Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4692/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə və həmin ərizəyə dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) onun xx.xx.1956-cı ildə, Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində doğulmağı, atasının X4, anasının X6 olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Krasnosel rayonu, Çaykənd kəndində anadan olmuşdur. O, 1973-cü ildən Azərbaycan Respublikası ərazisində yaşayır. Hazırda Ermənistan Respublikası tərəfindən ona verilən doğum haqqında şəhadətnaməni itirmişdir. Hazırda atasından qalmış miras əmlakının vərəsəlik qaydasında qəbulu ilə bağlı notariat orqanı tərəfindən ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Doğum haqqında şəhadətnaməsini itirdiyinə görə yeni doğum haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona şəhadətnamə verilməsindən imtina edilmişdir. Buna görə də məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq ərizəçiyə yaşadığı yerin məhkəməsinə müraciət etməyi tövsiyə etdiklərini bildirmiş, iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrini iştirakı olmadan baxılmasını xahiş Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Şəxsiyyət vəsiqəsinin surətinə əsasən ərizəçi xx.xx.1956-cı ildə, Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərinə əsasən X4 xx.xx.2002-ci ildə, X5 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2022-ci tarixli, 05/Q-1927/76 saylı məktubunda bildirmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Bu səbəbdən ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçinin bacısıdır. Onların ataları X4, anaları isə X3r. Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. Ərizəçinin doğum şəhadətnaməsini itirməyi barədə məlumatı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, ərizəçinin qardaşıdır. Onların ataları X4, anaları isə X3r. Ərizəçi xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində anadan olmuşdur. Ərizəçi doğum şəhadətnaməsini itirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi onun doğumun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş edir. O, həmin faktı təsdiq edən sənədi almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etmiş, lakin qeydiyyat orqanı ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər əsasında ərizəçinin xx.xx.1956-cı ildə Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində anadan olması, atasının X4, anasının X6 olması sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və ərizəçinin doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1956-cı ildə, Ermənistan Respublikasının Krasnoselo rayonu, Çaykənd kəndində anadan olması, atasının X4, anasının X6 olmasının qeyd edilməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4692/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4692/2022
25.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver