Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4787/2020 16.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh2,Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 1998-ci il buraxılışlı “KİA SEPHİA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq İddiaçı2 verilməsi, Cavabdeh2 2005-ci il buraxılışlı “HONDA CİVİC” minik markalı ** TG *** dövlət qeydiyyat nışanlı, Cavabdeh3 2007-ci il buraxılışlı “MİTSUBİSHİ LANGER” minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillərin, Cavabdeh1 7030 manat alınaraq İddiaçı1 verilməsi, həmçinin 60 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinə dəqiqləşdirmə verərək, digər şəxslərin cavabdehlər sırasından çıxarılaraq Cavabdeh1 7030 manat pulun və 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçılara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onların müxtəlif avtomobilləri vardır və onları icarəyə verməklə icarə haqqı alırlar. 1998-ci il buraxılışlı “KİA SEPHİA” minik markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili ayda 200 manat ödəmək şərti ilə Cavabdeh1 icarəyə vermişlər. Həmçinin 2007-ci il buraxılışlı “MİTSUBİSHİ LANGER” minik markalı, ** VR *** dövlət qeydiyyat nişanlı və 2005-ci il buraxılışlı “HONDA CİVİC” minik markalı ** TG *** dövlət qeydiyyat nışanlı avtomobili də həmin şəxsə ayda hər birinə görə 400 manat ödəmək şərti ilə icarəyə vermişlər. Həmin şəxsdə həmin avtomobilləri müxtəlif şəxslərə icarəyə vermişdir. İlk avtomobili verən gündən başlayaraq Cavabdeh1 onlara 2019-cu ilin sentyabr ayında 400 manat, oktyabr ayında 540 manat, noyabr ayında 760 manat, dekabr ayında 670 manat, 2020-ci ilin yanvar ayında isə 800 manat icarə haqqı vermişdir. Bundan sonra heç bir ödəniş etməmiş və avtomobilləri də geri qaytarmamışdır. Cavabdeh1 onlara ümumilikdə 10200 manat ödəməli olduğu halda cəmi 3170 manat pul ödəmişdir. Həmçinin avtomobillərə görə etibarnamələri ləğv edən zaman onlara məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmış və həmin şəxsləri də aldatmışdır. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar Cavabdeh1 qarşı olan iddia tələblərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iddianın təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, mülki iş aidiyyəti üzrə başqa məhkəməyə göndərilməlidir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Saatlı rayonu, Dədə-Qorqud kəndində rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasənhakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, sadalanan hüquq normalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, cavabdehin ünvanı ünvan 1 mülki iş aidiyyəti üzrə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 44 və 162-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı əmlak və pul tələbinə dair mülki iş aidiyyəti üzrə Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4787/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4787/2020
16.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver