Məhkəmə qərarları › İş №2(060)-4759/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4759/2021

19.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4759/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının vəkili X2, Cavabdeh1, Onun nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı 05 İyul 1965-ci il tarixində X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 5 (beş) övladları anadan olmuşdur. İddiaçının mərhum əri X9 31 mart 1983-cü il tarixdə vəfat etmişdir. İddiaçının şəhid olmuş övladı X12 21 fevral 1992-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin bəzi məlum səbəblərə görə toyun səhərisi günü Cavabdeh1 atası ilə öz evlərinə göndərmişlər. Həmin ərəfədə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz könüllü olaraq müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə iddiaçının oğlu X12 şiddətli döyüşlər zamanı şəhid olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir. Bir şəhid anası kimi onun güzəranı yalnız şəhid oğlunun ruhuna dua eləməklə keçmişdir. Bu illər ərzində onların Cavabdeh1 ilə hər hansı bir münasibəti və xəbərləri olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, o, kiminləsə ailə həyatı qurub və həmin şəxsdən də bir oğlan övladı da dünyaya gətirmişdir. Cavabdeh1 nə onun mərhum oğlu Əvəzlə, nə də ki, onların ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək, 03.10.1992-ci il tarixdə vəfat etmiş X8 22.01.2021-ci ıl tarixdə vərəsəlik işi açdırmış və Miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə - Cavabdeh1, 18.02.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası-İddiaçı və digər 1/3 hissəsinə dair atası - 31.03.1983-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi arvadı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 iddiaçının mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursada, qeyd etdiyi səbəbdən toyun səhərisi günü İradə öz atası evinə getmiş, nə mərhum oğlu vəfat edən zaman yas mərasiminə gəlib iştirak etməmiş, nə də ondan sonra bir dəfə də olsun onlarla maraqlanmamışdır. Lakin buna baxmayaraq Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu X5 adına olan miras əmlakına dair Cavabdeh1 Vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Hesab edir ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddia tələbini əsaslı hesab edərək göstərdi ki, mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən notarius tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Hesab edir ki, vərəsəlik şəhadətnaməsi verərkən Sumqayıt şəhəri 3 saylı notariat ofisinin notariusu cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etməli və X5 şəhid olmasından 29 il 3 ay keçdiyindən, cavabdehə məhkəməyə müraciət etməli olduğunu izah etməli idi. Bundan başqa cavabdeh bu müddət ərzində şəhid ailələrinə edilən güzəştlərdən yararlanmamışdır. Ona görə ki, cavabdeh faktiki nikahla ailə həyatı qurmuş və onun öz ailəsi vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia ərizəsində qeyd edilənlər yalandır. Onun mərhum X12 ilə rəsmi nikahı vardır. Ona görə də notarius tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə qanunauyğun verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili X19 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddia tələbində qeyd edilənlər əsassız və qanunsuzdur. Cavabdehə verilən vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.02.1969-cu il təvəllüdlü X5 atası X9, anası İddiaçıdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03.10.1992-ci ildə Ağdam rayonu Abdal-Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarında olan nikah haqqında arayışın surətindən görünür ki, X12 ilə Cavabdeh1 arasında 21.02.1992-ci ildə nikah bağlanmış, nikahın bağlanması haqqında qeydləri kitabında 274 nömrəsi ilə qeyd edilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X5 vərəsəsi 31.03.1983-cü ildə X3 ölməsi ilə əlaqədar miras onun vərəsəsi-X13 miras əmlakın 1/3 hissədə və X5 vərəsəsi-X13 miras əmlakın 1/3 hissədə pay almalıdır. Bundan əlavə Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən X10 verilən cavab məktubundan görünür ki, 03.10.1992-ci il tarixdə vəfat etmiş X5 miras əmlakına dair 22.01.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə arvadı-Cavabdeh1, 18.02.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası-İddiaçı və digər 1/3 hissəsinə dair atası-31.03.1983-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi arvadı-İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidməti tərəfindən sorğuya verilən cavabda göstərilir ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 nikahı və 11.12.2001-ci il təvəllüdlü övladı X7 doğumu haqqında məlumatların istənilməsi barədə müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Cavabdeh1 21.02.1992-ci ildə Sumqayıt şəhər nikah evində (hazırki Sumqayıt şəhər qeydiyyat şöbəsi) 04.02.1969-cu il təvəllüdlü X12 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. Həmçinin araşdırma nəticəsində atası 16.06.1967-ci il təvəllüdlü X17, anası isə Cavabdeh1 olan 11.12.2001-ci il təvəllüdlü X7 doğumunun Qubadlı rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı məlum olmuşdur. Beləliklə işin araşdırılan halları ilə müəyyən edilir ki, X12 03.10.1992-ci ildə şəhid olmasına baxmayaraq, Cavabdeh1 şəhid ailələrinə edilən güzəştlərdən yararlanmamış, 2001-ci ildə isə 16.06.1967-ci il təvəllüdlü X17 ilə faktiki nikahla ailə həyatı qurmuş və onların bu nikahlarından 11.12.2001-ci il təvəllüdlü X14 adlı bir övladları vardır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə ər-arvad şəhid ailəsinin üzvləri hesab edilir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh1 2001-ci ildə X17 ilə faktiki nikahla ailə həyatı qurduğundan və onların bu nikahlarından 11.12.2001-ci il təvəllüdlü X14 adlı bir övladları olduğundan, Cavabdeh1 şəhid X5 ailə üzvü hesab edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Lakin Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş mərhum X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar