Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-478/2024 12.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh doğma qızıdır. Cavabdeh ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadılar və həmin ünvanında da yaşayırlar. Cavabdeh 1996-1997-ci il tarixlərində ailəsinin və doğmalarının razılığı olmadan qeyri rəsmi ailə həyatı quraraq ata evindən ayrılıb çıxıb getmişdir. Təxminən 2004-cü il tarixində cavabdeh qurduğu ailəsindən ayrılaraq ata evinə gəlmiş və sonra təxminən bir-neçə il müddətində də 2-ci dəfə X8 ilə ailə həyatı qurmaq istəmişdir. X8 ilə ailə həyatı qurmasına o, və atası Məmmədxanov Şahbaz Cəbi oğluda qəti olaraq istəmirdilər. Hətta yaxın qohumlar belə onların ailə qurmasına çox etiraz edirdilər. Belə ki, X8 başqa xanımla rəsmi nikahda idi və Cavabdeh qanunsuz yəni rəsmi nikaha daxil olmadan almaq istəyirdi. Cavbdeh Cavabdeh onunla və atası Məmmədxanov Şahbaz Cəbi oğlu ilə dəfələrlə mübahisə edərək onları qonşular və qohumlar içində pis vəziyyətə qoyurdu. Sonunda onun və atası Məmmədxanov Şahbaz Cəbi oğlunun qəti etirazlarına baxmayaraq onlarla böyük mübahisə edərək X4 başqa xanımla rəsmi nikahda olmasına əhəmiyyət verməyərək onunla rəsmi nikaha girmədən X5 qoşularaq evi tərk etmişdir. Tərk edən zamanda bir daha ata evinə qayıtmayacağını bildirmişdir. Atası Məmmədxanov Şahbaz Cəbi oğlu da qəti olaraq cavabdehə ata evinə gəlməsinə qadağan etmişdir. Sonradan Məmmədxanov Şahbaz Cəbi oğlu 20 aprel 2013-cü il tarixində rəhmətə getmişdir. Hətta o, rəhmətə gedən son günə kimi onlar cavbdeh Cavabdeh ilə danışmamışlar yəni əlaqələri olmayıb və cavabdehdə onlar yaşadıqları ünvana gəlməmişdir. Cavbdeh Cavabdeh 2022-ci ildən başlayaraq onunla və qardaşı Məmmədxanov Mübariz Şahbaz oğlu ilə dəfələrlə mübahisələr edərək onlara bildirmişdir ki, həmin yaşadıqları evi tərk etsinlər. Belə ki, o həmin evə ailəsi ilə birlikdə köçüb guya yaşamaq istəyir. Lakin onun əsas məqsədi həmin mənzili ələ keçirib sonra isə satmaqdır. Baxmayaraq cavabdehin özünün ünvan 1 ünvanında 3 otaqlı mənzili var. Dəfələrlə onun yaşadığı mənzilə gələrək onu hədələmiş və ona hədə-qorxular gəlmişdir. Onun yaşlılığından və xəstə olmağından istifadə edərək hər dəfə yaşadığı mənzilə gələrək onu döyüb ona xəsarətlər yetirirdi. Qəti olaraq məqsədi o, və oğlu Məmmədxanov Mübarizin yaşadıqları mənzili ələ keçirməkdir. Əvvəllər də dəfələrlə bu barədə cavabdehə xəbərdarlıqlar etsə də, onun belə bir hərəkətlərə yol verəcəyinə inanmamışdır. Cavabdehin hərəkətləri onun sağlığına çox pis təsir edirdi, şərəf və ləyaqətinə toxunurdu. Onu yaşadığı ərazidə qonşuların yanında biabır edərək ona dəfələrlə hücum çəkib döyərək yaşadığı evi tərk edərək getməyini istəyirdi. O, cavabdehə həmişə bildirmişdir ki, o, yaşlı və xəstə qadındır, o, ancaq həyət evində qalıb yaşaya bilir. Onun sağlamlığı heç cür ona başqa yerdə qalmağına yol vermir. Lakin cavabdeh heç buna əhəmiyyət vermirdi daha da o, sanki qəsdən onu ölüm həddinə çatdırmaq istəyirdi. Hər dəfə onun yaşadığı mənzilə gələrək onu hədələyir və döyərək ona xəsarətlər yetirirdi. Cavabdehin məqsədi onu öldürmək, sonra gəlsin yaşadığı evə qeyri-rəsmi ailəsi ilə birlikdə yerləşsin. Özü də cavabdeh qəsdən oğlu Məmmədxanov Mübarizin yaşadıqları mənzilidə olmamasını izləyirdi ki, o, evdə olmayanda onun tək olmağından istifadə etsin. Belə ki, o, açıq-aydın bilirdi ki, o, yaşlı xəstə qadındır buna görə də onun cavabdehə heç bir zaman gücü çatmaz. O, hər dəfə qohumlarından və yaxın qonşularından çəkinərək və utanaraq qızının ona qarşı belə amansız olmasının yayılmaması və bilinməməsi üçün heç vaxt ona yetirilən xəsarətlərlə bağlı polis orqanlarına şikayət etməmişdir. Artıq 2022-ci ilin dekabr ayında yaşadığı mənzilə hücum çəkərək həyətdə olan lapatqanı götürüb onu döyərək və ona ağır xəsarətlər yetirərək evin darvazasından küçəyə qovalayaraq qolundan tutaraq tulladı. O, qohumlarından və yaxın qonşularından çəkinərək və utanaraq həmin vaxtda ona yetirilən xəsarətlərlə bağlı polis orqanlarına şikayət etməmişdir. Məcbur qalıb Sumqayıt Şəhər Məkəməsinə onun və oğlu Məmmədxanov Mübariz Şahbaz oğlunun yaşadıqları Sumqayıt şəhəri, 8-ci mik.,ev 20A, mənzii 23 ünvanına köçürülmələri və Cavabdeh ailəsi ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddia ərizəsi ilə müraciət etmişlər. Məhkəməyə Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi tələbi ilə müraciət etmək məcuriyyətində qalmışdır. Beləliklə, hesab edir ki, Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi haqqında qətnamə qəbul edilməlidir. İddiaçı məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 5 ildir ki, bu məsələyə görə anasgilə getmir. Onların qapısını açmır. 45 yaşına kimi o, valideynlərinə baxmış, onlara layiqli övlad olmuşdur. O, valideyninə əl qaldırmamışdır. Ata mülkündədə heç bir pay tələbi yoxdur. Atası rəhmətə gedəndə hər kəsin payını verib. Bağ evini atası ona verib. 4 otaqlı bina evini isə qardaşına vermişdir. Anasını ona qarşı bacısı doldurur. Ona pay düşməsin deyə onu ləyaqətsiz vərəsə hesab etdirmək istəyirlər. O, bu vaxta kimi heç bir pay tələb etməmiş. Lakin hazırda ata mülkündən ona düşən payını tələb edir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0206668 saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 20A, mənzil 23 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan № 439513 saylı, xx.xx.1974-cü il tarixli, “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, ata qrafasında Məmmədxanov Şahbaz Cəbi oğlu, anası X1 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5633\2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı və Məmmədxanov Mübariz Şahbaz qızı ünvan 3 ünvanında yerləşən evə köçürülməsi, cavabdehlər X6, X3, X7, Cavabdeh və X10 (qanuni nümayəndəsi Cavabdeh) ünvan 3 ünvanında yerləşən evdən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Roma hüququnun prinsipləri əsas götürülərək əksər Avropa ölkələrinin qanunvericiliyində üzrlü səbəblər olduğu halda miras qoyanın istəyi ilə mirasda məcburi pay hüququndan məhrumetmə qaydası müəyyən olunmuşdur. Ölkələrin bəzilərində məhrumetmə üçün ciddi əsasların olması tələb olunsa da (məsələn, Almaniya və İsveçrə) digərlərində (məsələn, Rusiya və Qazaxıstan) isə bunu əsaslandırmağın zəruriliyi xüsusi olaraq qanunvericiliklə müəyyən olunmamışdır.Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik hüquq institutu və bu institutun ayrılmaz tərkib hissəsi olan vərəsəlikdə məcburi pay hüququ Roman-alman hüquq sisteminə aid ölkələrin qanunvericiliyi ilə oxşar qaydada həll edilmişdir. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsinə əsas olan hallar mövcud deyildir. Belə ki, cavabdehin bir övlad kimi iddiaçını valideyn hesab etməməsi, dediklərinin əksinə hərəkət etməsi, adət-ənənələrə, ailə prinsiplərinə zidd hərəkətlər etməsi iş materialları ilə sübut olunmur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi» tələbinə dair iddiası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetrilmədiyindən və iddiaçı qeyd edilən əsaslarla bağlı məhkəməyə sübut təqdim etmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №2(060)-478/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-478/2024
12.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver