Məhkəmə qərarları › İş №2(060)-4698/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4698/2021

15.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4698/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi ilə İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6, İlkin iddia tələbi üzrə cavabdeh Tahirova (Əsgərova) Gülər Kərim qızının, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Tahirova (Əsgərova) Gülər Kərim qızının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarma tələbinə dair ilkin iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, mənzil növbəsində olduğuna görə Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürmə şöbəsinin 27 iyul 1988-ci il tarixli, 11/380 saylı Orderinə əsasən sumqayıt şəhəri, SUUDR zavodunda işləməyinə görə ünvan 1 ünvanı verilmişdir. Həmin orderdə arvadı X3, oğlu X12, oğlu X19, qızı X13, qızı X14 qeyd olunmuş və 1988-ci ildə həmin mənzilə köçürülmüşdür. Yəni hazırda mübahisəli əmlak xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Ona görə də hesab edir ki, iddiaçı onun yaşayış sahəsindən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini və evdən çıxarılmalarını həll etməlidir. Faktiki olaraq ona məxsus olan evə daxil ola bilmir və bu onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Belə ki, hazırda həmin evdə yaşayan oğlunun keçmiş həyat yoldaşı hazırki Cavabdehdır. O hazırda həmin evə onların daxil olmasına müxtəlif yollarla maneçilik törədir. Cavabdeh idiaçının mülkiyyətində qeydiyyatda olmaqla və uzun müddət yaşamaqla, həmin evin yaşayış sahəsindən istifadə hüquqları vardır. Ona görə də onlara kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməli və evdən çıxarılmalıdır. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X20 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X9 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə, ilkin iddia tələbini isə qəbul etməyərək, məhkəmədən ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1342/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Oruc oğlu ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Kərim qızına qarşı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ünvan 2 ünvanına qeydiyyatının ləğv olunması və həmin ünvandan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra ilkin iddia üzrə iddiaçıqarşııqlı iddia üzrə cavabdeh İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək onun ünvan 2 ünvanına köçürürlməsi və Cavabdeh həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Kərim qızı qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ünvan 2 ünvanından istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1342/2019 saylı, 06 mart 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Qətnamə ilə İddiaçı Oruc oğlu, X4 və X7 mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsinin arayışından görünür ki, mübahisə mənzil 22 iyul 1988-ci ildə İddiaçı və 5 nəfər ailə üzvünə- arvadı X.Əsgərovaya, oğlu Z.Əsgərova, qızı T.Əsgərovaya, oğlu İ.Əsgərova və qızı L.Əsgərovaya ayrlmışdır. İş materiallarında olan DİN-yi tərəfindən verilmiş ******* saylı arayışdan görünür ki, mənzildə X12, X15, X10, Cavabdeh, X11, X16, X17, X21, İddiaçı, X4, X5, X8 və X2 qeydiyyatdadırlar. İş materaillarında olan tərəflərin təqdim etdiyi sənədlərdən və verdikləri izahatlardan müəyyən edilir ki, mübahisəli mənzilə tərəflərin mülkiyyət hüququ mövcud deyil, mənzildə onlardan başqa digər ailə üzvlərinində yaşamaq və istifadə hüquqlaı var, həmçinin mənzil 27 iyul 1988-ci il tarixli Orderlə İddiaçı və 5 nəfər ailə üzvünə ayrılıb. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasə - Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən - Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçıların təkbaşına yəni, mənzildən istifadə hüquları olan digər şəxslərin razılığı olmadan mənzillə bağlı hərəkət etməyə subyektiv hüququ yoxdur. Bununla yanaşı tərəflərin mübahisəli mənzilə mülkiyyət hüquqları mövcud deyil. Ona görə də, ilkin və qarşılıqlı iddialar rədd edilməlidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233, 234-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh Tahirova (Əsgərova) Gülər Kərim qızına qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Tahirova (Əsgərova) Gülər Kərim qızının cavabdeh İddiaçı qarşı kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar