Məhkəmə qərarları › İş №2(060)-4671/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4671/2021

23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4671/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı «doğum haqqında faktın müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin təkrar qeydə alınması barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi 1954-cü il 10 may tarixində indiki Ermənistan Respublikasının Kalinin rayonunda anadan olma faktının tanınması və doğum haqqında şəhadətnamənin təkrar qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, onun 1954-cü il 10 may tarixində indiki Ermənistan Respublikasının Kalinin rayonunda anadan olma faktının tanınması və doğum haqqında şəhadətnamənin verilməsinə və doğum haqqında şəhadətnamədə ata qrafikasında atasının adı X8, anasının adının yerinə X2 qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, o, Ərizəçi 1954-cü il 10 may tarixində indiki Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuşdur. Atası: X8 1929-cu ildə Ermənistan Respublikası Kalinin rayonunun Evli kəndində anadan olmuşdur. Anası: X9 1938-ci il tarixində Gürcüstan Respublikası Dmanisi rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşdur. Onun kiçik yaşda (yəni 3 aylığında) valideynlərinin Gürcüstan Respublikasının Dmanisi rayonunun Yuxarı Oruzman kəndinə köçüblər. Köçmə vaxtı bir neçə sənədlər itmiş və onun doğum haqqında şəhadətnaməsi də itmiş sənədlər sırasındadır. Bəzi sənədləri əldə edilməsi üçün hal-hazırda doğum haqqında şəhadətnaməyə ehtiyac var. 30 aprel 2021-ci il tarixində qeydiyyat şöbəsinin 05/Q-l 127/15 nömrəli imtina barədə məktubuna əsasən şəhadətnamənin verilməsi mümkün olmadığı bildirilmişdir və məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Onun rəsmi dövlət orqanı tərəfindən təsdiq edilmiş şəxsiyyət vəsiqəsi mövcuddur və etibarlıdır. Bu vəsiqədə aparılmış doğum haqqında qeyd doğum faktının müəyyən edilməsi və doğum şəhadətnaməsinin təkrar verilməsi üçün sübut və əsasdır. O, 1974-cü ildən Sumqayıt şəhərində ailə qurmuş və üç övladı var. Göstərilənləri nəzərə alaraq, onun 1954-cü il 10 may tarixində indiki Ermənistan Respublikasının Kalinin rayonunda anadan olma faktının tanınması və doğum haqqında şəhadətnamənin verilməsinə və doğum haqqında şəhadətnamədə ata qrafikasında atasının adı X8, anasının adının yerinə X2 qeyd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf qismində dəvət olunmuş Sumqayıt şəhər Qeydiyyat şöbəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısı xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuşdur. Onun atası X8, anası isə X5r. Bacısı 1974-cü ildə ailə həyatı quraraq Sumqayıt şəhərinə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçi Məhbubə xx.xx.1954-cü ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuşdur. O, 1980-ci ildən Sumqayıt şəhərinə gəlmişdir. Ərizəçi ondan əvvəl, yəni 1974-cü ildə ailə həyatı qurub yaşamaq üçün Sumqayıt şəhərinə gəlmişdir. Məhkəmə Ərizəçi, şahidlər X4 və X3 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə qismən əsaslıdır və aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat şöbəsinin 30.04.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Sumqayıt şəhər qeydiyyat şöbəsi yaşadıqları rayonun məhkəməsinə müraciət etməyi məsləhət görmüşdür. İş materiallarında olan Xİİ-Tİ № 568574 saylı pasportun surətindən görünür ki, X11 10.07.1929-cu il tarixdə Ermənistan, Kalinin rayonunda anadan olmuşdur. İş materiallarında olan Xİİİ-Tİ № 620416 saylı pasportun surətindən görünür ki, X9 1938-ci il tarixdə Gürcüstan, Dmanis rayonunda anadan olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 13 saylı Mənzil Kommunal Sahəsinin 25.05.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Göyçə qızı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 32, mənzil 61-də yaşayır. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahidlər X4 və Ərizəçi ifadə verərək Ərizəçi həqiqətən də xx xxx 1954-cü ildə Ermənistan Respublikası, Kalinin rayonunda doğulması faktını təsdiq etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi ərizəsində ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X8 yazılmasını xahiş etsə də, məhkəmə ərizəni həmin hissədə təmin etmir. Belə ki, iş materiallarına əlavə edilmiş Xİİ-Tİ № 568574 saylı pasportun surətindən görünür ki, ərizəçinin atasının adı “Göycə” deyil, “Qoca” kimi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi xx.xx.1954cü ildə Ermənistan Respublikası, Kalinin rayonuna doğulması faktı müəyyən edilməli, doğum faktı qeydin bərpa edilərək ona yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X11, ana qrafasında X9 göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Kalinin rayonunda doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Kalinin rayonunda doğulması və yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında X11, ana qrafasında X9 göstərilsin. Qənamə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar