Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4729/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfində zəb edilmiş ADDY Pirşağı-Sumqayıt mənzilinin 48 km pk 3+80 m-dən PK 4+30 m-ə qədər artım istiqamətinin sağ tərəfində olan torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müəyyən olunmuşdur ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı ünvan 1 qeydiyyatda olmasına dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə iddiaçı torpaq sahəsinin boşaldılmasını xahiş etsə də, həmin torpaq sahəsinin Sumqayıt şəhəri ərazisində yerləşməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1.). Əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır (152.1.3). Məhkəmə hesab edir ki, iddia ərizəsinə cavabdehin qeydiyyatda olduğu yerə və torpaq sahəsinin Sumqayıt şəhəri ərazisində yerləşməsinə dair heç bir sənəd əlavə olunmadığı üçün işin Sumqayıt Şəhər Məhkəməsinə aid olması müəyyən edilə bilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4729/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4729/2021
08.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver