Məhkəmə qərarları › İş №2(060)-4558/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4558/2021

10.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4558/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması, torpaq sahəsində aparılmış qanunsuz tikinti işlərinin dayandırılaraq həmin tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı özbaşına zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həmin sahələrdə tikinti işlərinin dayandırılması, tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Abşeron rayonu, Novxanı Sovxozu ərazisində ona məxsus olan 0,10 ha torpaq sahəsindən çıxarılması və həmin ərazidə aparılmış qanunsuz tikili işlərinin dayandırılması və həmin tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı Sovxozu ərazisində yerləşən 0,10 ha bağ sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Buna dair ona DƏDRX tərəfindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. Lakin həmin topaq sahəsi Cavabdeh tərəfindən qeyri-qanuni zəbt edilmiş və orada tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehə ərazini boşaltmağını bildirsə də, cavabdeh bu təklifi rədd etmişdir. Ona görə də, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, qeyd olunan torpaq sahəsinin cavabdeh almışdır və buna dair çıxarışı vardır. Həmin torpaq sahələri üst-üstə düşür. Göstərilənlərə əsasən iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı Sovxozu ərazisində yerləşən 0,10 ha bağ sahəsinin mülkiyyətçisi İddiaçıdır. -RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-5029B ərazisində yerləşən 0,12 ha bağ sahəsinin mülkiyyətçisi Cavabdehdur. -23.10.2017-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi B-5029B saylı bağ sahəsinin 00,6 ha hissəsini X2 bağışlamışdır. - RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-5029C ərazisində yerləşən 0,06 ha bağ sahəsinin mülkiyyətçisi X1r. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13.01.2021-ci il tarixli, 10/2597 saylı ekspert rəyindən görünür ki, Cavabdeh və İddiaçı adına verilmiş torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisi hüdudlarında yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisi hüdudlarında yerləşir, və cavabdehin mülkiyyət hüquqlarıda DƏDRX-nin Sumqayıt Ərazi idarəsi tərəfindən qeydiyyata alınmışdır. Qeyd edilənlər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır(152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər(152.3). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.4).Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(152.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhərinin ərazisi hüdudlarında yerləşir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 20013-cü il tarixli 2(060)-4279/2013 saylı qətnaməsi ilə mübahisəli torpaq sahəsinə dair X3 ilə Sumqyaıt Bələdiyyəsi arasında alqı-satqı müqaviləsi 2005-ci ildən bağlanmış hesab edilmiş və Cavabdeh mülkiyyət hüququnun yaranma faktı müyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətin hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir və bu iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnnun Abşeron rayonu, Novxanı Sovxozu ərazisində ona məxsus olan 0,10 ha torpaq sahəsindən çıxarılması, həmin ərazidə aparılmış qanunsuz tikili işlərinin dayandırılması və həmin tikilinin cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi, mübahisəli torpaq sahəsinə cavabdehin mülkiyyət hüquları mövcud olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh Abşeron rayonu, Novxanı Sovxozu ərazisində ona məxsus olan 0,10 ha torpaq sahəsindən çıxarılması, həmin ərazidə aparılmış qanunsuz tikili işlərinin dayandırılması və həmin tikilinin cavabdehin hesabına sökülməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar