Məhkəmə qərarları › İş №2(060)-4828/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4828/2021

19.11.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4828/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsinin ləğvi, kredit üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə imzalanmış 28 dekabr 2019-cu il tarixli SUMG1-13765- 2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən verilmiş kredit üzrə 10.879,90 manat əsas borc və 138,81 manat cari faiz borcu olmaqla, cəmi 11.018,71 manat borcun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 40 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 "TBC Kredit’’ BOKT MMC-nin xeyrinə tutulması, Cavabdeh4 məxus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,292 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 69.93 kv.m ümumi, 49.49 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 42 nömrəli mənzilin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında ikinciyə illik faizi 30 faizdən artıq olmamaqla 39.000 manat məbləğində kreditin verilməsini nəzərdə tutan 16 sentyabr 2015-ci il tarixli SUMG1-13765- 7238 saylı Kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh4 məxus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayonda istifadədə olan 0,292 ha torpaq sahəsində yerləşən 29 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbəsində yerləşən 69.93 kv.m ümumi, 49.49 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 42 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsini nəzərdə tutan 16 sentyabr 2015-ci il tarixli SUMG1-13765-7238+C********** nömrəli İpoteka müqaviləsi, Cavabdeh3 ilə 16 sentyabr 2015-ci il tarixli SUMG1-13765- 7238+SUMG1-13767 nömrəli Zaminlik müqaviləsi imzalanmışdır. 16 sentyabr 2015-ci il tarixli SUMG1-13765-7238 saylı Razılaşma ilə Cavabdeh1 illik 25% olmaqla ümumilikdə 13.000 manat məbləğində kredit verilmiş və kreditin 36 ay müddətində aylıq 517 manat qaytarılması müəyyən edilmişdir. AR Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanı qeyd olunan kreditə də şamil olunmuşdur. Belə ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 10.879,90 (on min səkkiz yüz yetmiş doqquz) manat məbləğində güzəştli kredit vermişdir. Həmçinin 30 dekabr 2019-cu il tarixdə SUMG1-13765-7238+C********** saylı X3 və dəyişikliklər edilməsi barədə Saziş, Cavabdeh3 və Cavabdeh4 ilə 28 dekabr 2019-cu il tarixli Zaminlik müqaviləsi imzalanmışdır. Lakin, Cavabdeh1 kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada etmədiyinə görə İpoteka saxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 07 may 2021-ci il tarixinədək verilmiş kredit üzrə 10.879,90 manat əsas borcu və 138,81 manat cari faiz borcu olmaqla, cəmi 11.018,71 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İş materiallarından göründüyü kimi, ipoteka predmeti olan ev kreditin qaytarılması üçün ipoteka qoyulmuş və rəsmi qeydiyyatda olan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli kitabın 90 nömrəli vərəqində qeydiyyata alınan, Cavabdeh4 məxus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi barədə AR ƏMDK yanında DƏDRX tərəfindən 17.09.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ipotekanın qeydiyyatı və AR ƏMDK yanında DƏDRX tərəfindən 28.01.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Daşınmaz əmlak bazarında mövcud olan tələbtəklif nisbətini nəzərə alaraq Cavabdeh4 məxus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməlidir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək Cavabdeh1 ilə imzalanmış 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən verilmiş kredit üzrə 10.879,90 manat əsas borc və 196,85 manat cari faiz borcu olmaqla, cəmi 11.076,75 manat məbləğində borcun, bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 40 manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilmiş 150 manat xidmət haqqının Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 "TBC Kredit’’ BOKT MMC-nin xeyrinə tutulması, Cavabdeh4 məxus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilinin ilkin satış qiymətinin 40.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılması və orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli, № SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsindən və ödəniş qrafikindən görünür ki, kreditverən kreditalana 5 il müddətinə, illik 1 faiz ödəmək şərti ilə 10879,90 AZN məbləğində kredit verməyi, kreditalan isə həmin kredit müqaviləsi üzrə borcu və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 25.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın banka olan əsas borcu 10879,90 manat, faiz borcu 196,85 manat, cəmi borc 11076,75 manat təşkil edir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. 30.12.2019-cu il tarixli, SUMG1-13765-7238+C********** saylı X3 və Dəyişikliklər barədə sazişdən görünür ki, 28 dekabr 2019-cu il tarixli, № SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinin təminatı olaraq Cavabdeh4 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin, 42 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışının surətindən görünür ki, Cavabdeh4 məxsus olan Sumqayıt şəhər, 18-ci mikrorayon, 29 saylı evin, 42 saylı mənzili bank qarşısında ipoteka yüklülüyü 17.09.2015-ci il tarixdə qeydə alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh4 məxsus olan Sumqayıt şəhər, 18-ci mikrorayon, 29 saylı evin, 42 saylı mənzilinə dair ipoteka yüklülüyünə dair əlavə qeydiyyat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 27 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində, 17.09.2015-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinin №**********77 saylı, 16.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanda yerləşən, 42 nömrəli mənzil üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. 09.04.2021-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ipoteka qoyan xəbərdar edilmişdir. İş materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 2 ünvanda yerləşən, 42 nömrəli mənzildə qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 mənzilin ipotekaya qoyulmasına razılıqlarını bildirmişlər. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh4 məxsus olan Sumqayıt şəhər, 18-ci mikrorayon ünvanında yerləşən 29 saylı evin, 42 saylı mənzilin likvid dəyəri 40.000 manat təşkil edir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanunun tələblərinə uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. 28.12.2019-cu il tarixli, №SUMG1-13765-2370+SUMG1-13767 saylı Zaminlik Müqaviləsindən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh3 və Cavabdeh4 arasında 28.12.2019-cu il tarixli SUMG1-13765-2370 saylı kredit müqaviləsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır və həmin müqavilənin 2.1-ci bəndinə əsasən zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1, 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddiaçının zaminlərə qarşı tələbi əsaslıdır, zamin borclunun bank qarşısında öhdəlikləri ilə bağlı birgə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat, bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və əmlakın qiymətləndirilməsi ilə bağlı ekspert tədqiqatının dəyəri olaraq 150 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, "TBC Kredit’’ BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilməli, 28 dekabr 2019-cu il tarixli SUMG1- 13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən verilmiş kredit üzrə 10.879,90 manat əsas borc və 196,85 manat faiz borcu olmaqla, cəmi 11.076,75 manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 220 manat Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 "TBC Kredit’’ BOKT MMC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh4 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbi satılmış əmlak hesabına ödənilməli, mənzil hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehlərin ipoteka predmeti olan əmlaka istifadə hüquqlarına xitam verilməsinə dair tələbi əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. TBC Kredit’’ BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. 28 dekabr 2019-cu il tarixli SUMG1-13765-2370 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən verilmiş kredit üzrə 10.879,90 manat əsas borc və 196,85 manat faiz borcu olmaqla, cəmi 11.076,75 (on bir min yetmiş altı manat yetmiş beş qəpik) manat borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 220 (iki yüz iyirmi) manat Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 "TBC Kredit’’ BOKT MMC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh4 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 29 nömrəli evin 42 nömrəli mənzilinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 40.000 (qırx min) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbi satılmış əmlak hesabına ödənilsin, mənzil hərrac keçirildikdən və satıldıqdan sonra bir ay müddətində boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar