxlama qabı 4 dənə- 15 manat, plasmas saxlama qabı ağ göy qapaqlı – 15 manat, plasmas taslar – 7 dənə - 20 manat, taxta oxlov və yumru yuxa yayan – 20 manat, Akfafor su təmizləyici ag göy rəngdə - 20 manat, pol taxtası – 15 manat, plasmas süpürgə xəkəndaz ilə - 15 manat, plasmas paltar yiğan göy səbət – 10 manat, paltar qurudan qara qırmızı dəmirli – 25 manat, yaşıl vedrə , sarı vedrə - 10 manat, balaca güzgü gül şəkilli – 2manat, dəmir vedrə - 10 manat, göy plasmas vanna – 10 manat, göy vedrə ağ qapaqlı plasmas- 5 manat, 2 dənə plasmas kuruşka- 6 manat, qırmızı balaca vanna- 6 manat, plasmas qabda dəst salat doğrayan rəndə- 15 manat, 2 dənə dəmirdən rəndə - 5 manat, 2 dənə salat doğrayan dəmir setka- 4 manat, kartof əzən dəmirdən qulpu taxta- 3 manat, 1 dənə ələk dəmirdən – 2 manat, çörək qabı güllü parça yanları – 4manat, su dolçası 2 dənə plasmas qapaqlı- 7 manat, 2 dənə dəmirdən qulplu yumru süzgəc- 5 manat, plasmas göy qab qapaqlı – 3 manat, uzun taxta qaşıq – 4 manat, naxışlı taxta qaşıq – 3 manat, balonağzı açan naxışlı taxta- 5 manat, tort götürən qulpu naxışlı taxta- 5 manat, tərəvəz içi təmizləyən dəmir- 2 manat, meyvə tumu çıxaran dəmirdən – 2 manat, 2 bıçaq böyük balaca – 3,20 manat, balaca ət doğrayan balta- 3 manat, dəmirdən kartof çevirən – 3 manat, yumurta çalan dəmirdən – 3 manat, kətə doğrayan- 3 manat, xəmir kəsən – 3 manat, plasmas çəhrayı qıf – 3 manat, 3 dənə dəm çayniki- 10 manat, iri keks qabı qırmızı – 5 manat, plasmas göy rəngdə aşsüzən – 3 manat, qayçı sapqabı – 6 manat, uşaq qayçısı – 1 manat, mavi bidon qapaqlı emallı- 10 manat, Şarp 6 kilolu paltaryuyan maşın gümüşü – 500 manat, 2 qapılı soyuducu gümüşü BRUSA – 600 manat, Çömçə qoymaq üçün plasmas qaşıq – 2 manat, 2 dənə plasmas kist şirniyyat üçün – 6 manat, 12 keks bişirmək üçün qab – 10 manat, dəmir və taxta qazan altı- 5 manat, 2 dənə aliminium tava- 15 manat, sarımsaq sıxan -3 manat, peraşki çevirən makkaş- 3 manat, balıq təmizləyən – 3 manat, 2 dənə çay süzgəci – 4 manat, tort bəzəyən nabor- 10 manat, qırmızı plasmas qulplu iri süzgəc – 3 manat, qab şampunu tökmək üçün qab – 5 manat, 6 dənə mürəbbə razetkası göy – 10 manat, çay stəkanı 12 dənə balaca- 6 manat, armudu stəkan ağzı zərli 12 dənə - 10 manat, kartof soyan – 2 manat, paltar şotkası taxta qulplu- 3 manat, palaz çırpan sarı rəngli- 3 manat, plasmas qapaqlı ağ güllü yağ qabı 2 dənə - 8 manat, yolka oyuncaqları ilə - 20 manat, qırmızı kurtka- 30 manat, Süd rəngi palto- 150 manat, boz plash- 100 manat, cins qaşlı pencək – 40 manat, cins uzun pencək – 30 manat, cins şalvar qara 4 dənə - 80 manat, cins göy 5 dənə şalvar- 80 manat, qısaqol və uzun qol yay köynəkləri 8 dənə - 70 manat, içi tüklü çəkmə keçirtmə - 20 manat, damaşnik 4 cüt - 30 manat, hamam xalatı – 30 manat, basanoşka ağ qara- 20 manat, 3 qırmızı qısaqol paltar- 90 manat, qolluq bənövşəyi paltar- 40 manat, göy paltar qollu üstü setkalı – 30 manat, 3 dənə irili xırdalı əl çantası – 70 manat, qəhvəyi əl çantası – 30 manat, ağ qara 2 cüt tufli – 100 manat, jilet üst geyimi – 20 manat, yun sviterler 5 dənə - 120 manat, qəhvəyi şal iri – 20 manat, qalın papaqlar 2 boz , ağ , süd rəngi – 40 manat, boz təzə əlcək – 10manat, 2dənə qalın şərf – 30 manat, boz retuz – 10 manat, qalın kalqotka 8 dənə - 40 manat, Ev geyimi vodalaska 5 dənə - 30 manat, təzə vodalaska 4dənə - 40 manat, nazik şərflər 5 dənə - 30 manat, altpaltarı təzə paçka 6 dənə - 10 manat, mayka 6 dənə rəngli – 30 manat,12 cüt qalın nazik corab – 20 manat, baletka ayaqqabı 2 dənə - 20 manat, tibb işçisi paltarı – 30 manat, namaz qılmaq paltarlı dəst – 30 manat, telefon samsung – 350 manat, Şəkil diski fotosessiya – 20 manat, yeni il şənliyi videodisk bağça – 20 manat, mətbəx mebeli , künc divan ağ qara dərili , məxtəx stolu 3 dənə ağ qara dərili oturacaq -qiyməti – 950 manat, ağ stol 2 m açılan – 250 manat, xalça 5m-2m – 200 manat, yolka şənliyi videodisk 20 mana - adlı əşyalar, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda onların dəyəri, mətbəx mebelinin, künc divan ağ qara dərili məxbəx stolu 3 dənə ağ qara dərili oturacağın əvəzi olaraq 500 (beş yüz) manat İddiaçı və X5 alınaraq Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar