Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4854/2022 21.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı çoxmənzilli binanın saxlanılmasına görə ödənilməmiş məbləğin tutulması tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində vurulmuş maddi ziyanın və artıq hesablanmış pulun tələb edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdeh qarşı çoxmənzilli binanın saxlanılmasına görə ödənilməmiş məbləğin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi arasında xx.xx.2021-ci il tarixində Kooperativ Binada Kommunal-Təsərrüfat işləri haqqında müqavilə bağlanmışdır. Müqavilənin bəndlərinə əsasən cavabdeh və iddiaçı tərəfindən öz üzərilərinə öhdəliklər götürülmüşdür. Belə ki, müqavilənin birinci bəndinə əsasən iddiaçı öz üzərinə cavabdehin də mənzilinin yerləşdiyi ünvan 1 ünvanında yerləşən binanın ümumi təsərrüfat işlərinin, yerinə yetirilməsini öz üzərinə götürmüşdür. Müqaviənin birinci bəndində göstərilən öhdəliklər müqavilədə öz əksini tapmışdır. Müqavilənin ikinci bəndinə əsasən bina sakini MTK tərəfindən müəyyən edilmiş aylıq kommunal xidməti (hər bir kv/m üçün 0.60 manat) ödəməsini öz üzərinə götürmüşdür. Cavabdeh mənzili 2 otaqdan ibarət olmaqla ümumi 117.67 kv.m olduğu üçün aylıq kommunal ödəniş 70 manat 60 qəpik təşkil edir. Cavabdehin mənzilin mülkiyyətçisi olduğu gündən, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi var. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Cavabdeh mülkiyyətində olan sahəyə uyğun olaraq yaşayış kompleksinin saxlanılması üçün təyin edilən ödənişlərin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh ünvan 2 ünvanında yerləşən 156 saylı mənzilin saxlanılmasına görə 2021-ci ilin may ayından hər ay üçün 70.60 manat ümumilikdə, 888.40 tutularaq iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində vurulmuş maddi ziyanın və artıq hesablanmış pulun tələb edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" mənzil tikinti kooperativi ilə bağladığı 15 iyul 2013-cü il tarixli, 163 saylı müqaviləyə əsasən ünvan 3 ünvanı Ceyhun Həsənov küçəsi, 79, M16, m2) inşa edilən çoxmənzilli binada iki otaqlı, ümumi sahəsi 117.67 kvadrat metr olan 156 saylı mənzili 1 kvadrat metrinin dəyəri 480 manatdan olmaqla ümumi dəyərinin 30 faizini-16944 manatını ilkin, qalan 39538 manatını isə hər ay 1647 manat ödəməklə almış və mənzilə görə 56482 manat pul vəsaitini cavabdehin bank hesabına ödəmişdir (cavabdehn xx.xx.2020-ci il tarixli arayışı bunu təsdiq edir). Həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında və vicdanla yerinə yetimişdir. Cavbdeh isə həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və üstəlik ondan 2.07 kvadrat metr sahənin 993.6 manat dəyərini artıq almışdır. Müqavilədə ona verilən mənzilin ümumi sahəsi 117.67 kvadrat metr qeyd olunmasına baxmayaraq onun həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəddə - AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi texniki pasportda və çıxarışda mənzilin ümumi sahəsinin 115.6 kvadrat metr olduğu göstərilmişdir. Cavabdeh 163 saylı müqavilədə mənzili 2014-cü ilin dekabr ayına kimi ona təhvil verməyi, mənzilin daxili divar arakəsmələrinin suvanması, mənzilin girişinə yüksək keyfiyyətli dəmir seyf qapı, xarici pəncərələrinə yüksək keyfiyyətli PVC materialından pəncərələrin quraşdırılmasını, mənzilə qaz, elektrik, su və kanalizasiya xətlərini çəkməyi öhdəlik kimi götürsə də, bunları etməmiş mənzilin xarici pəncərələrinə çox keyfiyyətsiz materialdan və giriş qapısına sınıq dəmir qapı qoymuş, mənzilin arakəsmə divarlarını suvamamış, mənzili qaz, su və elektriklə təmin elməmiş, mənzili bu günə kimi ona təhvil verməmiş və bununla ona 20800 manat maddi ziyan vurmuşdur. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus 2 otaqlı, 117,67 kvadrat metr sahəsi olan mənzilin saxlanılması üçün kommunal xərclərin 2021-ci ilin may ayından hazıradək tərəfindən ödənilmədiyinə görə 888,4 manat pulun ondan tutularaq "xxxx" mənzil tikinti kooperativinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiası əsassızdır. Belə ki, cavabdeh iddia ərizəsində mənzilin ona 2021-ci ilin may ayında təhvil verildiyini və ona məxsus mənzilin saxlanmasına görə kommunal xərclərin həmin vaxtdan hesablandığını qeyd etmişdir. Halbuki daşınmaz əmlaka mülkiyyət hüququ həmin əmlak dövlət reyestrində qeydiyyata alındığı gündən yaranır. Həmin mənzilə onun mülkiyyət hüququ məhz xx.xx.2021-ci ildə yaranmışdır. Buna baxmayaraq cavabdeh həmin mənzili bu günə kimi ona təhvil verməmişdir. Bundan başqa cavabdeh yazdığı iddia ərizəsində özü-özünü təkzib elmişdir. Ərizədə onunla kommunal xərclərin ödənməsinə dair müqaviləni xx.xx.2021-ci il tarixdə bağladığını qeyd etsə də, öz mülahizəsinə əsasən onun ödəməli olduğu kommunal xərcləri əsassız olaraq 2021-ci ilin may ayından hesablamışdır. Bundan əlavə cavabdeh iddia ərizəsində onun yaşayış kompleksinin saxlanması üçün təyin edilmiş xərcləri ödəməkdən imtina etdiyini göstərmişdir. O, heç vaxt mənzilin kommunal xərclərini ödəməkdən imtina etməmiş və cavabdehin ərizəsində göstərdiyi kimi ilkin ödəniş etmişdir. Lakin kooperativin sədri ilə aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh müqavilə öhdəliyini yerinə yetirərək onun mənzilini elektrik, su və qaz sayğacı ilə təmin etməyi, keyfiyyətsiz pəncərə və qapını dəyişib mənzilə keyfiyyətlisini quraşdırmağı, mənzilin daxili divarlarını tam suvamağı, kooperativin ümumi yığıncağında kommunal xərclərə binada olan qeyri yaşayış sahələrinin kirayəsindən gələn gəlirlər hesabına yenidən baxılacağını, yəni xərclərin azaldılacağını, bundan sonra mənzilin açarları ilə birlikdə ona təhvil veriləcəyini vəd etdiyinə görə tərəfindən ödəniş edilməmişdir. Cavbdehin ona verməli olduğu məbləğ onun cavabdehə ödəməli olduğunu iddia etdiyi məbləğdən çoxdur. Cavabdeh ona aralarında bağlanmış 15 iyul 2013-cü il larixli, 163 saylı müqavilə ilə götürdüyü öhdəliyi yerinə yetirməyərək mənzili inşa edib müqavilədə göstərilən vaxtda təhvil vermədiyinə görə 7 il (84 ay) ərzində hər ay 200 manat olmaqla 16800 manat, mənzilin giriş qapısına görə 1000 manat, pəncərələrə görə 2000 manat, daxili divarların suvanmasına görə 1000 manal, mənzilin ümumi sahəsini müqavilədə faktiki olandan 2,07 kvadrat metr çox qeyd edərək artıq pul ödətdirdiyinə görə 993,6 manat, ümumilikdə 21793.6 manat maddi ziyan ödəməlidir. Bu məsuliyyəti cavabdeh 15 iyul 2013-cü il tarixli, 163 saylı müqavilə ilə rəsmiləşdirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehin ilkin iddia tələbinin rədd edilməsi və cavabdeh "xxxx" mənzil tikinti kooperativindən müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində vurulmuş 20800 manat maddi ziyanın, mənzilin dəyərindən artıq hesablanmış 993.6 manat, ümumilikdə 21793.6 manatın və ödənilmiş 155 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh mənzili 2 otaqdan ibarət olmaqla ümumi 117.67 kv.m olduğu üçün aylıq kommunal ödəniş 70 manat 60 qəpik təşkil edir. Cavabdehin mənzilin mülkiyyətçisi olduğu gündən, yaşayış binasının saxlanılması üçün zəruri olan xərcləri ödəmək vəzifəsi var. Yaşayıb-yaşamamasından asılı olmayaraq xərcləri ödəməlidir. Qarşılıqlı iddianı isə qəbul etmir. Çünki mənzil cavabdeh tərəfindən təhvil alınıb, hətta bildiyinə görə artıq başqa bir şəxsə də satılmışdır. Cavabdeh öhdəlik götürüb və bu barədə tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış Kooperativ Binada Kommunal-Təsərrüfat işləri haqqında müqaviləni də şəxsən imzalamışdır. Ona görə də məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh izahatında ilkin iddia tələbini qəbul etməyərək bildirdi ki, o, heç bir kommunal xidmətlərindən istifadə etmir, kommunal xidmətlərə görə ödənilən haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Cavabdeh tərəfindən isə bunların heç biri ona məxsus mənzildə təmin edilməmişdir. Belə olan halda cavabdehin ondan xidmət haqqı tələb etməsi əsassızdır. Ona görə də məhkəmədən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 163 №-li müqavilədən görünür ki, "xxxx" Mənzil Kooperativi Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının C blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117,67 kvadrat metr olan, 2 otaqlı 156 №li mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, Cavabdeh isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 131 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Mənzil Kooperativinin ünvan 4 ünvan ünvan 5 məhəllə) ünvanında yerləşən 17 mərtəbəli 160 mənzilli yaşayış kompleksində, bina C, 16-cı mərtəbə, otaq sayı 2, ümumi sahəsi 117,67 kv.m 156 saylı mənzilin ümumi dəyəri 56482 manat məbləği tam ödənmişdir və borcu yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Mənzil Kooperativinin sədri X2 və Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 79, mənzil 156 ünnvanında yerləşən 2 otaqlı, 117,67 kv.m sahəsi olan mənzilin sahibi vətəndaş Cavabdeh arasında kooperativ binada kommunal-təsərrüfat işləri haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, məhəllə 2942A, ev 79,81,83, mənzil 156, Yeni qaydalarla: AZ 1121, ünvan 7 ünvanı Cavabdeh xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 79,81,83, m. 156, Yeni qaydalarla: AZ 1121, ünvan 7 ünvanı Cavabdeh məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmçinin həmin Plenum qərarı ilə müəyyən edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (MM 443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (MM 445.2.1). Məhkəmə iclasında tədqiq edilən sənədlərdən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 163 №-li müqaviləyə əsasən "xxxx" Mənzil Kooperativi Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində, 2942 A saylı məhəllədə inşa edilən yaşayış binasının C blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 117,67 kvadrat metr olan, 2 otaqlı 156 №li mənzilin bütün tikinti-quraşdırma işlərinin görülməsini, Cavabdeh isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlərlə aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin tikintisi başa çatdırılmış, ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı ddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Tərəflərin qarşılıqlı razılaşaraq imza etdikləri xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Mənzil Kooperativinin sədri X2 və Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 79, mənzil 156 ünnvanında yerləşən 2 otaqlı, 117,67 kv.m sahəsi olan mənzilin sahibi vətəndaş Cavabdeh arasında kooperativ binada kommunal-təsərrüfat işləri haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində göstərilir ki, bina sakinləri hər bir mənzilə görə MTK tərəfindən müəyyənləşdirilmiş aylıq kommunal xidmət haqqı ödəməlidirlər. Kommunal ödəniş məbləği mənzilin ümumi sahəsinin hər bir kv.m üçün 0.60 manatdan az olmayaraq hesablanır. Lakin Cavabdeh sahəyə uyğun olaraq yaşayış kompleksinin saxlanılması üçün təyin edilən ödənişləri həyata keçirməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin qarşılıqlı öhdəliklər yaratdığı müqavilə şərtlərinə öz iradələri ilə razılaşmaları, sonrakı mərhələdə hər hansı mübahisə predmeti yaratmayan hallara əsaslanmaqla imtina edilməsi qarşılıqlı iddia tələbinin dəlillərinin təqdim olunmuş sübutlara əsasən öz təsdiqini tapmaması nəticəsinə gəlməsinə şərait yaradır. Ona görə də qarşılıqlı iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı "xxxx" Mənzil Kooperativi tərəfindən yaşayış sahəsi Cavabdeh verildiyi andan mənzil tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması, təmiri və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından ilkin iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il qərarında qeyd edilmişdir ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır.Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə uyğun olaraq ilkin iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən 156 saylı mənzilin saxlanılmasına görə 2021-ci ilin may ayından hər ay üçün 70.60 manat ümumilikdə, 888.40 (səkkiz yüz səksən səkkiz manat qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə ödənilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin olunduğundan ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən 156 saylı mənzilin saxlanılmasına görə 2021-ci ilin may ayından hər ay üçün 70.60 manat ümumilikdə, 888.40 (səkkiz yüz səksən səkkiz manat qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinə ödənilsin. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə ödənilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində vurulmuş maddi ziyanın və artıq hesablanmış pulun tələb edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4854/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4854/2022
21.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver