Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4702/2020 02.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçiərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1946-cı ildə Ermənistan Respublikasının, Kalinin rayonunda anadan olma faktının müəyyən edilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, onun xx.xx.1946-cı ildə Ermənistan Respublikasının, Kalinin rayonunda doğumunun qeydə alınması faktının müəyyən edilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1946-cı ildə Ermənistan Respublikasının, Kalinin rayonunda anadan olmuşdur. AtasıX2, anasıƏliyeva Gülxanım Əhməd qızıdır. Məlum hadısələrdən sonra qaçqın kimi Sumqayıt şəhərində məskunlaşmışlar. Doğum haqqında şəhadətnaməsi itmişdir. Ona görə də Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət edərək doğumunun qeydə alınmasını xahiş etmişdir. Lakin Sumqayıt şəhər qeydiyyat şöbəsindən ona yazılışəkildəməhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də hazırkıərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, doğum faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Doğum faktının müəyyən olunması ona doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. Yuxarıda qeyd etdiklərinəəsasən o, ərizəsinin təmin olunmasını və bu barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədəərizəçi ərizəsi ilə eyni məzmunlu izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlışəxs Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinəəsasən məhkəmə işə maraqlışəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X1 izahat verərək bildirdi ki, ərizəçinin qardaşının sinif yoldaşıdır. Ərizəçi xx.xx.1946-cı ildə Ermənistan Respublikasının, Kalinin rayonunda anadan olmuşdur. Eyni rayonda yaşamışlar. ərizəçinin atası kolxozçu Məhəmməd, anası isə Gülxanımdır. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Ailədə 3 qardaş , 2 bacıdırlar. Ərizəçi xx.xx.1946-cı ildə Ermənistan Respublikasının, Kalinin rayonunda anadan olmuşdur. Məhkəməərizəçinin və şahidlərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəəsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 0******* saylışəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi oğlu xx.xx.1946-cı il tarixdəErmənistan Respublikasının, Kalinin rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. -nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X3 arasında xx xxxx 2014-cu ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrəsi ilə qeyd edilmişdir. Həmin sənəddə də Ərizəçi xx.xx.1946-cı il tarixdəErmənistan Respublikasının, Kalinin rayonunda doğulduğu göstərilmişdir. -doğum haqqında şəhadətnamədən görünür ki, X5 (ərizəçinin qardaşı) xx.xx.1957-ci ildə Ermənistan Respublikasının, Kalinin rayonunda anadan olmuşdur. Atası X2, anasıƏliyeva Gülxanım Əhməd qızıdır. - Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli, 05/Q-1434/15 nömrəli məktubundan görünür ki, Ərizəçi oğluna doğumunun qeydə alınması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki,ərizəçi xx.xx.1946cı ildə Ermənistan Respublikasının, Kalinin rayonunda anadan olmuşdur. Bu fakt iş materiallarında olan şəxsiyyət vəsiqəsi, ərizəçinin izahatı, şahid ifadələri və digər iş materialları ilə təsdiq olunur. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmamasıərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərəəsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi oğlunun xx.xx.1946-cı il tarixdəErmənistan Respublikasının, Kalinin rayonundadoğumunun qeydə alınması faktımüəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinəəsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgəərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi oğlu xx.xx.1946-cı il tarixdəErmənistan Respublikasının, Kalinin rayonundadoğumunun qeydə alınması faktımüəyyən edilməli, xx.xx.1946-cı il təvəllüdlüƏrizəçi doğulması barədə doğum haqqında şəhadətnamənin verilməsi Sumqayıt şəhər qeydiyyat şöbəsinə həvalə olunmalı, doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adı X2, anasının adıƏliyeva Gülxanım Əhməd qızı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinəəsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlüƏrizəçi oğlunun Ermənistan Respublikasının, Kalinin rayonundadoğumunun qeydə alınması faktımüəyyən edilsin. xx.xx.1946-cı il təvəllüdlüƏrizəçi doğulması barədə doğum haqqında şəhadətnamənin verilməsi Sumqayıt şəhər qeydiyyat şöbəsinə həvalə olunsun. Doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adı X2, anasının adıƏliyeva Gülxanım Əhməd qızı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4702/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4702/2020
02.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver