Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4571/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə 03 avqust 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 39 466.57 (otuz doqquz min dörd yüz altmış altı manat, əlli yeddi qəpik) AZN məbləğində əsas borcun, 2 889.13 (iki min səkkiz yüz səksən doqquz manat, on üç qəpik) AZN məbləğində faiz borcunun, cəmi 42 355.70 (qırx iki min üç yüz əlli beş manat yetmiş qəpik) AZN borc məbləğinin və iş üzrə ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 39 466.57 (otuz doqquz min dörd yüz altmış altı manat, əlli yeddi qəpik) AZN məbləğində əsas borcun, 2 889.13 (iki min səkkiz yüz səksən doqquz manat, on üç qəpik) AZN məbləğində faiz borcunun, cəmi 42 355.70 (qırx iki min üç yüz əlli beş manat yetmiş qəpik) AZN borc məbləğinin və iş üzrə ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti qoyulmuş 1 dəst 5 ədəd 19,65 qram (583 əyyara çevirdikdə), 3 cüt sırğa 30,27 qram (583 əyyara çevirdikdə), seplər 5 ədəd 9.75 qram (583 əyyara çevirdikdə), qolbaqlar 3 ədəd 11,30 qram (583 əyyara çevirdikdə), 2 cüt sırğa 12,30 qram (583 əyyara çevirdikdə), qolbaqlar 3 ədəd 50,98 qram (583 əyyara çevirdikdə), sep klonlarla 2 ədəd 13,06 qram (583 əyyara çevirdikdə), üzüklər üxüklər 2 ədəd 4 qram (583 əyyara çevirdikdə), 2 cüt sırğa 4 ədəd 3,50 qram (583 əyyara çevirdikdə), klonlar 3 ədəd 5,50 qram (583 əyyara çevirdikdə), 3 dəst 9 ədəd 17 qram (583 əyyara çevirdikdə), 1 dəst 5 ədəd 19,70 qram (583 əyyara çevirdikdə), 1 cüt sırğa 2 ədəd 8,74 qram (583 əyyara çevirdikdə), qolbaqlar 6 ədəd 47,90 qram (583 əyyara çevirdikdə), üzüklər 4 ədəd 11,90 qram (583 əyyara çevirdikdə), 9 cüt sırğa 18 ədəd 41,20 qram (583 əyyara çevirdikdə), sep 1 ədəd 25,95 qram (583 əyyara çevirdikdə), sep-qolbaq 2 ədəd 3,60 qram (583 əyyara çevirdikdə), klon 1 ədəd 0,60 qram (583 əyyara çevirdikdə), sep, qolbaq 2 ədəd 6,20 qram (583 əyyara çevirdikdə), , kulon-cüt sırğa 2 ədəd 7,27 qram (583 əyyara çevirdikdə), 1 dəst 4 ədəd 22,15 qram (583 əyyara çevirdikdə), qolbaq-kulon 2 ədəd 24,20 qram (583 əyyara çevirdikdə),üzük 1 ədəd 2,20 qram (583 əyyara çevirdikdə), 1 cüt sırğa 2 ədəd 7,50 qram (583 əyyara çevirdikdə), üzük 1 ədəd 14,08 qram (583 əyyara çevirdikdə), qolbaq 1 ədəd 25,60 qram (583 əyyara çevirdikdə) qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərrac vasitəsilə satılması, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 22 iyul 2020-ci il tarixli 000770/20 saylı kredit müqaviləsinə əsasən cavabdeh X1 illik faiz dərəcəsi 38 (otuz səkkiz) % olmaqla 36 (otuz altı) ay müddətinə 42 170 (qırx iki min bir yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Kredit borcunun təminatı olaraq cavabdeh X3 ilə İddiaçı BOKT ASC arasında 22 iyul 2020-ci il tarixli 000770/20 saylı girov müqaviləsi bağlanmış və cavabdehə məxsus 169.58 qram qızıl-zinət əşyası (583 əyara çevrildikdə) girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, cavabdeh qismən ödənişlər etməklə sonradan ödənişləri dayandırmışdır. Cavabdeh iddiaçıya 26.04.2021-ci il tarixə olan borcu aşağıdakı kimidir: əsas borc: 39 466.57 (otuz doqquz min dörd yüz altmış altı manat, əlli yeddi qəpik) AZN, faiz borcu: 2 889.13 (iki min səkkiz yüz səksən doqquz manat, on üç qəpik) AZN, cəmi 42 355.70 (qırx iki min üç yüz əlli beş manat yetmiş qəpik) AZN. Cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən cavabdeh bu müqavilə ilə müəyyən edilən şərtlərlə və qaydada krediti “kredit verən”ə qaytarmağı, dəbbə pulu üzrə hesablanmış faizləri, habelə “kredit verən”in xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqqlarını “kredit verən”ə ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də iddiaçı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə bildiriş göndərilsə də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 16 iyul 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı BOKT ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 03 iyun 2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı tərəfindən ona illik faiz dərəcəsi 38 % olmaqla 36 ay müddətinə 42 170 manat məbləğində kredit verilmişdir. Kredit borcunun təminatı olaraq onunla İddiaçı BOKT ASC arasında həmçinin girov müqaviləsi bağlanmış və o özünə məxsus 169.58 qram qızıl-zinət əşyasını girov qoymuşdur. Əvvəllər işlədiyi və maddi vəziyyəti yaxşı olduğu üçün iddiaçıya olan borcunu ödəməkdə heç bir problemi olmamışdır. Lakin sonra pandemiya ilə əlaqədar maddi vəziyyəti ağırlaşdığından iddiaçı qarşısında olan öhdəliklərimi vaxtında yerinə yetirə bilməmişdir. Ona görə də o, iddiaçıya olan borcunu ödəyə bilmədiyi üçün, borcunun girov predmeti olan qızıllarına yönəldilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 22 iyul 2020-cı il tarixli, 000770/20 saylı kredit müqaviləsindən görünür ki, borclu Cavabdeh İddiaçı BOKT ASC-nin Sumqayıt filialı tərəfindən illik 38 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 42170 manat məbləğində kredit verilmişdir. İşdə olan 22 iyul 2020-cı il tarixli, 000770/20 saylı girov müqaviləsinə əsasən, Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulunun təminatı olaraq Cavabdeh məxsus 9995 manat dəyərində olan, müqaviləyə 1 saylı Əlavədə əks etdirilmiş qızıl-zinət əşyaları İddiaçı BOKT ASC-yə girov qoyulmuşdur. İşdə olan 26.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 iyul 2020-cı il tarixli, 000770/20 saylı kredit müqaviləsi üzrə 26.04.2021-ci il tarixə İddiaçı BOKT ASC-yə 39466,57 manat əsas borc, 2889,13 manat faiz borcu olmaqla ümumilikdə 42355,70 manat məbləğində borcu vardır. İşdə olan 31.03.2021-ci il tarixli, 2213 saylı bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İşdə olan 22 iyul 2020-cı il tarixli, 000770/20 saylı qiymətləndirmə aktından görünür ki, 1 dəst 5 ədəd 19,65 qram (583 əyyara çevirdikdə) 2517,03 manat dəyərində, 3 cüt sırğa 30,27 qram (583 əyyara çevirdikdə) 3857,53 manat dəyərində, seplər 5 ədəd 9.75 qram (583 əyyara çevirdikdə) 1252,1 manat dəyərində, qolbaqlar 3 ədəd 11,30 qram (583 əyyara çevirdikdə) 1451,15 manat dəyərində, 2 cüt sırğa 12,30 qram (583 əyyara çevirdikdə) 1579,57 manat dəyərində, qolbaqlar 3 ədəd 50,98 qram (583 əyyara çevirdikdə) 6547,16 manat dəyərində, sep klonlarla 2 ədəd 13,06 qram (583 əyyara çevirdikdə) 1676,65 manat dəyərində, üzüklər 2 ədəd 4 qram (583 əyyara çevirdikdə) 513,68 manat dəyərində, 2 cüt sırğa 4 ədəd 3,50 qram (583 əyyara çevirdikdə) 449,47 manat dəyərində, klonlar 3 ədəd 5,50 qram (583 əyyara çevirdikdə) 706,31 manat dəyərində, 3 dəst 9 ədəd 17 qram (583 əyyara çevirdikdə) 2183,14 manat dəyərində, 1 dəst 5 ədəd 19,70 qram (583 əyyara çevirdikdə) 2529,87 manat dəyərində, 1 cüt sırğa 2 ədəd 8,74 qram (583 əyyara çevirdikdə) 1122,7 manat dəyərində, qolbaqlar 6 ədəd 47,90 qram (583 əyyara çevirdikdə) 6151,32 manat dəyərində, üzüklər 4 ədəd 11,90 qram (583 əyyara çevirdikdə) 1528,20 manat dəyərində, 9 cüt sırğa 18 ədəd 41,20 qram (583 əyyara çevirdikdə) 5290,90 manat dəyərində, sep 1 ədəd 7,50 qram (583 əyyara çevirdikdə) 963,15 manat dəyərində, qolbaqlar 2 ədəd 9,40 qram (583 əyyara çevirdikdə) 1207,15 manat dəyərində, 1 dəst 4 ədəd 6,16 qram (583 əyyara çevirdikdə) 791,06 manat dəyərində, sep 1 ədəd 25,95 qram (583 əyyara çevirdikdə) 3332,50 manat dəyərində, sep-qolbaq 2 ədəd 3,60 qram (583 əyyara çevirdikdə) 462,31 manat dəyərində, klon 1 ədəd 0,60 qram (583 əyyara çevirdikdə) 77,052 manat dəyərində, sep, qolbaq 2 ədəd 6,20 qram (583 əyyara çevirdikdə) 760,20 manat dəyərində, kulon-cüt sırğa 2 ədəd 7,27 qram (583 əyyara çevirdikdə) 933,61 manat dəyərində, 1 dəst 4 ədəd 22,15 qram (583 əyyara çevirdikdə) 2844,50 manat dəyərində, qolbaq-kulon 2 ədəd 24,20 qram (583 əyyara çevirdikdə) 3107,76 manat dəyərində, üzük 1 ədəd 2,20 qram (583 əyyara çevirdikdə) 282,52 manat dəyərində, 1 cüt sırğa 2 ədəd 7,50 qram (583 əyyara çevirdikdə) 963,15 manat dəyərində, üzük 1 ədəd 14,08 qram (583 əyyara çevirdikdə) 1808,15 manat dəyərində, qolbaq 1 ədəd 25,60 qram (583 əyyara çevirdikdə) 3287,55 manat dəyərində qiymələndirilmiş və girov qoyan Cavabdeh tərəfindən həmin qızıl-zinət əşyaları İddiaçı BOKT ASC-yə təhvil verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 22 iyul 2020-cı il tarixli, 000770/20 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə İddiaçı BOKT ASC-yə borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 39466.57 manat məbləğində əsas borcun və 2889.13 manat məbləğində faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın girov predmetinə yönəldilməsi və girov predmetlərinin açıq hərracdan satılması yolu ilə borcun ödənilməsi tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 39466.57 manat məbləğində əsas borc və 2889.13 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 42355,70 manat borc tutulmalı, tutma 1 dəst 5 ədəd 19,65 qram (583 əyyara çevirdikdə), 3 cüt sırğa 30,27 qram (583 əyyara çevirdikdə), seplər 5 ədəd 9.75 qram (583 əyyara çevirdikdə), qolbaqlar 3 ədəd 11,30 qram (583 əyyara çevirdikdə), 2 cüt sırğa 12,30 qram (583 əyyara çevirdikdə), qolbaqlar 3 ədəd 50,98 qram (583 əyyara çevirdikdə), sep klonlarla 2 ədəd 13,06 qram (583 əyyara çevirdikdə), üzüklər üxüklər 2 ədəd 4 qram (583 əyyara çevirdikdə), 2 cüt sırğa 4 ədəd 3,50 qram (583 əyyara çevirdikdə), klonlar 3 ədəd 5,50 qram (583 əyyara çevirdikdə), 3 dəst 9 ədəd 17 qram (583 əyyara çevirdikdə), 1 dəst 5 ədəd 19,70 qram (583 əyyara çevirdikdə), 1 cüt sırğa 2 ədəd 8,74 qram (583 əyyara çevirdikdə), qolbaqlar 6 ədəd 47,90 qram (583 əyyara çevirdikdə), üzüklər 4 ədəd 11,90 qram (583 əyyara çevirdikdə), 9 cüt sırğa 18 ədəd 41,20 qram (583 əyyara çevirdikdə), sep 1 ədəd 25,95 qram (583 əyyara çevirdikdə), sep-qolbaq 2 ədəd 3,60 qram (583 əyyara çevirdikdə), klon 1 ədəd 0,60 qram (583 əyyara çevirdikdə), sep, qolbaq 2 ədəd 6,20 qram (583 əyyara çevirdikdə), , kuloncüt sırğa 2 ədəd 7,27 qram (583 əyyara çevirdikdə), 1 dəst 4 ədəd 22,15 qram (583 əyyara çevirdikdə), qolbaq-kulon 2 ədəd 24,20 qram (583 əyyara çevirdikdə),üzük 1 ədəd 2,20 qram (583 əyyara çevirdikdə), 1 cüt sırğa 2 ədəd 7,50 qram (583 əyyara çevirdikdə), üzük 1 ədəd 14,08 qram (583 əyyara çevirdikdə), qolbaq 1 ədəd 25,60 qram (583 əyyara çevirdikdə) qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyaların açıq hərracdan satışından əldə olunacaq vəsaitlə kredit müqaviləsi üzrə tələb olunan borc ödənilməli, həmin vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda çatışmayan məbləğ Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 39466,57 (otuz doqquz min dörd yüz altmış altı manat, əlli yeddi qəpik) manat əsas borc, 2889,13 (iki min səkkiz yüz səksən doqquz manat, on üç qəpik) manat məbləğində faiz borcu, cəmi 42355,70 (qırx iki min üç yüz əlli beş manat yetmiş qəpik) manat və dövlət rüsümu kimi ödənilmiş 30 (otuz) manat pul vəsaiti tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma 1 dəst 5 ədəd 19,65 qram (583 əyyara çevirdikdə), 3 cüt sırğa 30,27 qram (583 əyyara çevirdikdə), seplər 5 ədəd 9.75 qram (583 əyyara çevirdikdə), qolbaqlar 3 ədəd 11,30 qram (583 əyyara çevirdikdə), 2 cüt sırğa 12,30 qram (583 əyyara çevirdikdə), qolbaqlar 3 ədəd 50,98 qram (583 əyyara çevirdikdə), sep klonlarla 2 ədəd 13,06 qram (583 əyyara çevirdikdə), üzüklər üxüklər 2 ədəd 4 qram (583 əyyara çevirdikdə), 2 cüt sırğa 4 ədəd 3,50 qram (583 əyyara çevirdikdə), klonlar 3 ədəd 5,50 qram (583 əyyara çevirdikdə), 3 dəst 9 ədəd 17 qram (583 əyyara çevirdikdə), 1 dəst 5 ədəd 19,70 qram (583 əyyara çevirdikdə), 1 cüt sırğa 2 ədəd 8,74 qram (583 əyyara çevirdikdə), qolbaqlar 6 ədəd 47,90 qram (583 əyyara çevirdikdə), üzüklər 4 ədəd 11,90 qram (583 əyyara çevirdikdə), 9 cüt sırğa 18 ədəd 41,20 qram (583 əyyara çevirdikdə), sep 1 ədəd 25,95 qram (583 əyyara çevirdikdə), sep-qolbaq 2 ədəd 3,60 qram (583 əyyara çevirdikdə), klon 1 ədəd 0,60 qram (583 əyyara çevirdikdə), sep, qolbaq 2 ədəd 6,20 qram (583 əyyara çevirdikdə), kulon-cüt sırğa 2 ədəd 7,27 qram (583 əyyara çevirdikdə), 1 dəst 4 ədəd 22,15 qram (583 əyyara çevirdikdə), qolbaq-kulon 2 ədəd 24,20 qram (583 əyyara çevirdikdə), üzük 1 ədəd 2,20 qram (583 əyyara çevirdikdə), 1 cüt sırğa 2 ədəd 7,50 qram (583 əyyara çevirdikdə), üzük 1 ədəd 14,08 qram (583 əyyara çevirdikdə), 1 ədəd 25,60 qram (583 əyyara çevirdikdə) qolbaqdan ibarət qızıl-zinət əşyalarına yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-4571/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4571/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver