Məhkəmə qərarları › İş №2(060)-4652/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4652/2021

09.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4652/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «əmək stajı faktının müəyyən edilməsi» tələbinə dair ərzəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində DSMF-in 1 saylı regional ərazi Filialını maraqlı şəxs qismində göstərməklə, «əmək stajı faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1981-ci ilin iyun ayından 1985-ci ilin sentyabr ayına qədər Cəbrayıl rayonu Soltanlı kəndi Səməd Vurğun adına kolxozda kolxozçu və 1990-cı ilin aprel ayından 1993cü ilin avqust ayınadək Cəbrayıl rayonu Kavdar kəndi Qurbani adına kolxozda aqronom vəzifələrində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun 1981-ci ilin iyun ayından 1985-ci ilin sentyabr ayına qədər Cəbrayıl rayonu Soltanlı kəndi Səməd Vurğun adına kolxozda kolxozçu və 1990-cı ilin aprel ayından 1993-cü ilin avqust ayınadək Cəbrayıl rayonu Kavdar kəndi Qurbani adına kolxozda aqronom vəzifələrində işləməsi faktının müəyyən olunması, həmçinin 1994-cü ildən 2003-cü ilədək övladı A.Səfərliyə xəstəliyi ilə əlaqədar baxdığı üçün həmin illərin ona əmək stajı kimi hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçiyə 1994-cü ildən 2003-cü ilədək övladı A.Səfərliyə xəstəliyi ilə əlaqədar baxdığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmək üçün vaxt vermiş, lakin ərizəçi qeyd olunan sübutları məhkəməyə təqdim etməmiş, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi «əmək stajı faktının müəyyən edilməsi» tələbinə dair ərzəsi – 1994-cü ildən 2003-cü ilədək övladı A.Səfərliyə xəstəliyi ilə əlaqədar baxdığı üçün həmin illərin ona əmək stajı kimi hesablanmasına dair hissədə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 259.0.12, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «əmək stajı faktının müəyyən edilməsi» tələbinə dair ərzəsi – 1994-cü ildən 2003-cü ilədək övladı A.Səfərliyə xəstəliyi ilə əlaqədar baxdığı üçün həmin illərin ona əmək stajı kimi hesablanmasına dair hissədə baxılmamış saxlanılsın. Qərardadın tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar