Məhkəmə qərarları › İş №2(060)-464/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-464/2022

09.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-464/2022 09.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhin Fərəc oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə İddiaçı qızının Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikr, 65 saylı evin, 98 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 65, mənzil 98 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili 26.07.2021-ci ildə, AN-1 № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında X1 oğlundan almışdır. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Sumqayıt Ərazi dairəsi tərəfindən 12.08.2021-ci ildə çıxarış verilmişdir. “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinin 13-cü bəndinə görə satıcı(lar) 26 oktyabr 2021-ci ilə qədər qeydiyyatdan çıxmalı olduğu halda hal-hazıradək mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvüdür. Cavabdehin onun mənzilində qeydiyyatda olması mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26.07.2021-ci il tarixli, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 98 nömrəli mənzilini X1 oğlu alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 98 nömrəli mənzili( Yeni qaydalarla Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu pr,. 771, M4, M2) İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, 05.11.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 98 nömrəli mənzilində( Yeni qaydalarla Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu pr,. 771, M4, M2) rəsmi olaraq qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 98 nömrəli mənzilini( Yeni qaydalarla Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu pr,. 771, M4, M2) rəsmi alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Buna baxmayaraq cavabdeh Cavabdeh həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, 65 saylı evin, 98 nömrəli mənzilinə( Yeni qaydalarla Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Koroğlu pr,. 771, M4, M2) olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar