Məhkəmə qərarları › İş №2(060)-4862/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4862/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4862/2020 10.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşıiddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin yetkinlik yaşlarına çaymayan uşaqları xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 13-cü mkr, ev 36, mənzil 61-ə olanistifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mkr, ev 36, mənzil 61 xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. O həmin mənzili xx xxxx 2020-ci ildə Köçərli Fəxrəddin Rafiq oğlundan alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdehlər keçmiş ev sahibi və onun ailə üzvləridir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə cavabdehlər xx.xx.2020-ci il tarixinədək qeydiyyatdan çıxmalıdırlar. Lakin müqavilədə göstərilən vaxt tamam olsa da, onlar həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Həmçinin cavabdehlərin yetkinlik yaşlarına çatmayan uşaqları xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 da ona məxsus mənzildə qeydiyyatdadır. Cavabdehlərin ona məxsus mənzilə qeydiyyatları formal xarakter daşıyır, bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçıiddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək izahatında göstərdi ki, mübahisəli mənzili satıblar, lakin qeydiyyta düşməyə yerləri olmadığı üçün mənzildən qeydiyyatdan çıxa bilmirlər. Ona görə də yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 36 saylı evin, 61 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul edərək Cavabdeh1 izahatına uyğun eyni məzmunlu izahat verib yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 36 saylı evin, 61 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnaməçıxarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN tərəfindən verilmiş ******* saylı arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, 36 saylı evin, 61 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Azərbaycan RespublikasıƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 36 saylı evin, 61 saylımənzilinin mülkiyyətçisidir və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində********** № ilə qeyd edilib. - iddiaçı ilə Köçərli Fəxrəddin Rafiq oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Köçərli X2 şəhəri, 13-cü mikrorayonda yerləşən 36 saylı evin, 61 saylımənzilini İddiaçı 35.000 manata satmışdır. Həmin müqavilənin 8-ci və 13-cü bəndinəəsasən satıcı alıcıya üçüncüşəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və müqavilə notarial qaydada təsdiq olunduğu gündən xx.xx.2020-ci il tarixinədək pasport qeydiyyatından çıxmağına dair üzərinə öhdəlik götürmüşdür. - xx.xx.2020-ci il tarixli aktdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 şəhəri, 13-cü mikrorayon, 36 saylı evin, 61 saylı mənzili satıldığından həmin mənzildə yaşamırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki,Köçərli X2 şəhəri, 13-cü mikrorayonda yerləşən 36 saylı evin, 61 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirərək İddiaçı mülkiyyətinə vermişdir. Keçmiş mülkiyyətçinin ailəüzvləri mübahisəli mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinəəsasən isəəgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzili əldə etməsindən əvvəl mənzilə qeydiyyata alınmışlar, onların mənzilə qeydiyyata alınması iddiaçının–yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, əksinə mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi Köçərli Fəxrəddin Rafiq oğlu iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyəötürmüş və ailəüzvləri ilə birlikdə mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılmasıüçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinə göstərilən tarixdən itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinəəsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasıüçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinəəsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır..Həmin Məcəllənin 220.4-cü maddəsinəəsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnaməçıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdelərin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən, 36 saylı evin, 61 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar