Məhkəmə qərarları › İş №2(060)-4846/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4846/2022

23.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4846/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «mülkiyyət hüququnun tanınması barədə» ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 2 saylı uşaq baxçasının mülkiyyət hüququ əsasında babası X9 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun mərhum babası X13 1937-ci ildə «xalq düşməni» adlandırılaraq Azərbaycandan sürgün edilib və elə sürgündə də dünyasını dəyişib. Həmin vaxt hökümət babasına məxsus Corat qəsəbəsində yerləşən mülkünü heç bir hüquqverici sənəd olmadan dövlət nəfinə müsadirə edərək dövlət ehtiyaclarına verib. Bu illər ərzində babasının həmin mülkü dövlətdədir. Hazırda uşaq baxçası kimi istifadə edilir. Lakin onlarda olan məlumata görə Corat qəsəbəsində yeni uşaq baxçası tikilir və hazırda həmin binaya ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 06 noyabr 1991-ci il tarixli Qanuna əsasən, müsadirə edilmiş və alınmış evlər onların qanuni sahibləinə geri qaytarılmalıdır. O, bu hüquqdan istifadə edərək babasının mülkinin ona qaytarılması barədə İcra hakimiyyətinə müraciət etmiş, ona cavab olaraq bildirilmişdir ki, bu məsələ məhkəmə qaydasında hüquqi müstəvidə həll edilməlidir. O, babasının vərəsəsi olmağı və X5 onun babası olması faktının müəyyən edilməsi barədə məhkəməyə ərizələrlə müraciət etmiş və məhkəmə qətnamələri əsasında X5 onun babası olması və onun həmin şəxsin vərəsəsi olmağı faktları müəyyən edilmişdir. Bundan sonra o, Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət etmişdir ki, babasının mülkinün ona qaytarılması məsələsinin həlli üçün Komissiyada bu məsələ müzakirə edilərək qərar qəbul edilsin. Sumqayıt şəhər İcra hakimiyyəti ərizəsinə imtina verərək belə hesab etmişdir ki, binaya dair hüquqi sənədlər olmadığı üçün onun belə bir ərizə vermək səlahiyyəti yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyətinin bu imtinası ilə razılaşmayaraq Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi vermiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qəraradına əsasən iddiası mümkünsüz hesab edilmiş və qərardadda göstərilmişdir ki, həmin mübahisəli binanın babasına məxsus olmasını təsdiq edən sənəd mövcud olmadığı üçün onun belə bir iddia ilə məhkəməyə müraciət etməyi üçün huquqi əsası mövcud deyildir. Ona görə də hazırda o, bu ərizə ilə məhkəməyə müraciət edir. İşin göstərilən hallarından, məhkəmə qərarlarından, icra hakmiyyətinin cavab məktublarında da görünür ki, mübahisəli binaya dair babasının sənədlərini əldə etmək mümkün olmamışdır, icra hakimyyətində də həmin sənədlər saxlanmamış, babası həbs edilib sürgün edilərkən həmin sənədlər digər əşyalarla birlikdə evdən götürülmüş və geri qaytarılmamışdır. Belə olan halda binanın babasına məxsus olması yalnız məhkəmə qaydasında müəyyən edilə bilər. Göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 2 saylı uşaq baxçasının mülkiyyət hüququ əsasında babası X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəçinin izahatına uyğun izahat verərək ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasına gəlməmiş və məktubla məhkəməyə müraciət edərək, iş çoxluğunu nəzərə alaraq səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X1 bildirdi ki, ərizəçi həmkəndlisidir. Onda ona məlumata görə ərizəçinin babasının Corat qəsəbəsində yerləşən mülki olub, sonradan oranı dövlət tərəfindən baxça edilib. Uşaq olanda o, da həmin baxçaya getmişdir. Bağça olmamışdan qabaq o, evdə Zöhrab və ailəsi yaşayıb. Məhkəmədə şahid X6 bildirdi ki, ərizəçi ilə həmkəndlidir. Ərizəçinin babasını görməmişdir. Lakin Zöhrab adlı şəxsin sözügedən evdə yaşamasından və daha sonra sürgün edilməsindən məlumatı olmuşdur. Məhkəmə Ərizəçi, nümayəndəsi və vəkili Vəkil, şahidlər X1 və X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsassızdır və aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Aparatının xx.xx.2021-ci il tarixli etirazının surətindən görünür ki, X7 adına Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında torpaq sahəsinin olması barədə Sumqayıt şəhər İcra Hakimiyyətnin arxivində hər hansı bir məlumat aşkar edilməmişdir. Həmçinin iddia tələbi buna cavab verməli olan orqana qarşı verilmədiyindən və əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi xx.xx.2016-cı il tarixdə Ərizəçi ünvanladığı məktubun surətindən görünür ki, notariat kontoruna mirasın qəbulunaə dair ərizə və əmlakın babasının mülkiyyətində olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədi notariat kontoruna təqdim edərək vərəsəlik şəhadətnaməsi ala bilər. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 12 nömrəli sərəncamının surətindən görünür ki, Sumqayıt şəhər Corat bələdiyyəsinin 211 saylı, 21 dekabr 2016-cı il tarixli müraciətini və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin təklifini nəzərə alaraq qərara alır: Sumqayıt şəhər X14 qəsəbəsi ərazisində 2800 kv.m sahədə yeni uşaq bağçasının lahiyələndirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5322/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizə təmin edilərək, Sumqayıt şəhəri Corat qəsəb sakini mərhum X7 Ərizəçi babası olması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhəməsinin 2(060)-11599/2016 saylı, xx.xx.2016-cı il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Ərizəçi mərhum babası X7 qanuni vərəsəsi olmağı faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri Corat Bələdiyyəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il “Akt”ın surətindən görünür ki, Corat qəsəbə sakinləri X10, X3 və X16 qəsəbəsi 2 saylı uşaq bağçasının Corat qəsəbəsinin keçmiş zəngin bəylərindən olan X11 məxsus olması, binanın 1915-c ildə onun tərəfindən tikdirilməsi və Sovet hakimiyyəti qurulduğu dövrdə onun əlindən alındığını və 1939-cu ildən Corat qəsəbəsi 2 saylı uşaq bağçası kimi fəaliyyət göstərməsini təsdiq edirlər. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsi 2-1(118)-213/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən babası X11 məxsus olmuş və müsadirə edilmiş tikilinin qaytarılması tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildiki, iddiaçı Corat qəsəbəsi, uşaq bağçasının yerləşdiyi binanın mərhum babasına məxsus olmasını bildirsə də, bunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Ərizəçinin Corat qəsəbəsində yerləşən uşaq bağçasının yerləşdiyi tikilinin mərhum babasına məxsus olmasını təsdiq edən sübut kimi yalnız qonşuları tərəfindən təsdiq edilmiş və Corat Bələdiyyəsi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli akt və şahid ifadələridir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 2 saylı uşaq baxçasının mülkiyyət hüququ əsasında babası X9 məxsus olması faktının müəyyən edilməsi barədə” ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar