Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4641/2024 18.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı şəxslər qismində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini və Maraqlı şəxs2 cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxslər qismində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini və Maraqlı şəxs2 cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxx 1986-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. Lakin, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə itmişdir. Doğum haqqında şəhadətnaməni yenidən əldə etmək üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciətinin nəticəsində ərizəçiyə 22 may 2024-cü il tarixdə arayış verilərək bildirilmişdir ki, şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənizin təmini mümkün olmamışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin 22 may 2024-cü tarixli məktubu ilə doğum haqqında şəhadətnamənin bərpa edilməsinə dair müraciətindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi, xx xxxxx 1986-cı il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Ərizəçi xx xxxxx 1986-cı il tarixdə Ermənistan Respublikası Amasiya rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunması, doğum haqqında qeydlər kitabında adının “Xeyransa”, soyadının “Musayeva”, ata adının “Salam”, doğum tarixinin “xx xxxxx 1986-cı il”, doğum yerinin “Ermənistan Respublikası Amasiya rayonu”, atasının adının “X2”, milliyyəti “azərbaycanlı”, anasının adı “X3”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum aktı qeydi bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər qismində cəlb olunan S1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin və Maraqlı şəxs2 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
6. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərmişdir ki, Ərizəçi ilə dayıoğlu bibiqızıdırlar. Ərizəçi Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. Atasının adı Salam, anasının adı Qəmərdir. Ailə üzvlərindən qardaşları İntiqam və Ruslanın adını çəkə bilər. Hazırda Sumqayıt şəhəri, 29-cu məhəllədə yaşayırlar.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun dayısı qızıdır. Ərizəçi Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. Atasının adı Salam, anasının adı Qəmərdir. Bundan əlavə qeyd edir ki, qardaşlarının adları İntiqam və Ruslandır.
9. İş materiallarına əlavə olunmuş olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə anadan olmuşdur.
10. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 22 may 2024-cü il tarixli məktubdan görünür ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ünvanlanan doğum haqqında akt qeydinin bərpa edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəyə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərziə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Tərəfinizdən şöbəyə doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (nikah haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamışdır. Bildirilir ki, yuxarıda adı çəkilən müddəaların 2-ci hissəsinin 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyyə olunur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, atası X2, anası isə X1r. Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.
13. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.
16. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
17. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
18. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.
19. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
21. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının Xeyransa”, soyadının “Musayeva”, ata adının “Salam”, doğum tarixinin “xx xxxxx 1986-cı il”, doğum yerinin “Ermənistan Respublikasının Amasiya rayonu”, atasının adının “X2”, milliyyəti “azərbaycanlı”, anasının adı “X3”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır. .
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
25. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizəçi “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.1986-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Xeyransa”, soyadının “Musayeva”, ata adının “Salam”, doğum tarixinin “xx xxxxx 1986-cı il”, doğum yerinin “Ermənistan Respublikasının Amasiya rayonu”, atasının adının “X2”, milliyyəti “azərbaycanlı”, anasının adı “X3”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva