Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4699/2021 07.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 17-ci mkr, ev 34, 44 saylı mənzildən Cavabdeh mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan: Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(060)-8579/2018 saylı Qətnaməsindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 34-də yerləşən 44 saylı mənzilə dair Cavabdeh 7500 manat kompensasiya ödənilməklə onun pay hüququna xitam verilməsi və Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon , ev 34-də yerləşən 44 saylı mənzildən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 34-də yerləşən 44 saylı mənzil üzərində İddiaçı tam mülkiyyət hüququ 15.09.2020-ci il tarixdə qeyd alınmışdır. Göründüyü kimi tərəflər arasında mübhisə predmeti olan mənzillə bağlı məhkəmə mübahisəsi olmuş və cavabdehin mənzildəki pay hüququna xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1-ci maddəyə əsasən ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 221-ci maddəyə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan nomalarının məzmunundan göründüyü kimi istifadə hüququ mülkiyyət hüququnun elementlərindən biridir. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər paylı mülkiyyətin mülkiyyətçisi olmuşlar. Cavabdehin mənzil üzərində mülkiyyət hüququna xitam veilmiş, mənzilin dövlət reyestrində adına olan qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində tam pay hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin paylı mülkiyyət hüququna xitam verilməklə, cavabdeh həmin mənzil üzərində istifadə, sahiblik və sərəncam hüquqlarını itirmişdir. Cavabdehin yaşayış sahəsinə münasibətdə əmlak hüquqları yoxdur. Mövcud olmayan hüquqa isə xitam verilə bilməz. Məhkəmənin qənaətincə araşdırılan mübahisə üzrə iddianın mahiyyətini cavabdehin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması təşkil edir. Bu baxımdan iddiaçı cavabdehin qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına (inzibati orqan) müraciət etməli, ona imtina edildikdə isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə inzibati məhkəmə icraatı qaydasında mübahisə qaldıra bilər. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4699/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4699/2021
07.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver