Məhkəmə qərarları › İş №2(060)-4619/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4619/2021

07.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4619/2021 07.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi məhkəmə iclas katibi X3 İddiaçı və Cavabdeh vəkili Vəkil oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlakların çıxarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan bütün cehiz əmlaklarının ona məxsus olan və Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, cavabdeh onun keçmiş gəlinidir, cavabdeh onun oğlu X6 ilə 2014-cü ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 2 azyaşlı uşaqları vardır. Cavabdehlə oğlu arasında münasibətlər sonradan pozulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında nikah ləğv olunmuşdur. Cavabdeh oğlu ilə ailə həyatı qurduqdan sonra ona məxsus olan və Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin vaxt cehiz əmlaklarını da bu evə gətirmişdir. Lakin cavabdeh bu evdə az bir müddət yaşamış, aylarla evi tərk edərək valideynləri ilə birgə yaşamış və artıq 2020-ci ilin martından sonra ümumiyyətlə bu evdə yaşamamışdır. Lakin cavabdehin əmlakları ona və ailə üzvlərinə bu evdə normal hərəkət etməyə, yaşamağa imkan vermir, cavabdeh əmlaklarını evin bütün otaqlarına, hətta dəhlizə yığmışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehə bildirmişdir ki, gəlib evdə olan əmlaklarını aparsın, lakin cavabdeh bu müraciətlərinə baxmayaraq əmlaklarını evdən çıxartmamışdır. Artıq cavabdeh onun ailə üzvi deyildir, aralarında olan bütün ailə bağlarına xitam verilmiş və onların bundan sonra bir evdə yaşamaqları da mümkünsüzdür. Cavabdeh 1 ildən çoxdur ki, bu evi daimi tərk etmiş, bu evdə yaşamır və bu bir il ərzində cavabdehlə oğlu boşanaraq artıq onun da ailə üzvü hesab olunmur. Qeyd edilən ev onun vəsaiti ilə tikilməklə onun potensial mülkiyyəti hesab edilir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh məxsus olan bütün cehiz əmlaklarının ona məxsus olan və Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin olunmamalıdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüaftı İstehsalat Birliyi 21 saylı Mənzil Kommunal sahəsinin 16.04.2021-ci il tarixli “Akt”dan görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən həyət evinin sakinləri N.Məmmədova, Ə.Bayramov və R.Rzayev 5-ci məhəllə həyət evində yaşayan X2 2014-cü ildə ailə ailə həyatı qurduğu Cavabdeh övladları X8 və X10 ilə birlikdə 16.03.2020-ci il tarixdən həmin ünvanda yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27.07.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İlkin iddia təmin edilərək, X6 ilə Cavabdeh arasında olan Sumqayıt “ASAN” Xidmət mərkəzi qeydiyyat şöbəsində 29 iyun 2014-cü il tarixdə bağlanmış və 1206 nömrə ilə qeyd edilmiş nikah pozulması, qarşılıqlı iddia qismən təmin edilərək, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan və yetkinlik yaşına çatmayan 01.06.2015-ci il təvəllüdlü X10 və 19.02.2017-ci il təvəllüdlü X4 anaları- Cavabdeh himayəsində qalmaları, X1 19.02.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat məbləğində alimentin 31.05.2020-cu il tarixdən başlayaraq tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh uşağı 01 iyun 2015-ci il təvəllüdlü X9 ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən cavabdeh İddiaçı istifadəsində olan 400 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüaftı İstehsalat Birliyi 2 saylı Mənzil Kommunal sahəsinin 19.04.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 14-cü məhəllə, Nərimanov küçəsi, ev 7/14, yataqxana 7-də qeydiyyatdadır, yaşamır. İş materiallarında olan AZE seriyalı, № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. “İnsan Hüquqlarının və X7 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X7 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istədiyi kimi istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə görə sahiblik hüququ — əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edilən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Azərbaycan Repsublikası Mülki Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Repsublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27.01.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh uşağı 01 iyun 2015-ci il təvəllüdlü X9 ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisində yerləşən cavabdeh İddiaçı istifadəsində olan 400 kv.metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya aid mənzilə köçürülmə hüququ olduğu halda ona məxsus əşyaların həmin mənzildən çıxarılmasına əsas yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı Cavabdeh qarşı “Cavabdeh məxsus olan bütün cehiz əmlaklarının ona məxsus olan və Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, 5-ci məhəllədə yerləşən fərdi yaşayış evindən çıxarılması” barədə iddia tələbi edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar