Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4710/2022 08.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsna qarşı “mirasın qəbulu faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, ataları X1 miras qalmış xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan **-XS-*** dövlət qeydiyyat nişanlı “Tofaş-Doğan” minik markalı avtomobil barəsində mirasın faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, atası X7 essensial hipertenziya xəstəliyindən əziyyət çəkmiş və 09 oktyabr 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Atası anası X4 ilə rəsmi nikahda olmuş, lakin nikahları 28 fevral 2008-ci il tarixdə pozulmuşdur. Atasından xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan **-XS-*** dövlət qeydiyyat nişanlı “TOFAŞ-DOGAN” minik markalı avtomobil miras qalmışdır. Sözügedən avtomobili xx.xx.2019-cu il tarixdə alınmışdır. Həmin miras əmlak üzrə vəsiyyətnamə qoyulmamışdır. Tərəfindən Maraqlı şəxsna müraciət edilsədə notariat orqanı tərəfindən 10 may 2022-i il tarixində X-K-657 nömrəli məktubla məhkəməyə müraciət etməyi göstərilmişdir. O, bildirir ki, həmin avtomobil onların həyətindədir. Avtomobilin təmiri tərəflərindən qarşılanır. Avtomobilin təmir etdrirlər. Hal- hazırda onların sahibliyində və istifadəsindədir. Atasının yeganə vərəsələri onlardır. Hazırda isə avtomobilin sənədləşdirmə işlərinin aparılmasına ehtiyac yaranmışdır. Göstərilənləri nəzərə alaraq, ataları X1 miras qalmış xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan **-XS-*** dövlət qeydiyyat nişanlı “Tofaş-Doğan” minik markalı avtomobil barəsində mirasın faktiki qəbul edilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi2 Ərizəçi1 izahatına uyğun izahat verərək, ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qismində dəvət olunmuş Maraqlı şəxs məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatlarını dinləyərək, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AD № 477721 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Tofaş Doğan” minik markalı, ** XS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X5r. İş materiallarında olan AZ-İ №245965 saylı, xx.xx.2016-cı il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 ilə X6 arasında olan nikah xx.xx.2008-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan AZ-İİ № 226965 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin Ərizəçi1 və Ərizəçi2 ünvaladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qanunvericiliyə əsasən mərhumun ölüm tarixindən 3 (üç) ay ərzində mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət edilməli, 6 (altı) ay keçdikdən sonra isə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Mirasın qəbul edilməsi üçün notariat ofisinə müraciət müddətini ötürdüyündən müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan notariat işinə əlavə edilmiş XX-JQ №468101 saylı, xx.xx.1999-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş XXİ-JQ №343651 saylı, xx.xx.1999-cu il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X7, ana qrafasında X6 qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 09 oktyabr 2021-ci il tarixdə ölmüş X1 “Tofa. Doğan” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Mərhumun qanun üzrə birinci növbəli vərəsələri hazırkı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 olmuşdur. Ərizəçi1 və Ərizəçi2 xx.xx.2022-ci il tarixdə maraqlı şəxs Bakı şəhəri 11 saylı notariat kontoruna müraciət edərək mərhum analarına məxsus miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Müraciət araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçilər tərəfindən miras əmlakın qəbulu üçün müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan fakt kimi mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanunvericliyin mənasına görə, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Məhkəmə, tədqiq olunmuş sübutların nəticəsi olaraq, istinad olunan maddi hüquq normalarının tələbinə və Konstitusiya Məhkəməsinin Plenumunun anoloji işlər üzrə gəldiyi hüquqi nəticəyə əsaslanaraq, hesab edir ki, X3 09 oktyabr 2021-ci il tarixdə ölməsi ilə xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmış “Tofaş Doğan” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun birinci dərəcəli qanun üzrə vərəsələri olan oğulları Ərizəçi1 və Ərizəçi2 tərəfindən faktiki qəbul edilmişdir. Belə ki, ərizəçilər miras əmlakı faktiki idarə edərək miras əmlakını qəbul etdiyini nümayiş etdirmişdir. Ərizəçlərin mirası faktiki qəbul edərək onu idarə etməsi qənaətinə gəlinməsi üçün real əsaslar vardır, ona görə məhkəmə belə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən 09 oktyabr 2021-ci il tarixdə vəfat etmiş ataları-X1 miras qalmış əmlakı “Tofaş Doğan” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki qəbul etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəfindən 09 oktyabr 2021-ci il tarixdə vəfat etmiş ataları-X1 miras qalmış əmlakı “Tofaş Doğan” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki qəbul etməsi faktı müəyyən edilsin. Hazırki qətnamə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4710/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4710/2022
08.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver