Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4815/2020 14.08.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs – Azərbaycan Respublikası Müdafiə Nazirliyi) hərbi xidmətdə olma faktının müəyyən edilməsi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun xx xxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək N saylı hərbi hissənin tərkibində əsgər rütbəsində, atıcı vəzifəsində xidmət etməsi və Prezidentin xx xxxxxx 1992-ci il tarixli fərmanına əsasən, xx xxxxxx 1992-ci ildə təxris olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylıQərarının 14-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər (14). İşdən göründüyü kimi ərizəçi hazırkı ərizədə hərbi hissənin tərkibində əsgər rütbəsində, atıcı vəzifəsində xidmət etməsi və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1992-ci il tarixli fərmanına əsasən, xx xxxxxx 1992-ci ildə təxris olunması faktının müəyyən edilməsini istəyir. Lakin həmin fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Yəni, hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxs – Azərbaycan Respublikası Müdafiə Nazirliyi) hərbi xidmətdə olma faktının müəyyən edilməsi barədə ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Abdullayev Əsli ilə düzdür Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4815/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4815/2020
14.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver