Məhkəmə qərarları › İş №2(060)-4541/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4541/2021

15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4541/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: "xxxx" QSC məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçının xeyrinə 03R000026933 saylı kredit razılaşması üzrə 6778,06 ABŞ dolları kredit borcu, 9954,58 ABŞ dolları faiz borcu, 3449,27 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 20181,91 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 5 nömrəli binanın 8-ci mərtəbəsindəki xüsusi mülkiyyətdə olan 83.9 kv.m yaşayış, 30.8 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 34 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin və evin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun bağlanması, satışdan əldə edilən vəsaitin borcun ödənilməsinə kifayət etmədiyi təqdirdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 5 nömrəli binanın 8-ci mərtəbəsindəki xüsusi mülkiyyətdə olan 83.9 kv.m yaşayış, 30.8 kv.m yardımçı sahədən ibarət 4 otaqlı 34 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə əmlakın alıcıya təhvil verilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq, məhkəmə baxışına təkrar olaraq gəlməmişlər. Məhkəmə iddiaçının 24.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq, habelə cavabdehlərin məhkəmə iclasına gəlməməsini, onların işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 162, 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar